Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Август » 31 » Ən qapalı məhkəmə...
12:31
Ən qapalı məhkəmə...
Bir Lerikli tanışım var, kəndlərində məzəli bir əhvalat olub, çox xahiş etdi ki, bunu "Lətifələr” rubrikasında yerləşdirim, konkret adlar olduğu üçün mən "yox” dedim, amma qısaca xülasəsini verəcəyimi bildirdim. Demək hadisə vaqe olur dağ kəndlərinin birində, dükana un gəlir və bütün kənd un almaq üçün dükanın qarşısına yığılır, kimisi un aparmaq üçün at, kimisi də ulaq gətirir. Kəndin hazırcavab sakinlərindən biri də un aparmaq üçün öz ulağını gətirib, dükanın qarşısında saxlayır və üzbəüz məktəbin qarşısındakı müəllimlərlə görüşmək üçün onların yanlarına gedir. Elə bu vaxt ulaq yerdəki qəzeti iyləməyə başlayır və bunu görən müəllimlərdən biri bu kişiyə sataşmaq üçün deyir: "Filankəs, sənin eşşəyin səndən savadlıdır ha, qəzet oxuyur”.
Heç kefini də pozmayan ulaq yiyəsi "hə, düz deyirsən, bircə qalstuku catmır, o da olsaydı, əsl müəllim idi” cavabını verir...

Ən humanist məhkəmə...


Avqustun 29-u saat 12-yə Nəsimi rayon məhkəməsində Hilal Məmmədovun işgəncələrə məruz qalması ilə bağlı məhkəmə dinləmələri təyin edilmişdi, hələ məhkəmə başlamamış "elan” lövhəsində məhkəmənin qapalı keçiriləcəyi qeyd edilmişdi, amma bütün bunlara baxmayaraq məhkəmə zalına kifayət qədər çox insan yığılmışdı, bu insanların arasında ATƏT-in Bakı ofisinin şöbə müdiri Nikolas Deç, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Müsavatın təmsilçisi Gülağa Aslanlı, AXCP-nin təmsilçiləri Arzuman Məcidli və Təzəxan Mirələmli, "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, bir sıra hüquq müdafiəçiləri, Müdafiə Komitəsinin üzvləri, çoxlu sayda jurnalistlər, professor Hilal Məmmədovun ailə üzvləri də var idi. 12:40-acan zalda hakimi səbirsizliklə gözlədik, hakimin köməkçisi zala girəndə zalı ağzınacan dolu görüb, bir anlığa özünü itirdi, sonra öz yerinə keçib "qalxın, hakim gəlir” dedi və bu vaxt zala dünyanın ən humanist hakimi daxil oldu...
Hakim Emin Mehdiyev məhkəmənin qapalı keçiriləcəyini vurğulayıb, zalı boşaltmağı tələb etdi, vəkil Yalçın İmanov söz istəsə də hakim "Bəxt üzüyü” filmindəki kimi sifətinə "bolşe zəhrimara” yükləyib, məhkəmə nəzarətçilərindən zalın boşaldılmasını tələb etdi, zal boşalmağa başlamamış hakim "vəkillər zirzəmiyə düşsünlər” dedi... İlk olaraq fikrimdən bu keçdi ki, yəqin 37-ci illərə qayıtmışıq, artıq məhkəmələri zərzimələrə transfer edirlər. Sonra başa düşdüm ki, zalın dolu olduğunu görən hakim gecikdiyi 40 dəqiqə ərzində "lazımi yerlərlə” əlaqə saxlayıb və yəqin ki, ona insidentə getməyərək, məhkəməni zirzəmidə keçirtməyi tapşırıblar. Nə isə, təqribən ikinin yarısı məhkəmə qurtardı, vəkillərin bildirdiklərinə görə hakim(lər) müşavirəyə getdi(lər). Adətən belə siyasi həbslərdə məhkəmə qərarları hazır olur və iki dəqiqə çəkməyən müşavirələrdən sonra iki saata ancaq yazılması mümkün olan hazır qərarlar oxunur, Hilal müəllimin burda da bəxti gətirmədi, hakim(lər) nə vaxt müşavirəni qurtaracaqlarını bilmirdilər. 4 saatdan çox çöldə gözləyəsi olduq və məlum oldu ki, məhkəmə qərarı boş divarlara oxuyub... Qərarın oxunduğu vaxt Hilal Məmmədovun zalda olub-olmamasını deyə bilmərəm, amma bu "oxunuşun” vəkillərdən gizlin aparıldığını dəqiq bilirəm....

Anar Qasımlını məhkəməyə verək...


Hakimin oxuduğu hökmdən belə məlum olub ki, professor Hilal Məmmədov qeyri-qanuni həbs edilərkən heç bir işgəncələrə məruz qalmayıb, məhkəmə tibbi ekspertizasının xəsarətlərlə bağlı verdiyi rəy boş şeymiş, vəkil Anar Qasımlı isə Hilal Məmmədovun həbs ediləcəyini "əvvəlcədən bildiyi üçün” özü ona qəsdən xəsarətlər yetirmiş, sonra həmən xəsarətləri öz fotokamerasına çəkmişdir. Görürsüz də bizim zirzəmilərdə keçən məhkəmələrimiz necə düzgün və ədalətli qərarlar qəbul edirlər, kimin ağlına gələ bilərdi ki, vəkil Anar Qasımlı əvvəlcədən Hilal müəllimin həbs ediləcəyini bilib, ona xəsarət yetirərək, məhkəməni azdırmaq yolunu tutsun? Heç kəsin, bu ancaq və ancaq adı belə məlum olmayan "donos yazanın” bir donosu ilə günahsız insanlara hökm oxuyan zirzəmi təfəkkürlü Azərbaycan məhkəməsinin ağlına gələ bilər. Mən bizim çox hörmətli məhkəmənin vəkil Anar Qasımlını "ifşa etdiyini” əlimdə rəhbər tutaraq, müdafiə komitəsinin rəhbəri kimi Hilal müəllimin digər vəkillərindən Anar Qasımlını məhkəməyə verməyi tələb etmişəm, qoy Anar Qasımlı Hilal Məmmədovun həbs ediləcəyini öyrənib, ona qəsdən xəsarət yetirdiyini məhkəmədə rəsmən boynuna alsın, bunun bədəlini ödəsin. Əgər professor Hilal Məmmədovu döy(dür)ən polislərə qarşı iddiamız keçmirsə, bu iddianı axır kiminsə üstünə yönəltməliyik də...

Balıx var, balıx...


Sabah artıq sentyabr ayı girir, bu isə o deməkdir ki, küçələrdə yenə də "balıx var, balıx...” sədasını eşidəcəyik, başqalarını bilmirəm, mən bu sədanı eşidən kimi nədənsə yadıma Hafiz Hacıyev düşür. Hafiz Hacıyev çox zor kişidir, görürsən ki, aylarla səsi çıxmır və birdən "hopp” eyləyib, atılır meydana, quyuya bir daş atır, sonra minlərlə insan bu daşı quyudan necə çıxartmaq barədə aylarla yox ha, illərlə baş sındırırlar. İndi də Hafiz Hacıyev mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi adlı bir daşı atıb quyuya, bu daşın quyuda çox qalması üçün hətta Sülhəddin Əkbəri də özünə şahid edib, indi Sülhəddin Əkbər nə qədər də and içsə ki, mənim bu olaydan xəbərim yoxdur, ona kim inanar ki? Şəxsən mən balıq, üzr istəyirəm Hafiz Hacıyevə inanaram, nəinki Sülhəddin bəyə. İndi bizim bu Prokurorluq da balıq, yox e, Hafiz Hacıyevin "məlumatını” dəstəvuz tutaraq cinayət işi qaldırıb. Sual olunur: kimə qarşı? Təbii ki, Əli Kərimliyə qarşı. Axı bunların canlarında hələm də bir Əli Kərimli xofu qalmaqdadır, nə qədər də yalandan desələr ki, Azərbaycan xalqı bizi dəstəkləyir, öz yalanlarına heç özləri də inanmırlar, bilirlər ki, bu gün Azərbaycan xalqı demokratik düşərgəni dəstəkləyir, ona görə də demokratik düşərgəni sıradan çıxartma planı işə düşüb. Hafiz Hacıyev, Emin Milli, sabah bir başqa antimilli, nə çox növbə gözləyən... Hə, onu deyirdim axı, balıq, üzr istəyirəm, Hafiz Hacıyev bu olayı Sülhəddin Əkbərdən eşitdiyini deyib. Bu barədə çox fikirləşdim və Hafiz Hacıyevin adının balıqlarla elə-belə hallanmadığını özümçün qət etdim, ə sən öl kişi dahiymiş... Sülhəddin Əkbərin adını ona görə çəkib ki, sabah desin ki, Sülhəddin Əkbərə də bunu İsa Qəmbər deyib, ə vallah Hafiz dahidir! Kimin ağlına gələr ki, bir "sözlə” iki siyasətçini aradan götürəsən? Vallah bu Hafiz Hacıyevdən Qarabala Barakın xəbəri yoxdur, yoxsa bu cür dahi insanı itib-batmağa qoymazdı. Mən oxucularıma söz verirəm, nə vaxtsa şahlıq quşu "ə” hərfindən əl çəkib, göyə qalxsa və təsadüfən mənim bu bəlalı başıma qonsa, mən Hafiz Hacıyevi özümə baş vəzir götürərəm...

Anormal idarəetmə....


Professor Hilal Məmmədovun hüquqlarının Müdafiə Komitəsinin 28 avqustda Müsavat Partiyasının qərargahında keçirilən genişlənmiş iclasında Müsavat başqanı İsa Qəmbər belə bir cümlə işlətdi: Azərbaycanda idarəetmə bərbad haldadır. İcazə versəydiz mən hörmətli başqanla razılaşmazdım, çünki Azərbaycanda unikal idarəetmə var, bu idarəetmədə kimin kapitan olduğunu bilmirəm, zatən bu mənim üçün heç maraqlı da deyil, ancaq onu bilirəm ki, məmləkətimizdə Stalinlər, Beriyalar, Mikoyanlar, Mir Cəfər Bağırovlar... peyda olublar, bircə qalıb təqvimi geri çevirməyə, yəni 1937-ci il etməyə, yenə də donoslar moda minib, artıq Konstitusiyada yazılmış "heç kəs öz günahsızlığını sübut etməməlidir” bəndi işləmir, çünki Azərbaycanda hamı öz günahsızlığını sübut etməlidir, çünki Azərbaycanda hamı günahkardır! Bəli, biz hamımız günahkarıq, 50 manat təqaüd alan anadangəlmə I qrup əlildən tutmuş Milli Məclisdəki, üzr istəyirəm, qul bazarındakı qullaracan. Milli Məclis dedim, yadıma Qənirə Paşayevanın "mən Milli Məclisdə bizneslə məşğul olmayan tək-tük deputatlardanam” deməsi düşdü. Əgər Qənirə xanımın dediyi həqiqətdirsə, şəxsən mən onun yalan danışdığını qəbul edə bilmərəm, demək Milli Məclisin adını dəyişib "biznesmenlər palatası” etmək lazımdır, niyə də etməyək? İngiltərədə lordlar palatası varsa, bizdə niyə biznesmenlər palatası olmasın ki?
Deyəsən Qənirə xanım məni mövzudan yayındırdı, onu deyirdim axı, bizdə unikal idarəetmə var, artıq bütün məmləkət qapalı bir obyektə çevrilib, qapalı məmləkətdə məhkəmələr də qapalı, özü də zirzəmidə keçməlidir, qapalı məmləkəti idarə etmək də asanddır. Qapalı məmləkətdə din xadimlərinin evlərinə silah qoyub, onları həbs edib, "islam və terror başqa-başqa şeylərdir” demək də asanddır, çünki sənə heç kəsin, o cümlədən Allahın adı ilə alver edən din xadimlərinin də "yüz nəfərə yaxın islamçı silahla həbs edilibsə, bu islamın elə terror olması demək deyilmi?” sualını vermək cəsarəti olmaz. Heç mən də bu sualı vermirəm, nəyimə lazım...

Qalstuklu(qul)lar...


Yadıma Astaralı din xadimi Rufulla Axundzadənin məhkəməsi düşdü. Həmən məhkəmədə Astaradan gəlmiş müəllimlər bir maladesə görə Rufulla bəyin üzünə durmağa cəhd edib, "biz mütamadi olaraq sahə müvəkkillərinə lazımi məlumatları çatdırırıq” quşunu da buraxmışdılar. Vaxtı ilə müəllim adını müqəddəs bilirdik, əsl müəllim çəkinmədən həqiqəti deyərdi, haqqı danmazdı. İndi isə bəzi, hətta deyərdim ki, əksər müəllimlər seçki məntəqələrində saxta bülletenləri qutulara doldurmaqla, camaatın üzünə durmaqla, "lazımi yerlərə məlumat ötürməklə” məşğuldurlar. Vallah belə müəllimləri görəndə adama elə gəlir ki, ulaqların boyunlarına qalstuk taxıblar... 


Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,

"Tolışon Sədo” N: 29(41) 31 avqust 2012


Категория: Azərbaycan | Просмотров: 1510 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus