Главная » 2011 » Август » 28 » Lənkəran icra nümayəndəsi Xanbulan kənd sakinlərini təhqir edib
06:24
Lənkəran icra nümayəndəsi Xanbulan kənd sakinlərini təhqir edib
Lənkəran (Lankon) sakinlərindən TALISH.ORG-a daxil olan məlumatda bildirlir ki, Lənkəran (Lankon) icra nümayəndəsi Xanbulan (Xınbəlon) kənd sakinlərini təhqir edib
TALISH.ORG-a Xanbulan kənd sakinlərindən daxil olan şikayət məktubunda bildirilir:
Mən sizə bütün Lənkəranı ayağa qaldıran bir məsələ ilə bağlı məlumat vermək istəyirəm. Avqust ayının 22-də Lənkəran şəhəri Xanbulan qəsəbəsində kənd sakini tərəfindən İftar süfrəsi verildi. Bu mərasimdən sonra konsert proqramı təşkil olunmuşdu. Konsertdə ilahi mahnılar və muğamlar oxunulmalı idi. Hələ 10 gün əvvəl tədbirin keçirilməsinə icazə verən kənd icra nümayəndəsi Faiq Köçəriyev tədbirə yığışan mindən artıq kənd sakininə hörmətsizlik edərək, sərxoş halda tədbirə müdaxilə edib. Çəkiliş aparılmasına icazə verməyib və tədbiri yarımçıq saxlayıb. Belə bir xeyriyyə tədbirində, mübarək ayda qəsəbə icra nümayəndəsinin, dövlət məmurunun içkili halda özünü apara bilməməsi Lənkəranda böyük narazılığa səbəb olub. Biz də bu narazılığı sizin köməyinizlə mətbuatda işiqlandırmaq istəyirik."