Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Апрель » 8 » İsmayıl Şabanov: “ Şuşadan gələn talış musiqi səsi mənə xoş təsir etmir, edə də bilməz”
14:44
İsmayıl Şabanov: “ Şuşadan gələn talış musiqi səsi mənə xoş təsir etmir, edə də bilməz”
Son zamanlar Azərbaycan gündəminin köşəsində rahatlanıb yer almış Rusiyada yaranan diaspor təşkilatlarımızla bağlı qalmaqallı kimi dəyərləndirilən yazıları, bu təşkilatların arınma, aydınlaşma dönəmindən keçməsi kimi qiymətləndirmək olar. Elə bu ərəfədə digər Azərbaycan -talış təşkilatlarında bir canlanma müşahidə olunmaqdadır. Bu və digər məsələlərə öz ayrıca baxışı olan cəmiyyətlərdən biri də Rusiya Talış diasporu təşkilatıdır. Cəmiyyətin sədri İsmayıl Şabanovla ümumi mənzərəyə baxıb, onun baxışalarını və mğövqeni öyrənmək istədik. 

- İsmayil müəllim, Rusiyada yaranan Talış diasporu təşkilatının sədri kimi, diasporlarımız deyəndə özünüzü hansılara aid edirsiniz, yəni Azərbaycan diasporasının tərkib hissəsinəmi, ya...?

-Biz diaspora deyəndə özümüzü Rusiyada yaşayan və əsasən Rusiya Federasiyasi vətəndaşları olanlara aid edirik. Əlbəttə ki, Azərbaycanda olduğu kimi Rusiada da biz çalışırıq ki, eyni şəkildə mədəni adət-ənənələrimizi birgə goruyub saxlayaq. Məhz buna görə də Talış Diasporu təşkilatı olaraq biz Rusiyada olan AzərRos milli mədəni muxtariyyəti ilə çox yaxından əməkdaşlıq edir və bir-birimizə dəstək veririk. Şübhəsiz ki, bizim hamımız üçün Azərbaycan kiçik vətənimizdir.

- Bəlkə kiçik yox, etnik və doğma vətənimizdir- demək istədiniz?! ))

- Bəli. Sizinlə tam razıyam, texniki səhvimə göra üzr istəyirəm.Siz jurnalist olduğunuz üçün sizin söz ehtiyatınız daha zəngindir.

- Təşəkkür edirəm. AzərRos-la əməkdaşlıqdan söz düşmüşkən, Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) yarandığını elan edər -etməz ətrafını müxtəlif söz-söhbətlər bürüdüyü Sizə də məlumdur. Belə bir qalmaqalla ortaya atılmış təşkilat haqqında siz nə düşünürsünüz?

- Əslində çox yaxşi sual verdiniz. Ümumiyyətlə, hamıya məsləhət görərdim ki, Rusiyada yaranmış Azərbaycan Təşkilatlari İttifaqını dəstəkləsinlər. Düzdür, müəyyən səbəblərə görə təşkilat hələlik istədiyimiz formada fəaliyyət göstərə bilmir, lakin mən tam əminəmki, RATİ yaxın gələcəkdə çox yaxşı işləri ilə tanınanacaq. Amma çox əfsuslar olsun ki, bu təşkilatın ətrafında əsassız siyasi söhbətlər gedir. Azərbaycanın keçmiş baş nazirinin müavini Abbas Abbasovun təşkilata rəhbərliyi ümumi Azərbaycan diasporları üçün müsbət faktor ola bilər. Rusiyada yaranmış bu təşkilatın Azərbaycanın siyasi işlərinə qarışacağına inanmıram. 

- O zaman sizcə, bu təşkilatın Rusiyanın Azərbaycana təsir vasitəsi olaraq yaradıldığı fikrini ortaya atan kimdir və ya kimlərdir?

- Vallah, konkret fakt deyə bilmərəm, ancaq bunu deyə bilərəm ki, bəzi digər təşkilatlardan fərqli olaraq, Rusiyadaki Azərbaycan Təşkilatlari İttifaqı sözün əsl mənasında Rusiyada yaşayan azərbaycanlıları siyasi baxişlarına və milli mənsubiyyətlərinə fəqr qoymadan bir yerə yığıb ümumi problemlərimizi həll etmək məqsədi ilə yaradılıb. İlk baxışdan deyə bilərəm ki, hələlik bu sahədə proses müsbət formada gedir.

Şübhəsiz bu təşkilatın gələcəyinə inanıramm, çünki təşkilatın siyasi platforması düzgün qurulub. Təşkilatın rəhbəri Abbas Abbasov ümumilikdə çoxları tərəfindən həm rəhbər, həm də ağsaqqal kimi qəbul olunur. Bildiyiniz kimi, A. Abbasov çox təcrübəli adamdir, ona etimad edilən bu işi müvəffəqiyyətlə davam etdirəcək. Fikrimcə, təşkilat daha çox birləşdirici xarakter daşıyır, təşkilat ətrafında gedən parçalanma kimi söz-söhbətlər əsassızıdr. Təşkilatın yüksək səviyyədə keçirdiyi Novruz bayramında hamını bir yerə toplaması birləşdirməyə çalışdığının real təzahürüdür. 

- İsmayıl müəllim, Şuşadan ermənilərin "Talışıstanın səsi" radiosunun yayımlanması xəbəri bizi qəfil haqladı. Siz bu qəfil "səsi" necə qarşıladınız?

- Əslində mənim üçün də bu qeyd etdiyiniz kimi qəfil səs oldu, onu elə bu cür də qəbul etdim. O səs mənim üçün o zaman xoş səs olardı ki, Bakıdan, yaxud Lənkərandan gələydi. Şuşadan gələn talış musiqi səsi mənə xoş təsir etmir, edə də bilməz. O səs məni kövrəldir, oradakı şəhid əsgərlərimizi xatırladır. 

- Yəqin ki, siz ermənilər bu "səsi" səsləndirməklə hansı mənfur niyyətə xidmət etdiyinə eyham vurursunuz?

- Şübhəsiz, ermənilərin bu niyyəti talışların mədəniyyətinə xidmət etmək deyil. Onların məqsədi ortada olan boşluqdan öz məqsədləri üçün istifadə etməkdir. Biz bunları gözəl başa düşürük, yaxşı olardı ki, Azərbaycan hakimiyyəti də bu boşluqları doldurub düşmənin əlinə belə fürsətlərdən yararlanmaq imkanı verməsin. Mən talış faktorundan dövlətlərarası siyasətdə bir kart kimi istifadə edilməsini qəti əleyhinəyəm. Rusiyada olan talış diasporunun rəhbəri kimi məsləhət bilirəm ki, bu cür problemlər ölkə daxilində həll olunsun. Azərbaycan höküməti bunu həll etməyə qadirdir. Xüsusən qeyd etmək istəyirəm ki, talış xalqında separatçılığa meyl yoxdur və onlar yalnız mədəni haqlarını tələb edirlər. Bakıda, ya Lənkaranda talış dilində radionun açılması bizim üçün xoş olardı və talışların vətənə qarşı vətənpərvərliyini daha da artırardı. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, heç bir qüvvə nə bizi sizinlə, nə də sizi bizlə qarşı-qarşıya qoya bilməz. Çünki bizləri bir-birmizlə dərin tarix və mədəni ortaqlıq bağlayır. Talış faktorundan kimlərinsə istifadə etməsinə imkan vermərik.

Şöhbətləşdi: Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/ 

Категория: Dünyada | Просмотров: 1721 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 MAHI  
3
angry А меня очень радует, наконец-то услышать родную речь в эфире и абсолютно неважно откуда она. К сожалению, не надеюсь услышать её с Родины.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus