Bazar ertəsi saat 14.30-da Masallı şəhərində Telekommunikasiya Qovşağının binasında partlayış olub.
Bu barədə Masallı rayon prokurorluğundan məlumat verilib. Dördmərtəbəli binanın cənub hissəsi bütövlükdə dağılıb. İlkin məlumatlara görə, zərərçəkənlər var. Ölənlər barədə hələ məlumat yoxdur. Lakin uçqunlar altında adamlar var.
Hazırda hadisə yerində xilasedicilər, yağınsöndürənlər, təcili tibbi yardım həkimləri işləyir. Partlayışın səbəbləri məlum deyil.
Hüquq-mühafizə orqanları vəziyyəti çox az şərh edirlər. Eyni zamanda onlar terror aktının mümkünlüyünü də inkar etmirlər.
Verilən məlumata görə xilasedicilər dağıntılar altından Kişvər Şahverdiyevanın cəsədini çıxarılar, beş nəfər isə sağ çıxarılıb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.