Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Январь » 21 » Lənkəranda “yadplanetlilər”...
14:50
Lənkəranda “yadplanetlilər”...
20 yanvar qırğınının 22-ci ildönümü də gəldi çatdı. Millət yenə də Şəhidlər Xiyabanında öz Böyük oğullarının uyuduqları yeri ziyarət edirdi. Mənim fikrimcə həmən torpaq hökmən müqəddəs torpaqdır! Çünki o torpaqda tək 20 yanvar şəhidləri yox, 1918-ci il şəhidləri də, 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olanlar da uyuyur, bu qədər Şəhidin uyuduğu torpaq Müqəddəsdir, o torpaq bizimçün həm Qüdsdür, həm Məkkə, həm də Mədinə! Amma mən belə hesab edirəm ki, Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi, 20 yanvar hadisələrini zəruri edən hadisələr, Azərbaycanın bölgələrində, xüsusən də Lənkəranda baş verən hadisələr hələ də tam araşdırılmayıb...

Ən yeni tarix...

Nəhayət ki, ANS kanalı "Ən yeni tarix”  verilişində bu məsələyə toxundu. Bəli, məhz toxundu. Çünki ANS-in göstərdiyi, həmən hadisələrin kiçik bir fraqmenti idi, amma buna da şükür. Artıq "olmaz” adlı buz parçası sınıb, həmən hadisələrin araşdırılmasına yaşıl işıq yanıb. Əminəm ki, telekanallar bir-birilərinin ardınca Lənkəran hadisələrinə toxunacaqlar, həmən hadisələrin araşdırılmamış məqamlarını araşdıracaqlar. Biz də qəzet olaraq bir yerdə sakit oturmamalıyıq, həmən hadisələrin canlı şahidlərindən müsahibələr almalı, biri-birilərini inkar edən məqamları tutuşdurmalıyıq. Az-çox həmən hadisələr barədə məlumatlı olsam da, nə isə yazmaqdan çəkinirəm, ola bilsin yazacaqlarım səhf olsun, ya qarışqanı filə döndərim, ya da fili heç edim. Bu hadisələri araşdırmaq istəyən istənilən şəxs ən əvvəl özü üçün bir kriteriy müəyyənləşdirməlidir: bu araşdırna ona şərəf gətirsə də, ad-san gətirməz, çünki həmən hadisələr tam işıqlansa çoxlu "ilk”lərin məhz Lənkəranda olduğu üzə çıxar! Keçmiş SSRİ-də ilk dəfə sərhəd harada söküldü? Cəlilabadda! İlk dəfə 7 noyabr mitinqi ümumxalq etiraz gününə harda çevrildi? Lənkəranda! İlk dəfə Sovet hökuməti harada devrildi? Lənkəranda! Bu "ilk”ləri çox uzatmaq olar, amma "çi fayda?” Sanki heç bunlar olmayıb, bizim məddah tarixçilərimiz "ən yani tarix” deyəndə 1993-dən üzü bəri başa düşürlər. Düzdür, arada-bir 1990-cı ilə də müraciət edirlər, konkret olaraq Moskvada keçirilmiş məlum "press-konfrensiyaya”, daha doğrusu həmən press-konfrensiyanın bir saatlıq hissəsinə. Amma nədənsə "tarixçilərimiz” məlum "press-konfrensiya”nı tan araşdırmırlar. Axı həmən mətbuat konfransları "tarixi” anacan bir neçə gün idi ki, keçirilirdi. Həmən "tarixi” andan sonra da bir neçə gün keçirildi, kim idi bu mətbuat konfrensiyaların keçirən, onlar haqqında məlumat hanı? Görəsən bu haqda kimsə Azərbaycan xalqına məlumat verəcəkmi? Yoxsa hamı, xüsusən də "tarixçilər” Əbülfəz Əliyev kimi "hər şeyin zamana ehtiyacı var” ibarəsi ilə yaxalarını kənara çəkmək fikrindədirlər? Axı tarix parlaman, bələdiyyə seçkiləri deyil ki, onu saxtalaşdırasan, tarix elə tarixdir, gec, ya tez, həqiqət öz yerini tutacaq, istəsək də, istəməsək də! Necə ki, ANS-in "ən yani tarix”ində hamı, hətta aparıcı da, Əlikram haqqında müsbət danışdılar. Başqa cür də ola bilməzdi, çünki Əlikram həmən dövrdə həqiqətən də Azərbaycanın bir nömrəli şəxsi idi! Bu həqiqəti hamı bilsə də, nədənsə onu deməkdən çəkinirlər, niyəsini mən bilirəm, sadəcə kiminsə xətrinə dəyməmək üçün yazmıram. Mənim, eləcə də qeyrisinin yazmasından, deməsindən asılı olmayaraq qəhraman elə qəhrəmandır, üstünə nə qədər çamur atsalar da ona yapışmaz, onu ləkələməz!..

Mən Lənkəranda Sovet hakimiyyətinin devrilməsindən uzun-uzadı yazıb oxucumu yormaq istəmirəm, bircə onu yazmaq istəyirəm ki, nə tutulanlardan, nə də azadlıqda qalanlardan heç kəs heç kəsin üzünə durmadı. Bəlkə bu gün bir "malades” kəlməsi üçün üzə durmağa amadə qalanlar həmən tarixi bir gözdən keçirtsinlər, özləri üçün bir nəticə çıxartsınlar? Özləri bilən məsləhətdir, sonda ANS-ə, xüsusən də Mirşahinə minnətdarlığımı bildirirəm. Minnətdarlığımı bildirirəm ki, həmən hadisələrin üstünə çəkilmiş süni "pərdəni” götürdü, artıq bu hadisələr "giriş qadağandır!” nişanından azad oldu! Mən həmişə o fikirdə olmuşam ki, 20 yanvar bir Şərəf tarixidir, Millətin oyanış tarixidir, Ümummilli etiraz tarixidir! Şərəf tarixin mübarək, Millət! Başın sağ olsun, Vətən!

Lənkəranın "Turan”ı...

Lənkərandakı CTV-dən ara-sıra yazıb, kanalı şərəfləndiririk, amma siqnal siqnal dalıyca gəlir. Bir şeyi dəqiqləşdirdim: CTV-də bir Talış xofu var! Bütün TV kanalları Talışların yaşayışını, toy adət-ənənələrini, musiqisini verirlərsə də, CTV-də bu "adət-ənənə təbliğatı” yasaqdır. Niyəsini bilmirəm, bilmək istəsəm də bunu mənə deməzlər, amma yəqin edirəm: CTV QORXUR! Nədən qorxur sualı gülünc görünərdi, görünən dağa nə bələdçi? CTV Lənkəranın "kəndinə” dönəcəyindən qorxur! CTV Talışların özlərini dərkindən qorxur! CTV Talış ədəbiyyatının, Talış mədəniyyətinin inkişafından qorxur! Bu "qorxu”ları uzatmaq da olardı, amma lüzum görmürəm, kifayətdir. Mən bu qənaətə CTV-nin "kokteyl” verilişinin aparıcısı Elvin Can Turan (adın əzəmətinə bax da..) ilə fasebook səhifəsində bir az yazışandan sonra gəldim. Elvin fasebook səhifəsinə "Lənkəranda yadplanetlilər” (ad tam düzgün seçilib!) adlı bir hekayə yerləşdirmişdi, oxudum, təbii ki, sual yarandı və bu sualı Elvin canın özünə verdim: "Lvin, (Elvinin adındakı "E” hərifi fasebookda yoxdur) mən bilən sən CTV-də çalışırsan, səncə CTV-də "Talış adını dilinizə gətirməyin" tapşırığını verən yadplanetlidir, yoxsa həmən tapşırığı qul kimi icra edən Talış kökənli CTV-çilər?” Elvin mənə Azərbaycan Respublikasının Qanununu özünə sərf edən variantda təhrifini verib, belə bir cümlə də işlətməkdən çəkinmədi: "heç kim CTV-ni talış kanalı kimi qəbul etməsin . nə də Lənkəran kanalı. CTV Azərbaycan kanalıdır və sadəcə Lənkəranda yerləşir..” Fikirdə məntiqə, dahiliyə bax! Vallah sevindim, sevindim ki, bizim belə Azərbaycansevər gənclərimiz peyda olub, demək hələ çox şeyi itirməmişik, yoxsa "qulağı sırğalı gəncləri” görəndə məni vahimə basırdı ki, biz bunlarlamı Vətəni "yadplanetlilərdən” azad edəcəyik? Şükür Allaha Vətən, Dövlət dərdi çəkən gənclərimiz də az deyil, nə olsun ki, onlar tamaşaçının müğənnidən "bir Talış mahnısı oxu” sifarişinə "olmaz, yasaqdır!” deyib, sonra da öz addımlarını fasebookda "ümumilikdə mən aparıcı olduğum verilişdə heç vaxt tamaşaçı istəyini nəzərə almamışam” kimi yalanla sığortalamaq istəyirlər. Necə ola bilir ki, tamaşaçının bir "hadı, bakalım” sifarişinə "bə çəş” deyə bilirsiz, amma "bir Talış mahnısı” sifarişi "qəti olmaz, menyuda yoxdur” ilə yasaqlanır? Kim yazır o menyunu? Ümumiyyətlə o menyunu yazan şəxs bilirmi ki, o ərazi Talışların sıx və kompakt yaşadığı bir ərazidir? O menyunu yazan şəxs bilirmi ki, həmən menyu ilə Respublikanın ikinci ən böyük etnosunu saya salmır? Həmən əlahəzrət bilirmi ki, o menyu ilə Ali Qanunu ayaqlar altına atmış olur? Məqsədiniz nədir? Yoxsa yenə də Lənkəranın kükrəyib, coşmasını istəyirsiz? Axı niyə bu "olmaz”larla Talışların rəncidəyi-zəhləsini tökürsüz, özünüzdən uzaqlaşdırırsız? Adım kimi əminəm, sabah istənilən bir "Azərbaycan vətəndaşı” "mümkünsə bir erməni mahnısı verin” xahişini eləsə, menyunuzda olmasa da özünüz sevə-sevə oxuyarsız! Belə qardaşlıq olmaz, əgər bir toplum olaraq Azərbaycanın yaşadığı bütün məşəqqətləri birlikdə çəkiriksə, demək bizim də nəyə isə haqqımız çatır və biz bu haqqı alacağıq, Sizin menyunuzda olub, olmamasından asılı olmayaraq. Çünkü bu haqqı bizə "can turanların” təhrif etmək istədiyi Ali Qanun tanıyır, çünkü bu haqqı bizə Azərbaycan Respublikasının qoşulduğu "İnsan Haqları Haqqında” Avropa Konvensiyası tanıyır. Bu haqqı belə Ali Qurumlar tanıyırsa, İTV-də tanıyacaq, CTV də!...

Nədənsə mənə elə gəlir ki, Elvinin yazdığı o yadplanetlilər elə CTV-ni öz nəzarətlərinə götürüblər. Yoxsa torpaqdan əmələ gələn bir varlıq bu boyda haqsızlığa yol verməz. Bəlkə CTV-ni "yadplanetlilərdən” təmizləyək?...

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru
"Tolışon Sədo”, N: 03 (15), 21 yanvar, 2012


 

Категория: Талыш xəbərləri | Просмотров: 1992 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus