Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2015 » Март » 20 » Novruz bayramının tarixindən
23:30
Novruz bayramının tarixindən

Yazın gəlişi, təbiətin canlanması dünyanın bütün xalqları üçün fərəhləndirici hadisədir və onlar bunu bayram kimi qeyd edirlər. Lakin baharın gəlişini “NOVRUZ “adı ilə bayram etmək tam istisna bir haldır, çünki bu halda bayramın keçirilməsı olduqca qədim tarixi əsaslara,adətlərə, ənənələrə və ciddi astronomik hadısələrə söykənir.

Fars dilində “Yeni gün” mənasını ifadə edən Novruz astronomik günəş təqviminin birinci gününün təntənə ilə qeyd olunmasıdır. Günəşin zahiri hərəkət yolu ekliptika adlanır və bu qapalı xətt ildə 2 dəfə göy ekvatoru müstəvisini kəsir və kəsişmə günləri payız (təxminən 23 sentyabr) və yaz ( təxminən 21 mart) bərabərliyi günləri adlanırlar. Həmin günlərdə şimal yarımkürəsinin hər yerində günün və gecənin uzunluğu bərabər olur. Yazın başlanğıcına təsadüf edən yaz bərabərliyi günü İranda və Əfqanıstanda rəsmi olaraq Günəş təqviminin (hicri şəmsi) ilk günü hesab olunur. İran Günəş təqviminin 1-ci ayı fərfərdin adlanır (Avestada fravaşi sözündən). Bu təqvimə Ömər Xəyyam mükəmməl tərtibat vermiş və günümüzdə işlətdiyimiz təqvim onun əsasındadır.

Fərfərdin ayının 6-cı günü Hörmüzd (Ahura Mazda)—Zərdüştizm tanrısı günü kimi qeyd olunur. Novruz bayramını, İran Haxamanişi (Əhəməni) imperiyasının siyasi və mədəni təsir sferasında bir zamanlar yaşamış İran və bir çox Türk mənşəli xalqlar yüksək təntənə ilə qeyd adirlər. Rəsmi olaraq Azərbaycanda, İranda, Türkmənistanda, Tacikstanda, Qazaxstanda, Rusiya Federasiyasınıı türkdilli muxtar respublikalarında və dünyanın bir çox başqa reqionlarında bu bayram qeyd olunur. Birmənalı olaraq, demək olar ki, Yaxin və Orta Şərqin o xalqları bu bayramı keçirirlər ki, ərəblərin gəlişinə qədər, İslamın yayılmasına qədər, xilafətin genişlənməsinə qədər onlar indiki yaşadıqları ərazilərdə yaşayırdılar. Bu mənada ərəblər Novruzu qeyd etmirlər, Türkiyədə 1925-1991-ci illərdə bu bayram rəsmi olaraq yasaq edilmişdi, Suriyada isə indi də qeyd olunmur. 

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. 

Novruzun tarixi yazı mədəniyyətinin yaranmasından da əvvələ getməsinə baxmayaraq, rəsmi olaraq ona Haxamanişi şülaləsi dövründə ZƏRDÜŞTİLİYİN DİNİ BAYRAMI statusu verilmişdir. Bu gün buna şahidik ki, həm Novruz, həm çərşənbə bayramlarında bizim - dünyanın ən qədim və İLK VƏHY DİNİmizın, hansı ki, ondan sonralar gələn İudaizm, Xristanlıq, Müsəlmanlıq, Buddizm dinlərinə olduqca güclü təsir göstərən Z Ə R D Ü Ş T İ L İ K dininin geniş çalarlarda elementləri mövcuddur. Firdövsi Şahnamədə Novruzun yaranmasını İran piştadilər sülaləsinin şahı Cəmşidin taxta çıxması günü kimi göstərir.

Yadımdadır, uşaqlıq illərimdə bayram günü açılanda, anamız bizi səhər yuxusundan quyudan təzə gətirdiyi suyun damcıları ilə diksindirib oyadardı. Çünki adətə görə bayram günü tezdən bulağa, quyu başina, çaya gedib su gətirmək və həyət-bacaya səpmək lazım idi; biz yatdığımızdan, anam həmin adəti bizim üçün beləcə simvolizə edirdı. Bu adət ondan qalmışdı ki, Zərdüşt təxminən 30 yaşında olarkən, bir yaz səhəri ibadət məqsədi ilə su götürmək üçün DIRUCO (talış dilində“ iki yerə ayrılmış çay” mənasını verir) çayına girmişdi. Bu zaman Ahura Mazdanın “Ölümsüz Müqəddəslər”indən (Ameşa-Spenta-lar) biri - Vohu-Mana (xoş niyyət, indiki anlamda-Bəhmən) onu Ahuranın yanına qaldırmış və tanrı ona peyğəmbərlik vəhyi vermişdi.

“Ölümsüz Müqəddəslər”in sayı 7 olduğuna görə 7 rəqəmi müqəddəs sayılır. Bunu simvolizə etmək üçün bayram süfrəsındə 7 adda “SİN” (s) hərfi (fars əlifbasının 15-ci hərfi) başlanan nemət olmalıdır. Buna “Həft sin” deyilir. Əslində İslamdan əvvəl “Həft Şin” (Ş) olmuşdur. Həft Şinə şam, şirni, şəhd (bal), şümşad, şərab, şərbət, şəqayiq (bir növ gül) daxil idi. İslama görə şərab haram sayıldığına görə, ona yaxın olan sirkə ilə şərabı əvəz etmiş, həft sinə keçməklə bu adəti hifz etmişlər. Həft Sinin nemətləri bunlardır: səməni, sib (alma), sincid (iydə), səbzə, sir (sarımsaq), sumaq, sikkə (pul). Bu elementlərin də hər birinin xüsusi mənası vardır. Bundan əlavə, süfrədə su, ayna, şam, yumurta, sərv ağacının budaqları (Zərdüşt peyğəmbər əlində sərv çubuğunu tutardı) və s.digər çoxlu məhsullar və əşyalar olur. Bayramın 13-cü günü (təbiətin qoynuna çıxmaq günü) süfrədəki yaşıllıqlar suya atılır.

Novruz bayramını qeyd edən bütün insanları,məxsusən, əziz və doğma Azərbaycan Xalqını bu müqəddəs bayram münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm;onlara səadət,əmin-amanlıq və firavan həyat arzulayıram!!!

Bəxtiyar RUŞİN

 

 

Категория: Azərbaycan | Просмотров: 2560 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus