Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Апрель » 9 » Komitet 300: Dünya hökümətinin sirləri (IV yazı)
22:56
Komitet 300: Dünya hökümətinin sirləri (IV yazı)
Belə yardımlar edilən ölkələrin əhalisinə yalnız tör-töküntü çatır, şir payı isə BVF-yə ölkədən təbii resursları vəhşicəsinə daşımağa imkan yaradan dövlət liderlərinin cibinə çökür

Nüvə energetikasının bütün dünyada nə üçün bu qədər nifrət qazandığını, "Roma Klubu"nun nüvə energetikasına qarşı müharibə aparmaq üçün yaratdığı və maliyyələşdirdiyi saxta "təbiət-qoruyucu" hərəkatlardan nə üçün istifadə olunduğunu aydın dərk etmək lazımdır. "Üçüncü dünya" ölkələri böyük həcmlərdə ucuz elektrik enerjisi istehsal etməyə imkan verən nüvə enerjisinin köməyi ilə tədricən ABŞ-ın maliyyə yardımından azad olar və öz suverenliyini təsdiq etməyə başlayardı. Atom Elektrik Stansiyalarında istehsal edilən elektrik enerjisi– bu, inkişaf etməkdə olan ölkələri düşdükləri geriqalmış vəziyyətdən çıxarmaq üçün açardır, lakin Komitet 300 onları bundan sonra da həmin vəziyyətdə saxlamaq əmrini verib!

 Xarici yardımın azalması Beynəlxalq Valyuta Fondunun (BVF) inkişaf etməkdə olan ölkələrin təbii resursları üzərində nəzarətinin azalması demək olardı. Lakin məhz inkişaf etməkdə olan ölkələrin öz müqəddaratını həqiqi mənada təyin etməsi ideyası "Roma Klubu" və onun üzərində duran Komitet 300 tərəfindən lənətlənmişdir. "Roma Klubu"nun ABŞ-da "postindustrial sıfır inkişafını" nəzərdə tutan planlarına uyğun olaraq Birləşmiş Ştatlarda sənaye istehsalını sarsıtmaq üçün nüvə enerjisinə qarşı hərəkatın ABŞ-da uğurla necə istifadə olunduğunu biz artıq görmüşük.

ABŞ-ın maliyyə yardımından asılılıq xarici ölkələri "Beynəlxalq Münasibətlər üzrə Şura"nın faktiki olaraq quluna çevirir. Belə yardımlar edilən ölkələrin əhalisinə yalnız tör-töküntü çatır, şir payı isə BVF-yə ölkədən təbii resursları vəhşicəsinə daşımağa imkan yaradan dövlət liderlərinin cibinə çökür. Zimbabvenin (keçmiş Rodeziya) lideri Muqabe ölkənin xammal resursları üzərində- nəzərdən keçirdiyimiz halda yüksək keyfiyyətli xrom filizi- xarici nəzarətin həyata keçirilməsinin parlaq nümunəsini təcəssüm etdirir. Zimbabvenin xammal ehtiyatları indi bütünlüklə Lonrho kompaniyasının nəzarəti altındadır. Komitet 300-ün mühüm üzvlərindən biri olan Anqus Ogilvi bu nəhəng konqlomeratı öz xalası qızı (ruscada "kuzina" - əmi, bibi, dayı və ya xala qızı) Kraliça II Yelizavetanın adından idarə edir. ABŞ-ın ayırdığı illik 300 milyon dollar həcmində yardıma baxmayaraq, səfalət və dilənçiliyə qərq olan ölkə əhalisinin vəziyyəti isə getdikcə daha da ağırlaşmaqdadır.
 
Lonrho Rodeziya (Zimbabve) xromu üzərində inhisara malikdir və ona arzuladığı istənilən qiyməti təyin edə bilər. Lakin Smit rejimi dövründə buna yol verilmirdi və Muqabe hakimiyyətə gələnə qədərki 20 il ərzində qiymətlərin məqbul səviyyəsi saxlanırdı. Yan Smitin 14 illik hakimiyyəti dövründə də bu ölkədə problemlər var idi, lakin o, hakimiyyətdən uzaqlaşdırılandan sonra işsizlik dörd dəfə artdı, indi Zimbabve xaos və faktiki olaraq müflis vəziyyətindədir. Muqabe ABŞ-dan kifayət qədər çox (ildə 300 milyon dollara yaxın) yardım almışdır: bu ona Fransanın məşhur "Mavi sahil" kurort zonasında, Kap Feratda və Monte Karloda üç hotel tikdirməyə imkan verdiyi halda, onun xalqı xəstəliklərdən, işsizlikdən və qida çatışmamazlığından- istənilən etirazı boğan amansız diktatura rejimindən hələ heç danışmırıq-  əzab çəkirdi. Bunu ABŞ-dan heç vaxt nə bir sent belə almayan, nə də bunu heç xahiş də etməyən Smit rejimi ilə müqayisə edin. Tamamilə aydındır ki, xarici yardım– bu, Zimbabve və digər Afrika dövlətlərini nəzarət altında saxlamaq üçün çox güclü vasitədir!
 
Bununla yanaşı, xarici yardım ABŞ vətəndaşlarını qeyri-ixtiyari asılılıqda saxlayır və buna görə də onlar hökümətə ciddi müxalifət yaratmağa qətiyyən qadir deyillər. Devid Rokfellerin xarici yardım haqqında qanun layihəsi 1946-cı ildə qanun qüvvəsini alanda o, nə etdiyini yaxşı bilirdi. Həmin vaxtdan bu qanun ölkənin ən çox nifrət edilən qanunları sırasına daxil olmuşdur,- xüsusilə də dövlət reketi ifşa ediləndən sonra,- çünki onun bahasını sadə xalq ödəməli olur!
 
Axı necə olur ki, sui-qəsdçilər bütün dünyanın, xüsusilə də ABŞ və Böyük Britaniyanın xirtdəyindən yapışmağa müyəssər olurlar? İnsanlar digərləri ilə müqayisədə daha tez-tez belə bir sual verirlər: "Ayrıca götürülən bir təşkilat istənilən hər bir anda dünyada baş verən hər şeydən necə xəbərdar ola bilər və ümumiyyətlə, o öz nəzarətini necə həyata keçirir?". Polkovnik Con Kelmanın "SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ” kitabında bu və başqa suallara cavab verməyə cəhd edir. Sui-qəsdçilərin müvəffəqiyyətinin qarşısını almağın yeganə real üsulu isə budur: gizlin cəmiyyətlər, eləcə də həmin cəmiyyətlər üçün pərdə rolunu oynayan təşkilatlar, hökümət agentləri, banklar, sığorta kompaniyaları, transmilli korporasiyalar, neft sənayesi, müxtəlif adlar arxasında gizlənmələrinə baxmayaraq Komitet 300-ə -dünyanı ən azı yüz illər ərzində idarə edən ALİ nəzarət orqanına- tabe olan yüz və minlərlə digər təşkilat, fondlar ətrafında açıq diskussiya təşkil olunmalı və onların adları açıqlanmalıdır!
 
"Beynəlxalq Münasibətlər üzrə Şura" və "Üçtərəfli Komissiya" haqqında onlarla kitab artıq yazılmışdır, buna görə də biz birbaşa "Roma Klubu" və "Almaniya Marşall Fondu" barəsində danışaq. Con Kelman bu təşkilatlar haqqında kitab nəşr etdirdiyi vaxta qədər ABŞ-da onlar haqqında tək-tük adam nə isə eşitmişdi. Kelmanın 1983-cü ildə dərc edilmiş ilk işi olan "Roma Klubu" demək olar ki, heç bir diqqət cəlb etmədi. Məsələdən bixəbər olan insanların əksəriyyəti zənn edirdi ki, "Roma Klubu"– bu, nə isə Katolik Kilsəsinə, "Almaniya Marşall Fondu" isə "Marşall Planına" aidiyyatı olan bir şeydir.
 
Komitet elə məhz buna görə belə adlar seçir ki, vəziyyəti dolaşığa salsın və diqqəti baş verənlərdən yayındırsın. ABŞ höküməti, əlbəttə, bütün bunlardan xəbərsiz ola bilməz, lakin o özü sui-qəsdin tərkib hissəsi olduğu üçün informasiyanı gizlətməkdən ötrü əlindən gələn hər şeyi etməyə çalışacaq- təki həqiqət işıq üzü görməsin. "Roma Klubu" adlandırılan kitabında yeni, unikal informasiya ilə zəngin mənbə görə bilən yazıçılar yalnız kitab nəşr olunandan bir neçə il sonra tapıldı, onlar bu mövzuda danışmağa və yazmağa başladılar. Onların yazdıqlarından hətta belə təəssürat yaranırdı ki, sanki onlar məsələnin mahiyyətindən çoxdan xəbərdar idilər və ondan əməlli-başlı baş çıxarırdılar.
 
Bu yazıçılar özləri üçün kəşf etdilər ki, "Roma Klubu" və onun "Almaniya Marşall Fondu" adlı maliyyəçiləri Şimali-Atlantika Müqaviləsi Təşkilatının (NATO) bayrağı altında fəaliyyət göstərən sui-qəsdçilərin yaxşı təşkil olunmuş filiallarıdır, "Roma Klubu"nun funksionerlərinin əksəriyyəti bura NATO-dan gəlib. NATO siyasətinin əsas müddəalarının hamısını "Roma Klubu" hazırlamışdır və məhz "Roma Klubu" Komitet 300-ün görkəmli üzvü lord Karrinqtonun fəaliyyəti sayəsində NATO-nu iki fraksiyaya– siyasi hakimiyyət qrupuna (sollar) və məxsusi olaraq hərbi struktura – parçalaya bilmişdi.
 
"Roma Klubu" Komitet 300-ün əsas xarici siyasət qurumlarından biri kimi qalmaqda davam edir. Belə qurumlardan bir başqası da "Bilderberq Klubu"dur (Bilderbergerlər). "Bilderberq Klubu" 1968-ci ildə, başlanğıcda Aurelio Peççei özü şəxsən "Morqentau Qrupu"nun özəyini təşkil edənlərlə telefon əlaqəsi saxlayandan sonra yaradılmışdı. Peççei Vahid Dünya Hökümətinin yaradılması planlarına yeni impuls vermək və bu prosesi sürətləndirmək üçün onlara birləşmək çağırışını etdi. Vahid Dünya Hökümətini indi Yeni Dünya Nizamı adlandırırlar, hərçənd mən birinci ada üstünlük verirəm. Çünki bu ad "Yeni Dünya Nizamı" ilə müqayisədə həmin fenomenin mahiyyəti barədə daha dolğun təsəvvür yaradır. Bir də, "Yeni Dünya Nizamı" yalnız qarışıqlıq yaradır, çünki tarixdə artıq bir neçə dəfə "yeni dünya nizamı" olmuşdur, Vahid Dünya Höküməti isə hələ olmayıb.
 
Birləşmiş Ştatlardan, Fransadan, İsveçrədən, Böyük Britaniya və Yaponiyadan olan "gələcəyin" ən odioz "memarları" Peççeinin çağırışına səs verdi. "Roma Klubu" 1968-ci ildən 1972-ci ilə qədərki dövr ərzində "yeni elmin" alimlərini, qlobalistləri, futuroloqları və müxtəlif çalarlı beynəlmiləlçiləri özündə birləşdirən təşkilata çevrildi. Təşkilatın üzvlərindən birinin dediyi kimi, "biz İosifin alabəzək geyiminə bənzəməyə başladıq". NATO-nun siyasi qanadının qəbul etdiyi doktrinanın əsasını Peççeinin "İnsan keyfiyyətləri" adlı kitabı təşkil etdi.
 
Aşağıda Peççeinin "İnsan keyfiyyətləri" kitabından bir parça veririk:
 
"Xristian dünyası özünün birinci minilliyinin sonuna çatandan sonrakı dövrdə ilk dəfədir ki, nə isə naməlum, onların ümumi taleyini tamamilə dəyişdirəcək bir hadisənin mütləq baş verəcəyi ilə bağlı həyəcanlı gözləmə vəziyyətindədir... İnsan, əsl müasir insan olmağın nə demək olduğunu bilmir... İnsan Bədniyyətli Şeytan haqqında nağıl uydurmuşdur, lakin əgər nə vaxtsa bədniyyətli şeytan mövcud olubsa da, BU– ELƏ İNSANIN ÖZÜDÜR... Biz burada insani paradoksla üzləşirik: insan özünün istisnasız qabiliyyətlərinin və nailiyyətlərinin tələsinə, sanki qum bataqlığına düşmüşdür– o, öz qüvvəsini nə qədər çox istifadə edirsə, ona bundan daha çox qüvvə tələb olunur".
 
"Bəşəriyyətin indiki dərin patoloji və xəstəhal vəziyyətini hər-hansı bir tsiklik böhran və ya hadisələrin təsadüf zənciri ilə izah etməyin axmaqlıq olduğunu biz yorulmaq bilmədən beyinlərə yeritməliyik. Bəşəriyyət yeni texnologiyaların "Pandora qutusunu" açandan etibarən əhali sayının nəzarətsiz artımından, yüksəliş maniyasından, energetik böhranlardan, resursların faktiki və ya potensial çatışmamazlığından, ətraf mühitin çirklənməsindən, nüvə ağılsızlığından və buna bənzər bir çox başqa bəlalardan əzab çəkir".
 
Bu, elə həmin "Roma Klubu"nun dəstəyi ilə çox-çox sonralar yaradılan "yaşıllar" hərəkatının proqramı ilə tamamilə üst-üstə düşür. Belə ki "yaşılların" təyinatı məhz sənaye inkişafını əngəlləmək və onu geri döndərməkdən ibarətdir.
 
Peççei üç onillik ərzində "Atlantik İnstitutunun İqtisadi Şurasına" rəhbərlik edib, eyni zamanda da Covanni Aqnelliyə məxsus olan "Fiat Motor Company" kompaniyasının icraçı direktoru olub. Covanni Aqnelli- "Qara Aristokratiya"dan olan qədim italiyan ailəsinin üzvü və Komitet 300-ün ən mühüm üzvlərindən biridir. O, Sovet İttifaqında layihələrin işlənməsində aparıcı rol oynayırdı.

(ardı var)


Категория: Dünyada | Просмотров: 1669 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus