Главная » 2011 » Декабрь » 7 » Iran ABŞ-ın kəşfiyyat təyarəsini yerə endirib
20:01
Iran ABŞ-ın kəşfiyyat təyarəsini yerə endirib
Yayılan məlumata görə, bir neçə gün əvvəl Amerikaya məxsus kəşfiyyat təyyarəsinin İran tərəfindən hədəfə alaraq vurulması Amerikanı ciddi narahat edib.
Verilən məlumata görə, Amerika tərəfi necə olursa-olsun təyyarəni geri almaq fikrindədir. Ancaq buna münasib yol tapa bilmir. Təyyarənin hədəfə alınmasından bir neçə gün keçməsinə baxmayaraq, Amerika tərəfi məsələni sükutla qarşılayırdı. Amma sonda baş vermiş hadisənin həqiqət olduğuna etiraf edib.
CNN telekanalı təyyarənin məhz Amerika Kəşfiyyat İdarəsinə məxsus olduğunu bildirib. ABŞ, təyyarənin texniki nasazlıq ucbatından qəzaya uğramasını bildirsə də, İran tərəfi onun havada müəyyənləşdirilməsindən sonra iranlı mütəxəssislər tərəfindən, təyyarənin idarəetmə sxeminə daxil olaraq endirildiyini bildirib. Əlbəttə təyyarə enərkən cüzi xəsarət alıb. Hal hazırda Amerikanı narahat edən əsas məsələ İranın kodlaşdırılmış kəşfiyyat məlumatlarını əldə etməsi və iranlı mütəxəssislərin yüksək texnologiyaya malik olmasıdır.