Главная » 2012 » Август » 2 » Nəsimi rayon məhkəməsində Hilal Məmmədovun şikayətinə ayaqüstü baxılıb
00:28
Nəsimi rayon məhkəməsində Hilal Məmmədovun şikayətinə ayaqüstü baxılıb
"Tolışi Sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun vəkilləri Yalçın İmanov və Ramiz Məmmədov tərəfindən "Cinayət prosesini həyata keçirən istintaq orqanının və əməliyyatçıların qanunsuz hərəkətlərindən və qərarlarından (baxış protokolu, tutma protokolu, axtarış qərarı, axtarış ve götürmə protokolu, celb qərarı və s.) məhkəmə nəzarəti qaydasında verilən Şikayət 31 iyul 2012-ci ildə Bakı şəhər Nəsimi rayon məhkəməsində məhkəmə baxışına təyin edilib.
Şikayət Nəsimi rayon Məhkəməsinin hakimi Xumar Mərdanovanın (foto) icraatında yer almışdır. Məhkəmə baxışı saat 10-00-a təyin olunsa da, prosses saat yarım gecikməklə başlamış və başlanan kimi bitmişdir. Mudafiəçilərin rəyi soruşulmadan hakim Xumar Mərdanova Şikayetin AR CPM-in 449-cu maddəsinin tələblərinə uyğun olmadığını bildirmiş və Şikayətin geri qaytarılması ilə bağlı qərar qəbul edəcəyini elan etmiş və vəkilləri dinləmədən prossesi qapatmışdır.
İş üzrə Hilal Məmmədovun müdafiəçiləri hakim Xumar Mərdanovanın Sikayət üzrə qəbul etdiyi qərardan apellyasiya şikayəti verməkdə qərarlı olduğunu bildirmişlər.