Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Июнь » 14 » Muzeyə həsrət tariximiz
23:44
Muzeyə həsrət tariximiz
Regionlarda hələ sovet dövründən formalaşan tarix-diyarşünaslıq muzeylərinin hazırkı vəziyyəti heç də ürəkaçan deyil.

Masallı tarix-diyarşünaslıq muzeyi analoji müəssisələrdən fərqli olaraq rayon mərkəzində deyil, Hişkədərə kəndində yerləşir. Belə fərqliliyin səbəbi ondadır ki, muzey demək olar ki, bir nəfərin – kənd sakini və kimya-biologiya müəllimi Rəhim Tağıyevin sayəsində yaradılıb. Lakin bu gün muzeyin yerləşdiyi bina acınacaqlı vəziyyətdədir.

Qonşu Mollaoba kənd sakini Allahverdi Rəhimli muzeyin hazırkı vəziyyətindən ürək ağrısıyla danışır: "Bizim kənddən xeyli insan Rusiyada işləyir. Bu səbəbdən xeyir-şər məclislərində tez-tez oradan qonaqlarımız olur. Bəziləri bir neçə gün burada qalıb istirahət edir, bölgənin görməli yerlərini, tarixi abidələrini və muzeylərini ziyarət etmək istəyirlər. Hişkədərədə yerləşən muzey çox zəngindir, amma yerləşdiyi bina bərbad vəziyyətdədir. Qonaqları ora aparanda adam zəngin tariximizə görə fəxr edir, amma bu tarixə etinasız münasibətə görə xəcalət çəkir. Bina artıq illərdir ki, muzeyin tələbatına cavab vermir, eksponatların çox hissəsi nümayiş etdirilmir. Son illər isə bina ümumiyyətlə qəzalı vəziyyətə düşüb, divarlar çat verib, tavan tökülür. Görəsən, niyə bir tədbir görülmür?”.

Muzeyin direktoru Əntiqə Tağıyeva muzeyin banisi Rəhim Tağıyevin nəvəsidir: "Uzun illər qazıntılar aparıb, ayrı-ayrı şəxslərdən eksponatlar toplayıb. 1952-ci ildən şəxsi kolleksiya kimi, 1963-1978-ci illərdə Hişkədərə kənd məktəbinin muzeyi kimi nümayiş olunub. 1978-ci ildə isə tarix-diyarşünaslıq muzeyi statusu verilib və indi yerləşdiyi bina ayrılıb. 35 ildir ki, bu binada fəaliyyət göstəririk. Bu bina artıq tələblərimizə cavab vermir. Yeni binanın bu il tikilməsi haqqında xəbərlər var idi, amma hələ ki, reallaşmayıb”. 

Ümumi sahəsi cəmi 288 kvadrat metr olan irili-xırdalı 7 otaqdan ibarət muzey binasında 7 min eksponat toplanıb. Amma onlardan yalnız 2 minini nümayiş etdirə bilirlər.

Hişkədərə kənd məktəbinin gənc tarix müəllimi Cəlil İmanov diqqəti muzeyin təhlükəsizliyinə çəkir: "Muzeyin yerləşdiyi bina təhlükəsizlik qaydalarına cavab vermir. Muzey ciddi mühafizə olunmalı, bunun üçün lazımi şərait olan binada yerləşdirilməlidir. Axı burada xalqımızın tarixini əks etdirən nadir nümunələr var, hansısa birisi oğurlanarsa kim cavab verəcək? 15-20 il əvvəl belə bir hadisə baş vermişdi. O zaman oğrular tezliklə tutuldular, əşyalar qaytarıldı, amma qədim bir samovar tapılmadı. Yaxşıdır ki, muzey kənddə yerləşir, özü də məktəbin həyətində. Məktəbin gözətçisi muzeyə də göz-qulaq olur.

Yeri gəlmişkən, söhbət gəzir ki, planlaşdırılan yeni bina rayon mərkəzində tikilə bilər. Kənd əhalisi bundan qəti narazıdır. Muzey bizim kəndin atributuna çevrilib, onu itirmək istəmirik”, - Cəlil İmanov deyir.

Lənkəran Dövlət Universitetinin baş müəllimi, tarixçi-arxeoloq Həşim Kəlbiyev də muzeyin vəziyyətindən ürək ağrısı ilə danışır: "Muzeyşünaslıq sadəcə hansısa əşyaları ziyarətçilərə göstərməkdən ibarət deyil. Bu sahə əməlli-başlı elmdir. Paltarlar, əmək və döyüş alətləri, kağız məhsulları, sikkələr xüsusi şəraitdə saxlanılmalıdırlar, xüsusi məhlullarla dərmanlanmalıdırlar ki, zaman ötdükcə korlanmasınlar. Muzey otaqlarında bəlli hərarət təmin edilməlidir. Təəssüf ki, Hişkədərə kəndində yerləşən Masallı tarix-diyarşünaslıq muzeyində bu şərait olmadığından hər şey kustar səviyyədədir. Halbuki, bölgənin ən zəngin muzeyidir. Mən hər il praktiki təcrübə çərçivəsində Lənkəran universitetinin tələbələri ilə bölgədəki muzeyləri ziyarət edirəm. Heç bir muzeydə bu qədər zəngin və nadir eksponatlar yoxdur. Lakin şəraiti çox bərbaddır. Bir yandan çox darısqallıqdır, digər tərəfdən qəza vəziyyətindədir. Ziyarət zamanı hər dəfə tələbələrə ehtiyatlı olmaları barədə xəbərdarlıq edirəm”. 

Həşim müəllim ümumiyyətlə respublikada muzeyşünaslığa münasibətin dəyişməsini zəruri sayır: "Hər bir muzeyin öz saytı olmalıdır. Bu saytda muzeyin bölmələri üzrə məlumatlar, bəzi şəkillər yerləşdirilməlidir. Azərbaycanda hamının Masallıya, ya Lənkərana gəlmək imkanı yoxdur. Niyə bu saytlar vasitəsilə bölgənin tarixi, arxeologiyası və etnoqrafiyası haqqında məlumat əldə edə bilməsinlər? Digər tərəfdən, bu xarici ölkə vətəndaşlarının da marağına səbəb olar, turizmə təsir göstərər”. 

Problemlə bağlı hakimiyyət orqanlarının mövqeyini öyrənmək üçün əlaqə saxladığımız Masallı rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nəsir Muxtarlı tarix-diyarşünaslıq muzeyinin binasının qəzalı vəziyyətdə olmasını etiraf etdi: "Muzey binasının tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması barədə məlumatımız var. Problemin həlli üçün Masallı icra hakimiyyəti muzey üçün yeni binanın tikilməsi haqqında Nazirlər kabineti qarşısında məsələ qaldırıb. Ümid edirik ki, Nazirlər kabineti müraciətimizə müsbət cavab verəcək və tikinti 2014-cü ilin planına daxil ediləcək”. 

Nəsir Muxtarlı yeni binanın rayon mərkəzində tikiləcəyi haqqında informasiyanı nə təsdiq, nə də inkar etdi: "Bu haqda hələ qəti fikir yoxdur. Əvvəlcə plana salınsın, sonra müzakirə edəcəyik”.

Həşim Kəlbiyev isə muzeyin rayon mərkəzinə köçürülməsinin qəti əleyhinədir. Onun fikrincə, arxeoloji tapıntıları ilə zəngin olan Hişkədərə kəndi özü bir muzeydir. "həm də dünyanın bir çox yerlərində açıq havada muzey eksponatları - əsasən daş abidələr nümayiş olunur. Masallı tarix-diyarşünaslıq muzeyində də belə abidələr var. Əgər yeni muzey tikilirsə, o zaman dünyada qəbul olunmuş standartlara tam cavab verən bir layihə hazırlanmalıdır. Rayon mərkəzində bunun üçün kifayət edəcək yer ayırmaq çətindir. Hişkədərə kəndi isə optimal məkandır. Digər tərəfdən də bu kəndin infrastukturunun, xidmət sektorunun inkişafına, deməli, Hişkədərə və ətraf kəndlərin əhalisinin rifahına müsbət təsir edər”, - deyir Həşim müəllim (http://civil-forum.az/).

Yadigar SADIQOV 

Категория: Талыш xəbərləri | Просмотров: 2068 | Добавил: admin | Теги: Хишкадара, talysh, talış, Hişkədərə diyarşunaslıq müzeyi, талыш | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus