Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Март » 28 » Moskva - Bakı münasibətlərində gərginlik
14:52
Moskva - Bakı münasibətlərində gərginlik
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə son vaxtlar yaranan üstüörtülü gərginlik özünü göstərməyə başlayıb. Rusiya Azərbaycanı sıxmaq üçün hərəkətə keçib və bu istiqamətdə ilk addımlar atılıb. Dünən məlum olub ki, eyni gündə Rusiyanın üç şəhərindən Bakıya aviareyslər heç bir xəbərdarlıq edilmədən dayandırılıb. Bundan iki gün əvvəl isə "Rosselxoznadzor” xəbərdarlıq edib ki, Azərbaycandan quru və qabıqlı meyvə idxalını qadağan edəcək.

Hər iki addımın arxasında siyasi motivlərin dayandığına dair güclü arqumentlər var. Dünən məlum olub ki, Bakı Beynəlxalq Hava Limanından Rusiyanın Omsk, Perm və Moskva şəhərlərinə reyslər ləğv edilib. Aeroportdakı onlayn-tabloda Bakı-Omsk (uçuş vaxtı saat 11.35), Bakı-Perm (uçuş vaxtı saat 14.20) və Bakı-Moskva (uçuş vaxtı 15.55) reyslərinin yerinə yetirilməyəcəyi barədə məlumat yerləşdirilib. AZAL-ın mətbuat xidməti bildirib ki, Rusiyanın bəzi şəhərlərinə təyyarə reyslərinin təxirə salınmasının onlara dəxli yoxdur. "Bu reysləri Rusiya şirkətləri həyata keçirirdi, onlar reyslərin təxirə salınması səbəbləri barədə bizə məlumat verməyiblər” deyə, AZAL-dan bildirilib. Reyslərin eyni gündə təxirə salınması Rusiya informasiya məkanında da geniş rezonansa səbəb olub. "RİA-Novosti ” agentliyi məsələ ilə bağlı hər iki tərəfdən mülki aviasiya hakimiyyətlərinin mövqeyini öyrənib. "Rosaviasiya”nın rəsmisi agentliyə bildirib ki, Bakıya və geriyə bütün reyslər hava yolları şirkətlərinin cədvəlinə uyğun həyata keçirilir: "İki ölkə arasında uçuşların məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı heç bir qərar yoxdur”. Rəsmi deyib ki, Omskdan Bakıya reysləri "İraero”, Permdən Bakıya reysləri "Ruslayn” və Moskvadan Bakıya reysləri "YUTair”, "Aeroflot” və "S7" şirkətləri həyata keçirir. Mənbənin sözlərinə görə, aviaşirkətlər reyslərin yerinə yetirilməsi ilə bağlı qərarları kommersiya nöqteyi-nəzərindən qəbul edir.

Lakin eyni gündə bir neçə aviaşirkətin "kommersiya nöqteyi-nəzərindən” Bakıya reysləri təxirə salması o qədər də ağlabatan görünmür. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından isə agentliyə deyiblər ki, reyslərin təxirə salınmasının sərnişinlərin az olması ilə bağlı olduğu təxmin edilir. "Bu, bəzi kiçik aviaşirkətlərdə kifayət qədər geniş yayılmış praktikadır, hansı ki, sərnişin az olanda reysləri təxirə salırlar. İndi ”ölü mövsumdür", sərnişin azdır, bir çox aviareyslər dolmur" deyə, mənbə bildirib. Ancaq maraqlıdır ki, cəmi bir gün əvvəl Rusiya Belarusla da aviareysləri məhdudlaşdırıb. Rəsmi məlumatlara görə, bunun səbəbi Moskva-Minsk-Moskva reyslərinin sayı ilə bağlı iki ölkə arasında yaranmış mübahisədir. Bu mübahisə ilə bağlı "Rosaviasiya” Belarusun "Belavia” şirkətinin uçuşlarına qadağa qoyub. Belarus tərəfi də dərhal buna cavab verərək Rusiyanın bütün aviaşirkətlərinin ölkə ərazisinə uçuşlarını qadağan edib. Beləliklə, iki ölkə arasında aviasiya əlaqəsi kəsilib.

Belarus tərəfi bildirir ki, Rusiya Moskva-Minsk reyslərinin sayını artıraraq "Belavia”nı sıxışdırıb bu reysdən çıxarmaq istəyir. Tərəflər mübahisəni çözmək üçün bu gün danışıqlara başlayacaqlar. Mətbuat isə mübahisənin arxasında siyasi motivlərin dayandığını yazır. "Vzqlyad” qəzetinin yazdığına görə, bir neçə gün əvvəl Moskvada keçirilən Avrasiya Əməkdaşlıq İttifaqının sammiti zamanı bu təşkilatın əsasnaməsinin yenidən imzalanması baş tutmayıb. Yeni əsasnamədə ittifaqa üzv ölkələr arasına daha sıx siyasi və iqtisadi inteqrasiya nəzərdə tutulur. Belarus prezidenti Aleksandr Lukaşenko sammitdən sonra bildirib ki, o sənədin imzalanmasının tezləşdirilməsinə dair Rusiyanın mövqeyini dəstəkləyib, Qazaxıstan isə buna qarşı çıxıb. Lakin BBC xəbər verib ki, məhz Lukaşenko sənədi imzalamaqdan imtina edib. Görünür, Rusiya bunun qisasını almaq üçün Belarusa qarşı iqtisadi təsir rıçaqlarını işə salır. Bu, Moskvanın MDB respublikalarını sıxmaq üçün tez-tez əl atdığı metoddur. Belarusun ardınca Rusiya şirkətlərinin Bakıya reysləri təxirə salması da təsadüfi görünmür və siyasi xarakter daşıya bilər.

Məsələ ondadır ki, Azərbaycan bu ilin fevralında gözlənilmədən Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair ikitərəfli danışıqlarda sərt mövqeyə keçib və stansiyanın icarə haqqı üçün Rusiyadan ildə 300 milyon dollar tələb edib. Rusiya tərəfi bu məbləği qəbuledilməz sayır və bildirilir ki, danışıqlar dalana dirənib. Təhlilçilərə görə, Azərbaycan ötən 3-4 ildə Rusiyanın Qarabağ siyasətində heç bir müsbət dəyişikliyin baş vermədiyindən məyus olub və Qəbələ RLS kartını işə salıb. Digər tərəfdən, Rusiyanın hərbi-diplomatik çevrələri mətbuata məlumatlar sızdırmaqla Bakını xəbərdar etməyə çalışırlar ki, Qarabağda mümkün hərbi əməliyyatlar zamanı Moskva Ermənistana hərbi dəstək verəcək. Hətta Azərbaycanın Qarabağı geri almaq planlarına qarşı Rusiyanın sərhədlərimizə qoşun cəmləşdirməyə başladığı da məlumdur. Bugünlərdə Dağıstana Çeçenistandan 15-17 minlik qoşun qruplaşmasının yeridildiyi xəbər verilir. Qərb mənbələrində yer alan məlumatlarda isə deyilirdi ki, Azərbaycan və Gürcüstan liderlərini Rusiyanın Şimali Qafqaza qoşun cəmləşdirməsi, bu ilin yayında "Qafqaz-2012" adlı irimiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşması narahat edib.

Hələlik Rusiya Azərbaycanı iqtisadi-ticarət müstəvisində sıxmağa yönəlmiş siqnallar göndərir. Bugünlərdə "Rosselxoznadzor”un rəsmisi Aleksey Alekseyenko bildirib ki, Azərbaycan, Özbəkistan və Tacikistandan quru və qabıqlı meyvə idxalı dayandırıla bilər. Alekseyenko həmin ölkələri bu barədə xəbərdar etdiklərini deyib. Onun sözlərinə görə, sözügedən məhsullarda kənd təsərrüfatı və insan orqanizmi üçün təhlükəli zərərvericilər ola bilər. "Əgər bizim iradlarımızla bağlı tədbirlər görülməsə, həmin ölkələrdən quru və qabıqlı meyvə idxalı qadağan ediləcək” deyə, Alekseyenko bildirib. Bakıda hakimiyyətyönlü KİV-lər də bu xəbərdarlığın siyasi motivli olduğunu təxmin edir. Vesti.az saytı yazıb ki, Rusiya ilə Azərbaycan arasında ticarət müharibəsi başlayır və Moskva quru meyvə qadağası ilə Qarabağ məsələsində Bakıya təzyiq göstərməyə çalışır. Qeyd edək ki, Rusiya vaxtilə siyasi təzyiq məqsədilə Belarusdan süd məhsullarının, Moldova və Gürcüstandan şərabın, "Borjomi” sularının idxalını bu malların standartlara cavab vermədiyi bəhanəsi ilə dayandırmışdı.

TALISH.ORG

Категория: Dünyada | Просмотров: 1607 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus