Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Октябрь » 25 » Əliyevin xalqı var-yoxdan çıxarma yolları
20:42
Əliyevin xalqı var-yoxdan çıxarma yolları
Dövlət Neft Fondunun valyuta ehtiyatı artıq 33 milyardı ötüb və bu vəsait Avropa və ABŞ banklarında saxlanılır - illik 1-2 faiz gəlirlə. Azərbaycan vətəndaşı isə bankdan ildə 20-25 faizdən aşağı kredit götürmək imkanına malik deyil.

Xalqın sərvətini xarici banklarda 1-2 faizə yatırdan, vətəndaşlarına illik 20-25 faizə kredit verən bir dövlət təsəvvür edirsinizmi?

Möhtərəm Ilham Əliyevin göstərişi ilə, Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilişi üçün Gürcüstana 25 il müddətinə 1 faizlə kredit verdi. Azərbaycan vətəndaşı 25 il müddətinə kredit ala bilirmi?

Yalnız "ipoteka krediti” istisnadır. Amma bu kreditin ölçüsü və dəyəri nə boydadır? Ipoteka kreditinin həcmi 14 milyonu aşmır və min bir əziyyətdən, 1700 manatlıq dövlət rüsumundan sonra Azərbaycan vətəndaşının imtiyazlı (!) kəsiminin çox az qismi bu kreditdən bəhrələnə bilir. Həm də ildə 6-8 faizə. Gürcüstana verilən faizlə müqayisədə 6-8 dəfə baha olan və ölkə vətəndaşlarına "xüsusi ata qayğısı” kimi təqdim edilən bu 14 milyonluq vəsaitdən nə qədər adam bəhrələnə bilər ki?!

Möhtərəmin başqa bir göstərişilə Belarusun avtoritar diktatoru, sivil ölkələrin kredit verməkdən imtina etdiyi Lukaşenkoya bir neçə ay öncə 300 milyon kredit verildi. Cəmi-cümlətani 0,01 faizə, - yəni faizsiz!

Öz vətəndaşına 6-8 faizlə krediti zülm-zillətlə verən bir ölkə rəhbərinin dünyanın diktator saydığı şəxsə heç qızırğanmadan faizsiz kredit verməsinin adı nədir?

Bütün bunları bir yana buraxaq. Məsələ ondadır ki, Azərbaycan hakimiyyəti xaricdə milyardlarla vəsait saxlamasına rəğmən, beynəlxalq banklardan və dövlətlərdən kreditlər götürür. Hazırda bu kreditlərin miqdarı artıq 4,5 milyarda çatıb. Azərbaycan hakimiyyətinin xarici bank və dövlətlərdən götürdüyü kreditlərin faiz dərəcələri bilirsinizmi nə qədərdir?

Rəsmi məlumatları elə ört-basdır ediblər ki, konkret rəqəmi tapmaq olmur. Ancaq Azərbaycan iqtidarının götürdüyü kreditlərin sələmi ortalama 3-4 faiz miqdarında dəyərləndirilir. Ölkənin sərvətini 1-2 faizə xarici banklarda yatıran, diktator Lukaşenkoya 0,01 faizlə kredit verən möhtərəmin 3-4 faizə xaricdən kredit götürməsinin səbəbi nədir?

Bütün dövlətlər, hətta iqtisadi baxımdan o qədər də güclü olmayan ölkələr belə, dünya böhranı dalğasının birinci mərhələsində daxili banklara büdcədən külli miqdarda güzəştli kreditlər ayırdılar ki, iqtisadi stabilliyi bərpa etsinlər. Ancaq xarici banklarda valyuta saxlaması nəticəsində beynəlxalq böhrandan ziyan çəkən Azərbaycan həmin vəsaitin hətta cüzi bir hissəsini də daxili banklara yönəltmədi. Rəsmi məlumatlara görə, ölkə daxilindəki özəl banklara kredit verilmədiyindən, banklar xaricdə özlərinə vəsait axtarmağa məcburdurlar. Azərbaycanın özəl sayılan bankları xarici kreditorlardan ildə 7-10 faizə kredit götürür.

Hamı bilir ki, Azərbaycanda müstəqil, özəl, azad bank yoxdur - bütün banklar oliqarxlara bağlıdır. Bunlar öz banklarına niyə güzəştlə kredit vermirlər? Neft Fondunun vəsaitlərini 1-2 faizə xarici banklarda saxlamağa razı olanlar həmin vəsaitin heç olmasa onda birini - hətta 3 və ya 4 faizə - öz banklarına niyə verməməlidirlər?

Çünki belədə daha çox Azərbaycan vətəndaşı daha sərfəli faizlə ölkənin sərvətindən bəhrələnə bilər, axı! Belədə Azərbaycan vətəndaşlarının həyat səviyyəsində müəyyən irəliləyişlər olar, axı! Azərbaycan iqtidarı buna gedərmi? Iqtidar razı olarmı ki, "özəl” banklara 2-3 faizə kredit versinlər və onlar da əhaliyə maksimum 8-10 faizdən paylasın? Ölkəyə qənim kəsilən bir hakimiyyət razı olarmı ki, vətəndaşlar daha az əziyyət çəksin?

Bunlar əhalini var-yoxdan çıxarmaq, iqtisadiyyatı dağıtmaq, ölkənin sərvətlərini talan etmək üçün bütün qüvvələrini səfərbər ediblər. Insanların halal mülkünü basıb əlindən alan, sənədli-sübutlu evini başına uçurub küçələrə atan bir hakimiyyət əhalinin dolanışıq qayğılarını çəkməkdə yox, bu qayğılarda milləti batırmaqda israrlıdır.

Ona görə də Lukaşenkoya 0,01 faizə kredit verilir, ölkənin sərvətləri 1-2 faizə xarici banklara yatırılır və əvəzində 3-4 faizə kredit götürülür... Yəni Azərbaycanı mümkün qədər daha artıq ziyana salmaq üçün nə mümkündür, edilir...


Anar Mahmudoğlu,
azadliq.info 


Категория: Azərbaycan | Просмотров: 1469 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus