Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Сентябрь » 21 » Mehkemede müttəhime nifret edən şahidlik edir
20:07
Mehkemede müttəhime nifret edən şahidlik edir
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun, partiyanın sədr müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası şahid ifadələriylə davam etdirilib.

Şahid qismində Elnur Xudaverdiyev dəvət olundu. O təqsirləndirilən şəxslərdən  Mövsüm Səmədovu, Vaqif Abdullayevi, Rufulla Axundovu və Fəramiz Abbasovu tanıdığını bildirdi.

Şahid kimi sərbəst ifadə verərkən ittiham olunan şəxslərin hamısını düzgün, əxlaqlı, İslama, Vətənə sadiq, ədalətli  bir insan kimi  tanıdığını bildirdi: «Hacı Mövsümlə partiyada tanış olmuşam. Onun çox əxlaqlı, mənəviyyatlı bir insan olduğunu gördüm. O da məni partiyaya dəvət eləyəndə bildirdi ki, bizim işimiz İslami maarifləndirmədi. Quranı, onun buyurduğu kimi əmr be məruf və nəhy əz münkərə uyğun davranmaqdır. Onlar haqqında deyilən ittihamlara gəldikdə isə adicə məntiqi məsələdir ki, azacıq dəstə ilə silahsız, maddiyatsız dövlət çevrilişi olmaz. Bütün bu söhbətlərlə onlar haqsızlığa qarşı öz vəzifələrini yerinə yetiriblər. Bu da dinin vacibatlarındandır. Vaqif Abdullayevlə əvvəl tanışlığımız var. Onu gözəl bir insan kimi tanıyıram. Hacı Fərəməz Azərbaycanın ən nüfuzlu ruhanilərindəndir. Bu mömin insan haqqında olan ittihama heç kim inanmır».

Bu yerdə  prokuror etiraz edərək bildirir ki, şahidin ifadəsi  işin mahiyyəti ilə uyğun deyil.

Rufulla Axundov: Bəs keçən dəfə gələn şahid deyəndə ki, Rufulllaya nifrət edirəm niyə etiraz etmədiniz? Qoyun danışsın da. Onda heç demirdin işin mahiyyətinə aid deyil?
Hakim Elnur Xudaverdiyevə ifadəsini davam etdirməsini deyir.
E.Xudaverdiyev: Bu ittihamlara gəldikdə , mən Fəramizlə həmişə bir yerdə olmuşam. Ondan heç bir şey eşitməmişəm. Şəhid məclislərində, başqa dövlət tədbirlərində  insanları hər zaman Vətənə  məhəbbətə çağırıb. Çünki əziz peyğəmbərimiz buyurub ki, Vətəni sevmək imandandır. Fəliyyətimiz də bu yöndə olub.
Dövdlət ittihamçısı: Niyə partiyanın Masallı rayon komitəsinin sədirliyindən çıxdınız?
E.Xudaverdiyev: Komitə sədrliyi çox böyük məsuliyyətdir. Mən də şəxsi məsələlərimə görə sədrlikdən imtina etdim. Bu haqda Mehdi müəllimə də ərizəmi vermişəm.
D.İ.: Mehdi müəllimə niyə vermisiz? Partiyanın sədri məgər odur?
E.X.: Ünvanı belə göstərdilər. Ondan qabaq da çıxmaq istəyirdim. Və Hacı Mövsümlə bu barədə dəfələrlə söhbətimiz olmuşdu. Lakin şərait belə gətirdi.
D.İ.: Ərizənin məzmunu necə idi?
E.X.: Mən xəstəlyim ilə əlaqədar olaraq xaricə getməliydim. Lakin qoymadılar. Bildirdilər ki, ərizə yazmalıyam. Mən də yazdım.
D.İ.: Barənizdə qəti-imkan tədbiri yox idisə, niyə xaricə getməyə qoymurdular?
Anar Qasımlı müdaxilə edir: Bizim əlimizdə məlumat var ki, həmin ərəfədə istintaq getdiyinə görə 30 nəfərdən çox insanı xaricə getməyə qadağan etmişdilər.
D.İ.: Yanvarın 2-də iclasda olmusunuz?
E.X.: Bəli.
D.İ.: Kim dəvət eləmişdi?
E.X.: Vaqif Abdullayev.

Nemət Heydərov: Ümumiyyətlə neçə dəfə iclasda olmusunuz?
E.X.: Bir-iki dəfə.
N.H. Həmişə Hacı Vaqif çağırıb?
E.X.: Bəli. Onun vəzifəsi o idi.
N.H.:Nə ilə çağırırdı?
E.X.:Telefonla.
N.H.: Həmin çağırışlarda sizə qanunnsuz nəsə deyib, ya tapşırıbmı?
E.X.: Sadəcə iclasların təyin olunduğu vaxtı deyirdi. Biz də demişik ki, imkan olsa gələrik.
N.H.: Vaqif müəllim də iclasda iştirak edibmi?
E.X.: Sadəcə gələn qonaqları salamlayıb. Onda başqa çıxışını mən eşitməmişəm.
N.H.:Başqalarından onun silah-sursat gizlətməsi, terrora çvağırış və ya nəsə bunun kimi qanunsuz çağırışlar etdiyini eşidibsən?
E.X.: Nə özüm eşitmişəm, nə də başqalarından. Heç vaxt da inanmaram.

Həbib Əliyev: Sizi gömrükdə saxlamağı bir az ətraflı danışın.
E.X.: Astaradan getmək istəyərkən saxladılar. Sonra Astara polis şöbəsinə gətirdilər. Dedilər ki, sabah Bakıda olmalısan.
H.Ə.:Din xadimi kimi sizdən soruşuram. Hər hansı bir şəxsin məscidin minbərində çıxmağa ixtiyarı var?
Dövlət İttihamçısı: Bir şəxs ki, xarici dinindən üstün tutur, ondan nə soruşarlar?
Rufulla Axundov (dövlət ittihamçısına):  Sənin vicdanın ləkəlidir. Sən şahidə təzyiq edirsən.
Hakim (E.Xudaverdiyevə): Suala cavab ver.
E.X.: İslam baxımından ancaq ruhani olan şəxs çıxış edə bilər.
Həbib Əliyev: Adi bir şəxs orda çıxış edə bilərmi?
E.X.: Xeyr. Haqqı yoxdur.
Anar Qasımlı: Burda oturanlardan hansısa barədə silah-sursat saxlama, terror etmə, yəhudilərə qarşı nəsə etmə barədə bir şey eşitmisən?
E.X.: Bu deyilənlər dinimizə ziddir və haramdır. Heç bir dindar, mömin, o cümlədən təqsirləndirilən şəxslər belə addım atmaz.
Hakim Eldar İsmayılov: Siz dediniz ki, Səmədovla söhbət edəndə siyasi fəaliyyətin olmayacağını bildirib. Nizamnamə ilə tanışsan.
E.X.: Bəli. Özüm oxumuşam.
Hakim Eldar İsmayılov (Mövsüm Səmədova üzünü tutur): Sizi demisiniz ki, siyasi fəaliyyətimiz olmayacaq?
Mövsüm Səmədov: Aydın məsələdir ki, siyasi partityanın fəaliyyəti elə siyasi olmalıdır. Bilirsiniz, İslam Partiyasına həmişə pis nisbət veriblər. Biz demişik ki, fəaliyyətimiz Konstitusiyanın qoyduğu qanunlardan kənara çıxmayacaq. Bu bizim konstitusyon haqqımızdır ki, xalq istəsə hakimiyyətdə təmsil oluna bilərik.
Hakim E.İsmayılov (E.Xudaverdiyevə): Partiyanın komitə sədrliyindən getmə səbəbiniz nə olub?
E.X.: Üzvlükdən çıxmaqla sədrlikdən çıxmaq arasında fərqlər var. Mən üzvlükdən çıxmamışam. Sədrliyin məsuliyyətini şəxsi səbəblərdən qaldıra bilmədiyim üçün istefa vermişəm.
Mövsüm Səmədov: Bizim Elnur qardaşımızdla bundan öncə bir-iki dəfə bu mövzuda söhlbətlərimiz olub. O getmək istədiyini bildirib. Deyib ki, ayrı vəzifələrini yerinə yetirə bilmir. Biz də münasitbə şəraiti gözləyirdik. Belə alındı.
Hakim E.İsmayılov: M.Səmədovun çıxışına qulaq asmısınız?
E.X.: Çıxış mahiyyətiti əsasən dövlətimizdə baş verən  bəzi neqativ hallar, o cümlədən məscidlərin bağlanması, uşaqlarımızın hicaba görə məktəbə buraxılmaması və saitr idi. Deyib ki, biz bununla bağlı dəfələrlə müraciət etsək də baxan olmayıb. Məgər biz bu ölkənin vətəndaşı deyilik?
Hakim: Bəs əgər yenə müraciətlərə baxılmasa idi, demişdi ki, nə kimi tədbirlər görərik?
E.X.: Elə bu cür də etirazlarımızın davam edəcəyini bildirib.
Hakim: Deyirsiniz ki, əvvəldən də iki-üç dəfə iclaslarda iştirak etmisiniz. Yol xərclərini kim ödəyirdi?
E.X.: Yerlərdə partiya üçün olan ianələr bizə verilirdi. Biz də mərkəzə çatdırırdıq. Bu səbəbdən də hərdən yol pulumuzu elə ordan ödəyirdilər.

Sonra şahid qismində Kamran Qədirov dəvət olundu. O, AİP-in üzvü olmadığını, iclasda da iştirak etmədiyini bildirdi. Həmçinin təqsirləndirilən şəxslərdən heç vaxt, heç yerdə dövlət əleyhinə bir şey eşitmədiyini dedi. Mövsüm Səmədovun çıxışı ilə isə  internetdə tanış olduğunu nəzərimizə çatdırdı.

Kamran Qədirovdan sonra şahid kimi ifadə vermək üçün Elxan Musayev dəvət olundu. O, təqsirləndirilən şəxslərdən  Mövsüm Səmədovu, Vaqif Abdullayevi  və Rufulla Axundovu tanıdığını dedi. İstintaqa verdiyi ifadə ilə bağlı suallarda sənədi özünün oxumadığını, sadəcə imzaladığını dedi.
Hakim E.İsmayılov:  Neçənci ildən partiyanın üzvüsüz?
E.Musayev: 2003-cü ildən.
Hakim: Rayon komitə sədrliyinə necə seçilibsiz?
E.M.: Konfrans keçirilib. Səsvermə yolu ilə seçilmişəm. Bu barədə sənədlərdə də qeyd olunub.

Hakim  şahidin ilkin istintaq zamanı verdiyi ifadəni oxudu. E.Musayev  ifadənin mətni ilə razılaşmadığını bildirdi. Və bir daha xatırlatdı ki, mətni oxumayıb, sadəcə imzalayıb.

Daha sonra Şənlik Axundov şahid qismində dəvət olundu. O təqsirləndirilən şəxslərdən  Fəramiz Abbasovu tanıdığını, Mövsüm Səmədovu və Zülfüqar Mikayılzadəni üzdən tanıdığını bildirdi. S.Mövsümlə telefon əlaqəsi olduğunu dedi. Onunla görüşmək istəyirmiş. Lakin iki gündən sonra tutulduğunu eşidib.
O da ifadəsini oxumadan imzaladığını bildirdi.
Məzahir Şahlarov: Fəramiz Abbasovu neçə ildi tanıyırsınız
Ş.A.: 2 ildi
M.Ş.: Baxışlarında  nəsə böir dəyişiklik, yaxud yəhudilər barədə, silah-sursat barədə nəsə dediyini eşitmisən?
Ş.A.: O, heç qarışqanın əzilməsinə razı olmayıb.
Hakim E.İsmayılov: Səmədovu niyə axtarırdın?
Ş.A.: Adımın İslam Partiyasının üzvləri siyahısında olub-olmamasını aydınlaşdırmaq istəyirdim.
Hakim E.İ.: Ümumiyyətlə belə bir şey istəyirdiniz?
Ş.A.: Hələ ki, işlərim olduğundan istəmirdim.
Hakim: Elə bir şey mümkün idimi ki, sizin xəbəriniz olmadan partiyaya üzv eləsinlər?
Ş.A.: İnanmıram. Mən bir internet saytında Fəramiz Abbasovun şəkillərini gördüm. Zəng eləyib dedim ki, şəkillərini sayta qoyublar. O da dedi ki, ola bilər. Sonra mənim adını xatırlamadığım tələbələrimdən biri dedi ki, deyirlər ki, partiyanın üzvüsünüz? Mən də bunu araşdırmaq istəyirdim. 1-2 zəngdən sonra M.Səmədjovla əlaqə saxlaya bildim və onunla görüşmək istədiyimi dedim. O da burda olmadığını söylədi. 2 gündən sonra Hacının həbs olunması xəbərini eşitdim.
Hakim: Zülfüqarla münasibətiniz necədi?
Ş.A.: Bir dəfə məclisdə görmüşəm.
Hakim: Onunla sizin aranızda nəsə narazılıq olubmu?
Ş.A.: Şəxsən öz ağzından eşitməmişəm. Qalanlarına da fikir verməmişəm.
Hakim şahidin ilkin istintaq zamanı verdiyi ifadəsini oxudu. Ş.Axundov ifadəsində düzəlişlər olduğunu qeyd etdi.

Bundan sonra Rövşən Əhmədli şahid qismində dəvət olundu. O, yanvarın 9-da heç nədən xəbəri olmadığı halda evdən gəlib aparıldığını bildirdi: «Amma belə qeyd etdilər ki, guya küçədə nəsə nalayiq hərəkətlər etməyim səbəbimdən məni tutublar. Həbsxanada öyrəndim ki, partiyanın rəhbərləri həbs olunublar. Mənə qanunsuz olaraq, şahidsiz, sübutsuz 10 gün həbs cəzası verdilər. Bu barədə Appelyasiya Məhkəməsinə şikayətimi vermişəm».
Nemət Əliyev: Vaqif Abdullayevi  necə tanıyırsız?
R.Əhmədli: AİP sədrinin təşkilati məsələlər üzrə müavinidir. Özü də gözəl ailə başçısı, cəmiyyət içində xeyirxahlığı ilə tanınan bir şəxsdir.
N.Əliyev: Onun dövlət çevrilişi ilə bağlı çağırışlarının şahidi olmusunuz?
R.Əhmədli: Vaqif Abdullayev qanuna riayət edən, qanunsuzluğa yol verməyən bir şəxsdir.
Vaqif Abdullayev: 12 ildir ki, partityanın təşkilati məsələlər üzrə müavini olmuşam. Bu müddət ərzində partiyanın iclaslarını mən çağırmışam?
R.Əhmədli: Təbii ki. Bu sizin vəzifənizdir. Nəinki Partiyanın tədbirlərini, ümumiyyətlə partiyanın keçirdiyi başqa  tədbirlərə də siz çağırırdınız.

R.Əhmədlidən sonra şahid qismində Mirhüseyn Kazımlı dəvət olundu. O, yanvarın 2-də iş yoldaşları ilə bir yerdə gələrkən polislər tərəfindən qanunsuz olaraq saxlanıldığından danışdı. Həmçinin təqsirləndirilən şəxslərin heç birindən yəhudilər, terrorizm, silah-sursat saxlamaq barədə bir şey eşitmədiyini bildirdi.

Şahidlər siyahısında AİP-in sədrəvəzi  Elçin Manafov da var idi. O, iclasda olmadığını bildirdi. Burda oturan şəxslərdən də Dəyanət Səmədovdan başqa hamısını tanıdığını və onların çox hörmətli, nüfuzlu şəxslər oldduğunu dedi.

Daha sonra Piroğlanov Taleh Rasim oğlu şahid qismində dəvət olundu. Təqsirləndirilən şəxslərdən Dəyanəti tanıdığını bildirdi.Əslən Xaçmazdan olduğunu deyən Piroğlanov hal-şahidliyi edən günü Qubaya taksi ilə müştəri gətirdiyini söylədi. Daha sonra Dəyanət Səmədovun mağazasında və evində olan axtarışlardan danışdı.
Həbib Əliyev: Xaçmazda yaşayırsınız?
Şahid: Bəli.
H.Əliyev: Prortoklda Quba qeyd olunub.
Hakim E.İsmayılov: Ola bilsin, texniki səhvdir. Pasportda  Xaçmaz qeyd olunub.
H.Əliyev: Adınız Talehdi.
Şahid: Bəli.
H.Əliyev: Sizi Rasim çağırmırlar?
Şahid: Xeyr.
H.Əliyev (hakimə müraciət edir): Bizim bu şahidin orda olması barədə ciddi şübhələrimiz var. Çünki protokola görə orda  Piroğlanov Rasim iştirak etməyib. Sənəddə şahid qismində iki nəfərin adı hallanır: Abdullayev Elşad və Güloğlanov Rasim.

Hakim sənədlərə baxır. Daha sonra vəkillərə müraciət edir: Məsələni aydınlaşdırmaq üçün bəlkə sual verəsiniz?

Anar Qasımlı: Biz Rasim Güloğlanovu tələb edirik.
Dövlət ittihamçısı: Burda nə var e… Texniki səhvdir də (?)
Hakim (üzünü Dəyanət Səmədova tutur): Bu şəxsi tanıyırsan?
Dəyanət Səmədov: Xeyr.
Hakim köməkçisi (Həbib Əliyevə): Amma mən eşitdim ki, siz Dəyanət Səmədova dediniz ki, hakim soruşsa, denən tanımıram.
Həbib Əliyev: Möhtərəm hakim. Mən ömrümdə həyat yoldaşımdan başqa heç kimə yalan deməmişəm.
Hakim köməkçisi (gülür): Elə mən də.
H.Əliyev: Mən Dəyanətə dedim ki, səs-küy salma, zibilin üstü açılır.
Anar Qasımlı: Şahid Taleh Rasim oğludu. Bəlkə atası iştirak edib, bunu göndəriblər? Xahiş edirəm onun şəxsiyyəti aydınlaşandan sonra ehtiyac olarsa təkrar dindirilsin. Bir də, bayaq imzalarını göstərdiniz, şahid öz imzalarını tanıdı?
Hakim (katibə): Şahid imzalarını tanıdımı?
Katib: Bəzilərini tanıdı. Bəzilərini də dedi mənim deyil.
Hakim (şahidə): Ay kişi, imzalar sənin deyil?
Şahid: Mənimdi.

Qərara alındı ki, onun şəxsiyyəti məlum olana kimi ifadəsi dinlənilməsin. Sonra şahid qismində Məmmədağa Əliyev dəvət olundu. O da təqsirləndirilən şəxslər arasında M.Səmədovu, V.Abdullayevi və Rufulla Axundovu tanıdığını dedi. Daha sonra iclas günü sadəcə saat 12-1 radələrinə qədər partiyada olduğu, xəstəsi olduğu üçün tez çıxıb getdiyini dedi. Anar Qasımlının  «Protokolu oxuyub qol çəkmisən» sualına M.Əliyev belə cavab verdi: «Xeyr. Məni 8-9 saat orda saxladılar. Sonra da yorğun idim. Oxumayıb imzaladım».

Daha sonra şahid qismində Fəyyaz Nəbizadə dəvət olundu. Təqsirləndirilən şəxslərdən M.Səmədovu, V.Abdullayevi, Rufulla Axundovu və Firdovsi Məmmədrzayevi tanıdığını dedi. İfadəni oxumadan imzaladığı söylədi.Səbəbini isə belə izah etdi: «Müstəntiq mənə dedi ki, protokolda yazılanların sənə dəxli yoxdur. Yalnız iki cümlə sənə aiddir: Onlar silah-sursat saxlayıblar. Mən dedim ki, elə şey ola bilməz. O, həm dünyəvi, həm də dini elmin alimdir".

Qurban Cəbrayıl da şahid qismində dəvət olunmuşdu. Lakin məhkəmə iclaslarında də iştirak etdiyinə görə cinayət prosedur qaydalarına əsasən şahid ifadələri qəbul olunmadı.

Fasilədən sonra Arzu Hacıyev dəvət olundu O, 21.01.2011-ci il tarixdə prokurorluqdan Rufulla Axundovun evində axtarış olacağı barədə məlumat aldığını  dedi. Daha sonra isə R.Axundovun evində və həyətində axtarış aparıldığını, həyətində yarımtikilidən silahlar çıxdığını dedi.
Anar Qasımlı: Hal-şahidlərini kim dəvət eləmişdi?
Şahid: Əməkdaşlarımız.
A.Q. Sizdən əvvəlki hal-şahidi Ədalət müəllim bildirdi ki, mənə zəng edib dedilər iki şahid tap. Mən də başqa birini taparaq hadisə yerinə gəldim. Bəs protokol həyətdə yazıldı?
Şahid: Bəli.
A.Q. (R.Axudova müraciət edir): Protokol həyətdəmi yazılıb?
R.Axundov: Xeyr.
A.Q.: Ola bilərmi ki, kimsə Rufullanın həyətinə girib nəsə qoysun?
Şahid: Rufullanın qorxusundan kim o həyətə girə bilər?
A.Q.: Bax, mənim düşmənçiliyim var, risq edib onun həyətinə nəsə qoya bilərəm?
Hakim: Bu nədi? Sualın başı da, sonu da ehtimala əsaslanır.
Həbib Əliyev:TƏQSİRLƏNDİRİLƏN ŞƏXSLƏRƏ İTTİHAM EHTİMALNAN VERİLİB DƏ
A.Q.: Mən öyrənmək istəyirəm ki, fiziki cəhətdən onun həyətinə girmək mümkündürmü?
Şahid: Həyətdə darvaza var. Amma üstündən tullana da bilərlər. Mən nə deyim?!
Rufulla Axundov:Silahlar tapılandan sonra mən sizə dedimmi ki, izlər təzədir. İt çağırın, qoy araşdırsınlar?
Şahid: Xeyr
Rufulla Axundovu əsəbi gülmək tutur: And içə bilərsən?
Şahid: Bəli. And içərəm
Lakin hakim hər iki tərəfi susdurdu. Sonra iclasın sentyabrın 23-nə, saat 10.00-a qədər təxirə düşdüyünü bildirdi.


TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 1464 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus