Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2015 » Март » 2 » Qədim xalqın ağıl xəzinəsindən
21:23
Qədim xalqın ağıl xəzinəsindən

 

Möcüzəli xor 

İlahi varlığın şəfqət və mərhəmətindən mənim taleyim elə dətirmişdir ki, qədim xalqın - yaranışından yurd saldığı əsrarəngiz Talış mahalının coğrafi mərkəzində, qədim Kaspi dəryasının bəyaz ləpələrinin ehtiraslı bir məhəbbətlə yaladığı sahillərlə qocaman, adı kimi özü də qüdrətli olan Talış dağlarının ön silsilələri arasındakı məsafənin tən ortasında dünyaya göz açmışam. Bu ocaq - öz şərəfli keçmişi ilə, böyük Ərəb xilafətini sarsıtmış qüdrətli Xürrəmilər hərəkatının unudulmaz tarixinə söykənən tarix-mədəniyyət abidələrini torpağının altında gizlədib saxlayan qədim Kusə kəndidir! Mənsub olduğum qədim Talış xalqının hikmətli, müdrik folklor xəzinəsindən dirilik suyu içib, qidalanmışam. Anam beşiyimi tərpədə-tərpədə mənə doğma və şirin olan Talış dilində laylay çalmış, tıq-tıq xanımın sevgi macəralarından və balalarını evbəev axtaran ana keçinin qəhrəmanlıqlarından nağıllar danışmışdır:

- Əv kiye tır-tır əko,
Çımı aşi pur əko?!

Mınim, mınim tır-tır əko,
Iştı aşi pur əko!
Çımı balon tı xortəbe?!

Mən yatanda da nəhəng bir xorla oxunan talış bicar mahnılarının ecazkar və heyranedici təranələrini dalğa-dalğa udmuş, bu möcüzəli mahnıların şirin nəfəsi ilə uyumuş, onların qoynunda yuxuya getmiş, səsinə oyanmışam. Bu qədim Xalq Musiqi Akademiyasının qüdrəti qəlbimi həmişə heyrətə gətirmişdir! 

...Əloləm xıçə - xıçə...
Ə hovəm qırdə poçə,
Dodoş ğıbon!..
Ə hovəm qırdə poçə,
Dodoş ğıbo...o...o...o...on!..

Görəsən, bu möcüzəli xor təkcə mənimi heyrətə gətirmişdi? 

Xeyr! Bu möcüzə, bu diyarın qonağı olmuş, onun folklor və musiqi xəzinəsindən qida alıb məst ola-ola, yazıb-yaratmış məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevi də heyrətə gətirmişdir. Onun burdan nota köçürüb apardığı Talış melodiyalarının təsiri ilə neçə-neçə operalar, operettalar və digər musiqi əsərləri yaranmışdır. Eləcə də, bir çox məşhur bəstəkarların qələmindən pay ala-ala yazılıb ərsəyə gəlmiş, klassik sənət əsərləri yaranmışdır. 

Qocaman şair-filoloq, Lənkəranın və Talışın canlı tarixi sayılan Mirhaşım Talışlı nəql edir ki, M. Maqomayev 1905 - 1911-ci illərdə Lənkəran Şəhər Pedaqoji Məktəbində müəllim işləyərkən, dərsdən kənar vaxtlarda yoldaşları həmişə onu çəltik sahələrində bicar ləklərinin arasındakı mərz üstündə əyləşib, Talış qadınlarının ifa etdikləri xor mahnılarını nota köçürən halda tapardılar və çağırardılar: - “Ay Müslüm, nə qədər yazarlar? Bu mahnılar qurtarmadı?” Müslüm isə gülümsəyib belə cavab verərdi: - “Haçan ki, dəryada balıqlar qurtarar, onda da Talış mahnıları qurtarar...” 

Əzizlərim, talış folkloru, talış mahnıları haqqında çox danışmaq olar. Ancaq bizim mövzumuz Talışın xalq təbabətinə aiddir. Yəqin ki, talışsevər oxucuların, mövzudan bir qədər kənara çıxdığıma və redaksiyanın etimadından bir qədər sui-istifadə etdiyimə görə, öz xalqının və onun mədəni tarixinin böyük pərəstişkarı olan müəllifin bu qəbahətini ona bağışlayarlar... 

Mənim doğma kəndim olan Kusə indi Kosalar adlanır (son dərəcədə biabırçı “tərcüməyə” baxın: Kusə hara, Kosalar hara?..Qətiyyən Kusə mənasını verməyən qondarma, yabançı və iyrənc bir ad... hələ də Azərbaycan dövlətinin inzibati, siyasi-iqtisadi, mədəni-sosial sənədlərində və dövri mətbuatında, ümumiyyətlə bu ölkənin həyatının bütün sahələrində bu ad, bu günə qədər bizə sırıdılmaqda davam edir... Rəhmətlik M.Ə.Sabir demişkən, “Qah-qah nə əcəb gülməlisən, xaniman-xərab!..” Nə isə...
 

Xalq həkimləri 

XIX əsrin birinci yarısından XX əsrə qədər sözü gedən bu Kusə kəndində məşhur Molla Əhməd yaşamışdır.O, özünün dini-ruhani fəaliyyəti ilə yanaşı, kənddə gənclərin təhsili ilə də məşğul olurdu.
Molla Əhməd (Allah onun ruhunu şad eləsin!) yaxın qohumları olan üç qıza da həkimlik öyrətmişdi. Bunlardan:
- Zərəfşana – sınıqçılığı,
- Arəstəyə - çöpçülüyü,
- Münəvvərə isə həkimliyi öyrətmişdi və bu qızlar ölənə qədər tibbi fəaliyyətlə
məşğul oldular.

Mən dünyaya gözümü açandan görmüşəm ki, bütün kənd əhalisi artıq yaşlaşmış bu xalq həkimlərinə “nənə” deyə, müraciət edirdilər. 

Onların hər biri öz sənətində püxtələşmişdi. Ancaq, Münəvvərə nənə o birilərindən seçilirdi. O, o biri nənələrdən daha çox xəstə qəbul edirdi, elə bir gün olmurdu idi ki, yanına xəstə gəlməsin. Özü də, təkcə Lənkəran rayonundan yox, respublikamızın başqa rayonlarından, hətta Bakı şəhərindən də onun yanına gəlib şəfa tapanlar olurdu. 

Bu qoca nənə öz sənətində xalis “akademik” idi. Yadıma gəlmir ki, o, hansısa xəstəni sağalda bilməsin. Dərmanları da özü hazırlayırdı. Minəvər nənə bizim çəpər qonşumuz idi. Bekar vaxtlarında bizə gəlib anamla uzun-uzadı, şirin söhbət edərdilər. Mən ona elə öyrəşmişdim ki, elə bilirdim ki, doğma nənəmdir. Oğlanlarından ikisi II Dünya müharibəsinin od-alovunda həlak olmuşdular. Yurdda bir oğlu – Zeynal qalmışdı. Mən ona elə indi də Zeynal əmi – “Zəynələ mamu” deyirəm. Onun boynumda zəhməti çoxdur. Əla qiymətlərlə orta məktəbi bitirməyimə, bitirən kimi də Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmağıma və həkim olmağıma görə mən ona minnətdaram. Müharibədən atamın qara kağızı gələndən 3 ay sonra mən doğulmuşam, yəni anadangəlmə yetim olmuşam. Zəynələ mamu olmasaydı, görəsən mənim taleyim necə olacaqdı...
Alimlər qeyd edirlər ki, dərman bitkiləri ilə ən zəngin yerlərdən biri Talış mahalıdır. Talışın bitki örtüyü, yəni florası haqqında akademik A.A.Qrossgeymin iki kitabı vardır: “B горах Талыша” və “Флора Талыша”. 

Talışın əsrarəngiz təbiəti ilə yaxından tanış olmaq üçün təbiəti sevən oxucularıma onları tapıb oxumağı məsləhət görərdim. 

Talışda demək olar, elə bir bitki yoxdur ki, o, dərman kimi istifadə oluna bilməsin. Minəvər nənə həmişə deyərdi: “Xıdo dardış doə, çəy dəvoşən doə!” (Allah dərd verib, onun dərmanını da verib.)
Minəvər nənə demək olar ki, bütün bu otların dilini bilirdi. Bəzən görərdin ki, o diqqətlə çölü, çay qırağını (bizim evlərimiz Vazəru çayının sahilində yerləşirdi), bicar kənarını gəzir və öz-özünə yavaşca danışır. Gizlicə onun arxasınca gedib diqqətlə qulaq assaydın, görərdin ki, o, otlarla danışır... suallar verir, dinləyir və cavablar alırdı... 

Bir hikmət xəzinəsi idi, Minəvərə nənə!.. 

Bizə Tibb İnstitutunda demək olar ki, ancaq Avropa təbabətini öyrədirdilər. Sovet tibb elmi xalq təbabətini tanımırdı və bununla məşğul olanlara da türtkəçarəçı, rusca “знахарь” və ya “babkа” deyirdilər. Biz 6 il oxuyub həkim olurduq, Çində isə o vaxtlar 9 il oxuyurdular: 5 il dünyəvi təbabəti, 4 il də xalq təbabətini öyrədirdilər.
Mən heç görməmişdim ki, soyuqdəymə (adi KRX - kəskin respirator xəstəlik) bir həftə, on gün ya da bir ay davam etsin. Bizə soyuq dəyən kimi, hətta qrip zamanı da, Minəvərə nənənin məsləhəti ilə anam bizi yatağa salıb adi vazelin yağı ilə möhkəm ovar, bankalayar və albalı mürəbbəli çayla 1 aspirin həbi verib möhkəm örtərdi (basdırardı). Biz möhkəm tərləyəndən sonra hər şey keçib gedərdi və səhərisi heç nə olmamış kimi, durub dərsə gedərdik. Bəzən, banka ilə bizdən qan da alardılar. Bundan başqa, hər il yaz fəsli başlayanda bizdən qan alardılar və həmin il biz heç xəstələnməzdik. 

Qan alınması orta əsrlərdə Avropa təbabətində də geniş yayılmışdı. Halbuki, lap qədim zamanlardan talışlar bu müalicəvi proseduradan çox istifadə etmişlər. İntəhası, Avropa həkimləri demək olar ki, bütün xəstələrdən qan buraxar və özü də çoxlu miqdarda buraxardılar. Bu da çox vaxt xəstələrin vəziyyətini daha da ağırlaşdırar və onların ölümünə səbəb olardı. Bu haqda şox misallar gətirmək olar (bax: Шойфет М.С., Сто великих врачей, Москва, «Вече», 2008). 

Talışlarda isə banka yeri təmiz ülgüclə çərtilərdi və həmin yerə banka qoyulardı. Beləliklə, yalnız bir bankanın sorduğu qədər xəstədən qan alınardı. Tibb elmi sonralar sübut etdi ki, məhz bu cür qanalmanın böyük əhəmiyyəti vardır. Bu zaman bədəndə qan yaranması sürətlənir, xəstəliklərə qarşı mübarizədə təzə qan elementləri səfərbərliyə alınır, təzə qanla yaxşı təchiz olunan toxumalarda maddələr mübadiləsi və enerji təminatı güclənir, orqanizmin müqavimət qüvvələri artır və immunitet qüvvətlənir. 

Minəvər nənə bütün respublikada tanınırdı. Azərbaycanın hər yerindən, çox vaxt lap elə Bakı şəhərindən onun yanına gələr və şəfa tapıb gedərdilər. 

O, kənddə doğuş tutmaqla da məşğul olardı və onun əlindən heç vaxt xəta çıxmazdı. O, ana bətnində dölün vəziyyətini dəyişməyin ustası idi. 

Daha maraqlı bir məsələ də o idi ki, Minəvər nənənin adı ilə bir ot da tanınırdı və hamı ona “Minəvərə aləf” deyirdi. Bu ot bütün yaralanmalarda və dəri xəstəliklərində böyük şəfaverici xassəyə malik idi. 

Vallah, mən təkid edə bilmərəm, ancaq onun ustalığını öz gözlərimlə gördüyüm üçün bəzən fikirləşirəm ki, bəlkə də o, dəridə olan bəd xassəli şişləri də müalicə edib, ancaq nə olduğunu bilməyib... 

Bir şeyi heç özümə bağışlaya bilmirəm... Minəvər nənə tez-tez mənə deyərdi: - ”Baxşə balə (atamın müharibədə həlak olmasından sonra doğulduğum üçün və həm də təvəllüd günüm İmam Əli-Əleyhisəlamın xilafət taxtına oturduğu günlərə təsadüf etdiyi üçün Minəvvərə nənə mənə “baxşə”, yəni talışca “bəxşiş” deyərdi (mənə Baratəli adını qoymuşdular, yəni Əlinin bəxşişi), götür bir qalın dəftəri, gəl əyləş yanımda, mən deyim, sən yaz! Sonra gec olar, qoy bu bildiklərim mənimlə birlikdə torpağın altına gedib, itməsin. 

Mən də hey hazırlaşırdım ki, onun dediyini edim, vaxt tapa bilmirdim. Onda mən Astara şəhərində işləyirdim, səhər saat 6-da yola çıxırdım ki, birinci avtobusa çatım, işə gecikməyim, işdən qayıdanda da çox gec gəlib evə çatırdım. 

Getdi Minəvər nənə!.. Bir də onda ayıldım ki, vəfat edib... O vaxtdan elə hey düşünürəm ki, səhlənkarlıq üzündən mən çox böyük bir xəzinəni itirmişəm... 

Nə isə... İllər keçdikcə, tibbi təcrübəm artdıqca, mən nə itirdiyimi daha dərindən dərk edirəm. Heyf!..Heyf!..
Talış mahalında Minəvvər nənə kimilər çox olub. Rəhmətlik professor dostum, çox böyük nurlu insan və Azərbaycanda köklü xalqların etnoqrafiyasının yorulmaz tədqiqatçısı Qəmərşah Cavadov özünün fundamental monoqrafiyası olan “Talışlar” kitabının 1-ci cildində bu xalq həkimlərindən bir hissəsini sadalayır:
- Lənkəranın Şürük kəndində Xannənə İbadulla qızı,
- Astaranın Ərçivan kəndində sınıqçılıqla məşğul olan və sonsuzluğu müalicə edən Fərəhnisə Dadaş qızı Məmmədova,
- Əminə Qurban qızı (Fərəhnisənin nəvəsi; hazırda Səpnəkəran kəndində yaşayır, məşhur sınıqçıdır),
- Türkəkəran kəndində Pəri Ağamir qızı Kazımova,
- Piran mahalının Əliabad kəndində sınıqçı Barat və Vəliağa,
- Lerikin Veri kəndində sınıqçı Mirməmməd,
- Lerikin Qələbın kəndində sınıqçı Ağaəli,
- Zuvand mahalında sınıqçı Təvəkkül,
- yenə də Veri kəndində Mir Yəhya Şoməmməd oğlu və Məmmədhüseyn,
- yuxarıda göstərdiyimiz kimi Lənkəranın Kosalar (Kusə) kəndində xalq həkimi Minəvvər Talıbova, sınıqçı Zərəfşan Ağayeva və çöpşü Arəstə Əhmədova. 

Qəmərşah Cavadov yazır: “Topladığımız etnoqrafik materiallar hər eldə, obada xalq təbabətinin sirlərinə bələd olan loğmanların olduğunu təsdiq edir. Həm də xalq təbibləri öz təcrübələrini nəsildən-nəslə ötürərdilər. Buna görə də xalq təbabəti bir sənət kimi nəsillər arasında davam etdirilərdi. Məsələn, Lənkəranın Şürük kəndində XIX əsrin sonu, XX əsrin əvvəllərində xalq təbabəti ilə məşğul olan Xannənə İbadulla qızı xalq müalicə üsullarını öz anasından öyrənmiş, sonra isə bu sirləri qızı Pəri Ağamir qızı Kazımovaya öyrətmiş və o da uzun illər Şıxəkəran, Mamusta, Tütəpeştə, Şürük və başqa qonşu kəndlərin əhalisini xalq təbabəti üsulları ilə müalicə etmişdir. Astaranın Ərçivan kəndində yaşayan və bütün mahalda kimyagər Firəng kimi tanınan məşhur sınıqçı və mama Fərəhnisə Dadaş qızı Məmmədova öz təcrübəsini, XX əsrin 50-70-ci illərində həmin kənddə yaşayan qızı Ağanisə Məmmədovaya və sonra da hazırda Lənkəran rayonunun Səpnəkəran kəndində yaşayan nəvəsi Əminə Qurban qızına öyrətmişdir. Bu Əminə xanım isə indi də bu sənətlə məşğul olur və öz şəfalı əlləri ilə bütün ətraf rayonlarda da məşhurdur.”* 

Bir şeyi də burda qeyd etmək lazımdır ki, əgər sınıqlar gips qoymaqla 2-3 aya sağalırsa, xalq təbabəti üsulları ilə gipsə qoymadan, 10 günə - 2 həftəyə sağalır, yəni xəstələr artıq gəzməyə başlayırlar.
Qəmərşah müəllim öz kitabında bir çox talış xalq təbabətinin müalicə üsullarından və Talışın şəfaverici dərman bitkilərindən də söz açır.** 

Professor Q.F.Çursin də özünün “Talışlar” əsərində talış xalq təbabətinin müalicə üsullarından geniş söz açır.*** 

Talış xalq təbabətində və qədim ənənələrində müasir pediatriya (uşaq xəstəlikləri) elmi ilə əlaqədar çox maraqlı məqamlar vardır ki, bunlar bizim pediatr-alimlər və praktik uşaq həkimləri üçün və eləcə də mama-ginekoloqlar üçün də bir qədər diqqət cəlbedici və düşündürücü ola bilərlər. 

Biz bilirik ki, uşaq üçün və eləcə də qadın üçün ən normal doğuşlar baş gəlişi - ənsə gəlişi ilə gələn doğuşlardır və bundan başqa patoloji gəlişlər də: sağrı gəlişi, ayaq gəlişi, köndələn gəlişlər və başın açılmış gəlişləri də olur. Müasir mamalıq elmi bu gəlişlər zamanı dölün ana bətnində döndərilməsinə icazə vermir. Ancaq talış mamaları ana bətnində dölün vəziyyətini hamiləliyin sonuncu aylarında döndərirdilər. Müasir mamalıq elmi bunu qadağan etməklə, ağır fəsadların ola biləcəyini əsas tutur. Bəs onda Talışda el mamaları dölün vəziyyətini döndərərkən niyə ağır fəsadlar vaş vermirdi? 

Sonra doğulan körpənin ilk dəfə döşə götürülməsi vaxtı haqqında 

Müasir pediatriya elmində uşağın ilk dəfə döşə götürülməsi vaxtına münasibətdə alimlər arasında yekdil bir fikir yoxdur. Sovet alimləri doğuşdan 12-24 saat sonra körpəni döşə götürməyi məsləhət görürdülər və Tibb İnstitutunda da bunu bizə bu cür öyrədirdilər. Sonralar bir qisim alimlər uşağı döşə daha tez - ilk 6 saatda götürməyi məsləhət gördülər. Maraqlıdır ki, sonralar, uşağı doğuşdan sonra ilk 30 dəqiqə ərzində döşə götürməyi məsləhət görənlər də tapıldı... 

Dünyanın ən qədim xalqlarından biri olan talışlar isə, alimlərin bu mübahisələrindən çox-çox əvvəllərdən – ta qədimdən, doğuşdan sonra ilk 30 dəqiqə ərzində uşağı döşə götürmüşlər. 

Təcrübəli el mamaları qəribə bir ənənə ilə bunu həyata keçirərdilər. Onlar, uşaq doğulandan bir az sonra, yəni ilk yarım saatda zahı qadına süpürgə verərdilər ki, onu uşaq kimi döşə sıxıb, bir növ döş vəzilərini massaj etsinlər və yalnız bundan sonra bələnmiş uşağı qadına verirdilər ki, əmizdirsin. 

Qeyd etmək istəyirəm ki, talışlarda süpürgə çəltik küləşindən düzəldilərdi və müqəddəs hesab olunardı. Gəlin qızlar bir süpürgəni al-əlvan parçalarla zövq ilə bəzəyib cehiz kimi ər evinə aparardılar və otağın gözədəyən ən yaraşığlı bir yerində divardan asardılar. Talış qızları bu süpürgəni bəzəyərkən, onun baş tərəfinə kiçik bir güzgü də bərkidərdilər və ətrafına da qırmızı rəngli parçadan haşiyə tikərdilər. Talış gəlinlərinə doğuşdan sonra məhz həmin cehiz-süpürgəni verərdilər ki, uşaqdan qabaq onu döşə götürüb sıxsınlar ki, döşə süd gəlsin. 

Bunun bir elmi əsası var idimi, ya bu bir sadə xalq adəti və ənənəsi idimi, bunu dəqiq deyə bilmərəm, ancaq bu bir faktdır ki, bu ənənə olmuşdur və talış gəlinləri bunun vasitəsilə uşağı doğuşdan sonra ilk yarım saatda döşə götürmüşlər. 

Yəqin, elə bunun nəticəsi idi ki, onlarda döşə süd tez gəlmiş və onlar heç bir digər qidalardan, ya süd qarışıqlarından istifadə etmədən öz körpələrini hətta 2 yaşına qədər əmizdirə bilmişlər. Belə güclü, şirin və sevgili bir mühitdə böyüyən körpə, uzun müddət ana döşündən əl çəkməmiş və onu döşdən ayırmaq da çətin olmuşdur. Döşdən ayıranda da bu analar müxtəlif güclü və xoşagəlməz vasitələrdən istifadə etməyə məcbur olmuşlar; hətta döş giləsinə kömür sürtüb onu qaraltmış, “zelyonka” (brilyant yaşılı) sürtmüş, uşaq ana döşündən əl çəkməyəndə bəzi qadınlar hətta daha dəhşətli bir vasitəyə əl atmağa da məcbur olmuşlar: onlar döş giləsinə istiot sürtmüşlər ki, uşaq bol ana südü mənbəyi olan ana döşündən əl çəksin... 

Görəsən, indiki anaları onlarla müqayisə etmək olarmı?!. O analar ki, indi ya uşağı əmizdirməkdən boyun qaçırlrlar, ya döşlərindəki süd heç uşağın 4 aylıq təbii qidalanmasına da çatmır, ya da 1-2 aya döşləri quruyur, südü çəkilir və uşağı məcburi qaydada süni qidalanmaya keçirirlər. Sonra da şikayətlənirlər ki, uşaq niyə tez-tez xəstələnir, böyüyəndə onların sözünə baxmır, niyə keçmiş zamanlardakı kimi güclü ana məhəbbəti olmur və s. və i.a. 

İndiki sosial-iqtisadi durumda bu qədər böyük və xoşagəlməz dəyişikliklərin yaranmasının, xüsusən müqəddəs ana-uşaq məhəbbətinin bu qədər zəifləməsinin əsil günahkarı bəs kimdir? 

Əlbəttə nə qədər ağır olsa da, mən deməliyəm ki, anadır... 

Bəli! Bütün bunların əsil günahı anadadır və onların hələ əvvəldən öz körpəsinə eqoist münasibətindədir. Bu eqoizmin nəticəsidir ki, onlar körpələrini ana südündən – insan südündən məhrum edirlər və insan üçün yaranmış südü heyvan südü əsasında yaradılmış müxtəlif qida qarışıqları ilə əvəz edirlər. Və nəhayət bunun da nəticəsi göz qabağındadır; cinayətlər, qətllər və hətta doğmalara qarşı törədilən dəhşətli qətl hadisələri. İş ora gəlib çatıb ki, övladlar hətta atalarına əl qaldırır və ən müqəddəs varlıq olan analarını qətlə yetirirlər... Hər gün televizorlarda göstərilən belə dəhşətli cinayətlər azmıdır? 

Buna görə də insan övladını yalnız onun üçün yaradılmış insan südü – ana südü ilə qidalandırmaq lazımdır.
 

*Qəmərşah Cavadov. Talışlar (tarixi-etnoqrafik tədqiqat), Nakı, “Elm” nəşriyyatı, 2004, səh.289.
**Yenə orada. Bax: Səh.290-303.
***Чурсин Г.Ф. Талыши (этнографические заметки) Известия Кавказского Историко-археологического института, Тифлис, 1926 г., IV том, стр.29.

Neçiə kinə

Talış folklorunda gözəl bir nağıl var: “Neçiə kinə”, yəni “canavar qız”. Nağılın qısa məzmunu belədir: “Bir kişinin arvadı hamilə olur və yerikləyir. Ərindən xahiş edir ki, gedib onun üçün ət tapsın, ət istəyir. Ər tüfəngini götürüb ova gedir. Nə qədər gəzirsə, ovuna heç nə keçmir, əliboş, kor-peşiman evə qayıdanda meşə yolunda qarşısına bir canavar çıxır. Canavarı vurub öldürür və fikirləşir ki, arvadı hardan bilər, bu nə ətdir... Ət - ətdir də. Götürür canavarın yumşaq yerlərindən bir qədər ət kəsir və arvadına aparıb verir. Arvad da heç nədən şübhələnmədən əti bişirib yeyir. Bir neçə aydan sonra arvad doğur və bir qızı olur. Qız bir qədər böyüyəndən sonra bir yerdə oynadıqları qonşu uşaqların əl-qolunu dişləyib yeməyə başlayır. Qonşular bu ər-arvadın üstünə hücum çəkirlər ki, qızınız bizim uşaqların başına bu oyunu açır, buna nə demək olar? Onda ər barmağını dişləyir və arvada hər şeyi açıb danışır. Məcbur qalırlar, gecə ilə çıxıb uzaq bir kəndə gedirlər. Az keçmir, orda da bu qız qonşu uşaqların başına bu oyunu açır. Onda ər-arvad bir-biri ilə məsləhətləşəndən sonra, kişi məcbur qalır, qızı götürüb uzaq meşələrin lap dərinliklərinə aparıb azdırır və bir qədər azuqə ilə qoyub evə qayıdır. Kişi rəhmətə gedəndən sonra oğlu anası ilə qalır. Günlərin bir günü oğul anasından soruşur ki, bəs hamının qardaşı-bacısı var, mənim niyə yoxumdur. Çox soruşur, axır ana məcbur qalıb onun da bacısının olmasını və hansı bir meşədəsə atası tərəfindən atılıb itirildiyini açıb deyir. Oğlan böyümüşdü və cəsur bir ovçuya dönmüşdü. Bu sözləri eşidəndən sonra durub qətiyyətlə deyir ki, mən öz bacımı tapacağam! Ana çox deyir, o az eşidir və sözündən dönmür. Atını minib uzaq səfərə, Talış dağlarının əlçatmaz dəırinliklərinə, qaranlıq və keçilməz cəngəllikli meşələrə bacı axtarışına çıxır. Nə isə, uzun axtarışlardan və əzab-əziyyətdən sonra nəhayət bacısının komasını və özünü tapır. Bir şeyi də qeyd edim ki, oğlan cavan arvadını anasının yanına qoyub çıxanda tapşırır ki, mənim harayımı eşitsəniz qurdbasan köpəklərimin ikisini də mənim səsimə doğru buraxasınız. 

Bacı qardaşını çox mehribancasına qarşılayır və komada əyləşdirib hər dəfə bir bəhanə ilə çölə çıxanda, onun, ağaca bağladığı atının bir ayağını yeyib qayıdır. Nəhayət oğlan onun hərəkətlərindən və sözlərindən şübhələnir, “su istəyirəm” deyə, onu bulağa su dalınca göndərir və komadan çıxıb var-gücü ilə qaçır. Komaya qayıdan qız qardaşının qaçdığını başa düçür və onun dalınca “qardaş qaçma, onsuz da məndən qaça bilməzsən!” deyə qışqıra-qışqıra qaçır. Oğlan o qədər qaçır ki, gəlib evlərinə yaxın bir ağaca çıxır və var-gücü ilə sevimli köpəklərini səsləyir. Cavan gəlin, əri gedəndən köpəkləri həyət qapısının yanında zəncirləyibmiş, özü də dərin yuxuya gedib oyanmır. Köpəklər sahiblərinin harayını eşidirlər və o qədər çırpınıb zənciri dartırlar ki, zənciri yerə basdırılmış dirək qarışıq qoparırlar və zəncirləri ilə haraya doğru qaçırlar. Onda ağacın dibinə çatırlar ki, bacı dişləri ilə ağacın gövdəsindən qopara-qopara az qalır ki, ağacı yıxsın. Elə ağac yıxıla-yıxılmaya, itlər çatırlar bu “neçiə kinəyə”, onu parça-parça edib öldürürlər və öz sahiblərini labüd ölümdən xilas edirlər. 

Bu nağılda ulu keçmişə malik olan qədim bir xalqın dərin hikməti gizlənmişdir və bu hikmət övladını ana südündən məhrum edən düşüncəsiz cavan gəlinlərimiz üçün böyük bir dərs olmalıdır. 

Deməli, ana südü körpə üçün əvəzolunmaz bir qidadır. Talış xalqının çox-çox qədim zamanlardan böyük qiymət verdiyi ana südü haqqında müasir pediatriya elminin gəldiyi əsas müddəalar bunu sübut edir. Budur onlar, müasir elmi nəticələr: 

Ana südünü heç nə əvəz edə bilməz, onun hər damlası körpə üçün günəşdir, həyatdır, müqəddəsdir. 

Ana südü alan körpədə anaya məhəbbət güclü olur, ana döşü ilə, ana bədəni ilə hər bir təmas ana ilə uşaq arasındakı qarşılıqlı məhəbbət duyğusunu daha da gücləndirir. Alimlərin elmi tədqiqatları sübut etmişdir ki, bir yaşa qədər uşaq orqanizminin inkişafında hissi-emosional sistem qalan orqan və sistemlərdən daha tez və güclü inkişaf edir. 

Ana südü ilə körpə bədəninə vitaminlər, mikroblara qarı antitellər, infeksion xəstəliklərə qarşı immunitet keçir.
Ana südündə mikroelementlərin və qida inqridiyentlərinin (zülal, yağlar, şəkərlər) bir-birinə nisbəti uşaq orqanizminin tələbatına, bütün südlərdən daha çox uyğun gəlir və onun inkişafını daha yaxşı təmin edir. 

Ana südü uşaq orqanizmi tərəfindən asan mənimsənilir. 

Ana südünün, xüsusən ilk iki-üç gündə gələn ağız südünün tərkibində yuxarıda göstərdiyimiz kimi, immunoqlobulinlər vardır, onlar demək olar ki, bir yaşa qədər uşaqları yoluxucu xəstəliklərdən qoruyur. 

Ana südü ilə qidalandırma – qidalandırmanın steril metodudur, ana südünü qaynatmaq və sterilizasiya etmək lazım gəlmir və buna görə də uşağı, xüsusən bağırsaq infeksiyalarından qoruyur.
Döşlə qidalandırma ana ilə uşaq arasında sağlam kontaktın formalaşmasında olduqca böyük əhəmiyyət daşıyır. 

Həzm prosesi, assimilyasiya, eləcə də böyümə və inkişaf templəri südün növ spesifikli tərkibinə uyğunlaşmış olur. Məsələn, heyvanların tez böyüyəın növlərində südün tərkibindəki zülalın miqdarı və onun ümumi kaloriliyi, geç böyüyən heyvanlara nisbətən çox olur. 

Döş südünün tərkibi, onun tez mənimsənilməsi və bağırsağın bifidum-florasının inkişafını gücləndirməsi xüsusiyyəti, onu, uşaqların qidalandırılması üçün daha yararlı, daha əlverişli və daha münasib bir qidaya çevirir və mən deyərdim ki, əvəzolunmaz edir. 

Doğuşdan sonra birinci həftədə ifraz olunan ağız südü zülallarla və immunoqlobulinlərlə olduqca zəngin olur, və mikroorqanizmlərə qarşı antitellərin körpəyə passiv ötürülməsində olduqca böyük əhəmiyyət daşıyır. Məsələn, ağız südünü alan uşaq, qanın qlobulinlərini aldığı üçün xəstələnmir, ağız südünü almamış uşaqlar isə tez-tez və asanlıqla xəstənirlər. 

Beləliklə, bütün bunlar sübut edir ki, insan övladı üçün ana südü əvəzolunmaz bir qidadır və ondan uşağı məhrum etmək olmaz. Bu isə uşaqlarını hətta iki yaşa kimi əmizdirmiş talış qadınlarının müdrikliyini bir daha təsdiq edir. Biz tərəfdən isə yalnız ürəkdən “eşq olsun onlara!..” demək qalır...

Daha bir ciddi məsələ olan qidalanma rejimi haqqında. 

XX əsrin 50 - 60-cı illərində, lap elə 80-ci illərin sonuna qədər Tibb İnstitutunda bizə öyrədirdilər ki, körpələri ciddi qida rejimi ilə qidalandırmaq lazımdır: 

1) 0-3 aylığında uşağı üç saatdan bir, sutkada 7 dəfə 3 satdan bir (6.00 – 9.00 – 12.00 – 15.00- 18.00 – 21.00 – 24.00) fasilə: 6 saat (gecə saat 24.00-dan səhər saat 6.00-ya qədər).
2) 4-6 aylığında uşağı 3,5 saatdan bir, sutkada 6 dəfə, hər 3,5 saatdan bir ( 6.00 – 9.30 – 13.00 – 16.30 – 20.00 – 23.30) fasilə 6.5 saat (axşam saat 23.00-dan səhər saat 6.00-a qədər).
3) 7-9 aylığında sutkada 5 dəfə, hər 4 saatdan bir (6.00 – 10.00 – 14.00 – 18.00 – 22.00), fasilə 8 saat (axşam saat 22.00-dən səhər saat 6.00-ya qədər).
4) 10-12 aylığında hər 4,5 saatdan bir, sutkada 4 dəfə (6.00 - 10.30 – 15.00 – 19.30), fasilə 10,5 saat (axşam 19.30-dan səhər saat 6.00 qədər). 

Bu rejim onunla əsaslandırılırdı ki, əgər uşaq gecə saatlarında qida alarsa, həmişə həmin vaxtda oyanıb qida tələb edər və ananın şirin yuxusunu pozar. Guya bu, uşağın orqanizminə də ziyandır. Ancaq bunu nəzərə almırdılar ki, uşaq gecə fasilələrində nə qədər ac qalır. Məsələn, 3,5 saatdan bir 6 dəfəlik qidalanmada 6,5 saat, 4 saatdan bir 5 dəfəlik qidalanmada 8 saat, 4,5 saatdan bir 4 dəfəlik qidalanmada... isə hətta 10,5 saat ac qalır. 

Ancaq 50 ilə qədər həkimlik fəaliyyətimdə mən heç vaxt görmədim ki, talış qadınları bu sərt qidalanma rejiminə riayət eləsinlər. Mən həmişə gördüm ki, onlar, uşaq nə vaxt ağlayırsa, onda da durub onu əmizdirirlər və xüsusən gecələr uşağı ac saxlamılar. Bu sərbəst qidalanma rejiminə ana da adət edir, uşaq da. Dünya alimləri hələ indi gəlib, bu rejimə keçiblər və çox maraqlıdır ki, bu sərbəst qidalanma rejiminə hələ “fizioloji və normal rejimi, ya metodu” adını da qoyublar. 

İndi bu fikrə gəlib çıxıblar ki, sərbəst qidalanma metodu ilə körpə sutka ərzində 8-10 dəfə ana südü alır və xüsusən gecələr də əmizdirilir. 

Bu cür qidalanma ananın döşlərinə tez-tez və kifayət qədər süd gəlməsinə səbəb olur və istədiyi vaxt istənilən qədər süd ala bilən körpə özünün sakit təbiəti ilə seçilir, çünki onun qida maddələrinə və suya olan tələbatı tam təmin olunur. Nəticədə o, yaxşı inkişaf edir. Oyaq vaxtı da sakit olur. 

Dünya pediatr alimlərinin yalnız indi qəbul etdikləri fizioloji qidalanma rejimindən hələ lap qədim zamanlardan istifadə edən və bu metodu öz həyat ənənəsinə çevirən qədim talış xalqı qadınlarının müdrikliyi qarşısında söz deməyə çətinlik çəkirəm. Belə müdrik qadınları olan xalqın ağıl xəzinəsi qarşısında yalnız baş əymək lazımdır.
_____________________

Hazırda pediatrlar xüsusi fomullarla yeni doğulma dövründə uşağın ana südünə sutkalıq tələbatını hesablayır və kontrol çəki metodu ilə uşağın bu tələbata uyğun süd ala bilməsinə nəzarət edirlər. Bu formullar hazırda ikidir:
Zaytseva formulu:
Sutkalıq tələbat = körpənin çəkisinin 2%-i x n (n – günlərin sayıdır)
Finkelşteyn formulu:
Çəki 3200 qramdan azdırsa:
Sutkalıq tələbat = n x 70 ml (n – günlərin sayıdır)
Çəki 3200 qramdan çoxdursa:
Sutkalıq tələbat = n x 80 ml 

Qeyd etməyi lazım bilirəm ki, əsrlər boyu sərbəst əmizdirmə metodundan istifadə edən talış qadınları heç vaxt körpənin sutkalıq süd tələbatını hesablamamışlar və əslində sərbəst əmizdirmə metodunda buna heç ehtiyac da qalmır. 

Onlar uşaq ağlamağa başlayan kimi onu döşə götürmüş və doyunca əmizdirmişlər.
Çoxillik həkimlik təcrübəmdə dəfələrlə görmüşəm ki, ana südü ilə doyan körpə elə ana döşündə də yuxuya getmiş və ana körpəsini çox ehtiyatla qədim və unikal talış beşiyinə qoymuşdur. Ana südündən doyub məst olmuş körpə öz beşiyində şirin yuxuya getmiş, bir də gələn əmizdirmə zamanı oyanıb ağlayaraq, növbəti süd normasını tələb etmişdir. Ana da körpəsini yenidən döşünə götürüb doyunca əmizdirmişdir. 

Belə bir qayda ilə qidalanan uşaq həm yaxşı inkişaf edir, həm də fiziki inkişafında heç bir qüsuru olmur.
Bax, budur əsil qidalandırma və əsil fiziki inkişaf! Budur, analarımızın və ulu nənələrimizin, əsrlərin sınağından çıxmış qədim və müdrik qidalandırma metodunun parlaq təcəssümü!..

Körpənin yatağı haqqında

Hazırda pediatr-alimlər uşağın daim kolyaskada olmasını məsləhət görmürlər. Bunu belə əsaslandırırlar ki, kolyaskanın düzəldildiyi materiallardan asılı olaraq, uşağa qulluq göstərərkən, kolyaskanın sanitar-gigiyenik şəraiti get-gedə pisləşir və onu həmişə təmiz saxlamaq mümkün olmur. 

Körpə xüsusi uşaq çarpayısında saxlanılmalıdır. Dəmirdən, ya da taxtadan olan bu çarpayı otağın ən işıqlı və isti yerində, ancaq qızdırıcı sistemlərdən uzaqda qoyulmalıdır. 

Çarpayının dibinə pambıq və penoplast içlikli döşək qoyulur və mələfəyə bükülür. Baş tərəfi bir qədər hündür olsun deyə, altına yastı balışcıq, ya da bir neçə qat bükülmüş pelyonka qoyulur. 

Sonra müəlliflər qeyd edirlər: körpənin yatağı düz və hamar, döşəyi bərk olmalıdır, yəni yumşaq olmamalıdır. Belə döşək narın ağac yonqarı, dəniz otları və moçalka ilə doldurulur. 

Uşaq matrası (döşəyi) üçün lələk, pərğu (pux), pambıq, porolon vəcə gəlməz, çünki onlar çox yumşaqdırlar. Bunun üç səbəbi vardır: 1) çox yumşaqdırlar, 2) körpənin bədəni qıza bilər, 3) onlarda çoxlu üzvi tozlar yığılır ki, bu da körpənin sağlamlığı üçün təhlükəlidir. 

İndi talışların çox qədimlərdən bu məsələləri necə həll etdikləri ilə tanış olaq. 

Talışlar öz körpələrini kolyaskada yox, unikal talış beşiyində saxlamışlar. Kolyaskadan fərqli olaraq, bu beşikdə sanitar-gigiyenik məsələlər hələ qədimdən, çox böyük bir ustalıqla həll edilmişdir. 

Beşik dərin deyil və onu istənilən vaxt tez bir zamanda tamamilə söküb təmizləmək mümkündür. 

Beşikdə yatan uşağın sidiyini yığmaq üçün xüsusi bir qurğu vardır: xüsusi bir ağac lülə ilə sidik axıb beşiyin altındakı saxsı qaba – “oxnə”yə yığılır. Bunun sayəsində uşağın yatağı və cinsi orqanları tamamilə və həmişə quru qalır. Uşağın aralığında və bud büküşlərində bişməcələr və göbələk xəstəlikləri yaranmır, yatağı da təmizləməyə ehtiyac qalmır. Qeyd etmək lazımdır ki, oğlan və qız uşaqları üçün lülələr fərqlidir və sidiyin yığılıb axıb getməsi üçün bunlar çox böyük bir ustalıqla ixtisaslaşdırılmışdır. 

Yay aylarında isə uşaqlar həyətdə, təmiz havada ağacdan asılmış xüsusi nənnidə saxlanılır və yatızdırılır. Onun da sanitar-gigiyenik şəraiti ustalıqla həll edilmişdir. 

Qeyd etmək lazımdır ki, beşik və nənninin düzəldilməsində heç bir dəmir, ya sintetik materialdan (nənninin kəndirlərini bağlamaq üçün onun bucaqlarına bərkidilən dəmir halqalardan başqa) istifadə olunmur. Materialların hamısı taxta və fanerdən ibarətdir və uşaq üçün tamamilə gigiyenikdir. 

Beşiyin içinə qoyulmuş döşək və balışlar təbii samanla doldurulur. Saman həmişə quru qalır, rütubəti keçirmir, düz və hamar olur, həm də istənilən sərtliyi yaradaraq yumşaq olmur. Bundan başqa, saman soyuğun da qarşısını alır və onun üzərində yatan uşaq heç vaxt xəstələnmir. Bir şeyi də qeyd etmək lazımdır ki, saman döşək uşağın onurğa sütununun normal inkişaf etməsi üçün əlverişli şərait yaradaraq, onun patoloji əyriliklərinin əmələ gəlməsinə yol vermir. 

Qeyd etdiyimiz kimi, döşəkdən başqa uğağın balışı da samanla doldurulur və belə bir bərk balış üzərində yatan talış balalarının kəlləsinin ənsə tərəfi yastılanır (talışların milli antropoloji xüsusiyyətlərindən biri), əncə çox inkişaf etmir, ancaq alın tərəfi inkişaf edir. Talışlarda bir ənənə də vardır ki, körpənin alnı tənzif ləçəklə bərk bağlanır ki, alın hamar və hündür olsun. Bütün bunlar baş beynin alın payının daha çox inkişah etməsinə və nisbətən böyük olmasına şərait yaradır. 

Anatomiya və fiziologiya sahəsində aparılmış tədqiqatlar aşkar etmişlər ki, insanın təfəkkür fəaliyyətini idarə edən mərkəzlər məhz baş beynin alın payında yerləşir. İdrak prosesinin analiz və sintez mərhələləri də, bilavasitə insan ağlının dərin incəliklərini əhatə edən neyropsixoloji proseslər də bura aiddir. 

Bütün bunlar elmin müasir inkişaf mərhələsinin araşdırıb açkar etdiyi çox mürəkkəb informasiyalar və kəşflərdir. 

Talışların hələ çox qədim zamanlarda, indiki informasiyalar səviyyəsində yaratdıqları təcrübə və ənənələr bizi heyrətə gətirir. Bunlar kor-koranə əldə edilən nəticələrdirmi, ya yüksək dərəcədə təşəkkül tapmış ulu müdrikliyin və ulu təfəkkürün nailiyyətləridirmi, mən bunu deyə bilmərəm. Ancaq bir şey aydındır ki, bu heyrətamiz adət-ənənələr... yalnız böyük və ilahi bir varlığın qədim və müdrik bir xalqa bəxş etdiyi dərin elmi mühakimələr və anlayışlardır. Bunu başqa cür təsəvvür etmək mümkün deyildir... Bu yalnız ilahi bir təfəkkürün təntənəsi ola bilər.

Nəticələr:

Beləliklə, yuxarıda şərh etdiyimiz bir sıra məsələlər aşağıdakı nəticələri çıxarmağa imkan verir: 

Talış xalq təbabəti dünyanın ən qədim xalq təbabətlərindən biridir və onun ənənələri xalq loğmanları tərəfindən indi də davam etdirilir. 

Talış mahalı dünyanın, dərman bitkiləri ilə ən zəngin yerlərindən biridir və bəlkə də birincisidir.
Talış el mamaları patoloji gəlişlər zamanı hamiləliyin axırıncı aylarında ana bətnində dölün vəziyyətini dəyişmişlər və bu zaman heç bir fəsad baş verməmişdir. 

Talış qadınları əsrlər boyu uşağı, doğuşdan sonra ilk 30 dəqiqə ərzində döşə gütürmüşlər və belə uşaqların sonrakı inkişafı daha yaxşı olmuşdur. 

İnsan övladı yalnız onun üçün yaranmış insan südü – ana südü ilə qidalandırılmalıdır. Ana südünü heç bir heyvan südü əvəz edə bilməz. Böyüyən nəslin törətdiyi cinayətlərin çoxu məhz bu məsələdə buraxılmış səhvlərin nəticəsi olur. 

Talış qadınlarının lap qədim zamanlardan bəri istifadə etdikləri sərbəst qidalandırma rejiminə və ya metoduna dünyanın pediatr-alimləri yalnız indi gəlib çıxıblar və bu metoda “fizioloji metod” - adını veriblər. Burda talış qadınlarının müdrikliyi göz qabağındadır. 

Körpənin düzgün saxlanılması üçün ən normal yataq kolyaska yox, unikal talış beşiyi və talış nənnisidir. Çünki onlar bütün sanitar –gigiyenik tələblərə cavab verirlər. 

Körpə yatağının döşəyi və balışı samanla doldurulmalıdır – talışlar lap qədim zamanlardan bəri samandan istifadə edirlər; saman soyuğu və rütubəti buraxmır, həmişə quru və isti qalır və kifayət qədər sərtlik yaradaraq düz və hamar səth əmələ gətirir ki, bu da xəstəliklərin və onurğa sütununun patoloji əyriliklərinin qarşısını alıb uşağın düzgün inkişaf etməsinə şərait yaradır. 

Dünya alimlərinin hələ indi gəlib çıxdıqları elmi qənaətləri Talışda ulu nənələrimiz çox-çox qədim zamanlardan elmi şəkildə həll etmişlər və bu günə qədər davam edən xalq ənənələrinə çevirmişlər. 

Azərbaycan Tibb Universitetində dünyəvi təbabətlə yanaşı xalq təbabəti dərslərini də tədriz proqramına daxil edilməsi məqsədəuyğun olardı.

-------------------

İstifadə olunmuş ədəbiyyat 

Педиатрия (руководство). 1 том: Болезни плода и новорожденного. Под ред. Р.Е.Бермана и В.И. Когана. Пер. с англ. Москва, «Медицина», 1987, 504 стр.
Детские болезни. Под ред. ак. А.Ф.Тура, О.Ф.Тарасова и Н.П.Шабалова, М. «Медицина», 1979.
Шабалов Н.П. Детские болезни. Учебник. СПб, «Питер», 2001, 1080 стр.
Фанкони Г. и Вальгрен А. Руководство по детским болезням, М., «Медгиз», 1960, пер. немецкого. 940 стр.
Керпель-Фрониус Э. Педиатрия. Изд. АН Венгрии, Будапешт, 1981, 621 стр.
Детские болезни. Под ред. ак. Л.А.Исаевой, Москва, «Медицина», 1980. 208 стр.
Справочник педиатра. Под ред. доц. Студеникина М.Я., М., «Медицина», 1966, 624 стр.
Справочник участкового педиатра. Под pед. проф. Усова И.Н., Минск, «Беларусь», 1991, 639 стр.
Мазурин А.В. Учебное пособие по питанию здорового рeбёнка. М., «Медицина», 1980. 208 стр.
Питание здорового и больного ребёнка. Под ред. проф. Воронцова И.М. и проф. Мазурина А.В., Ленинград, «Медицина», 1980, 416 стр.
Энциклопедический словарь медицинской терминологии в 3-х томах. Гл.ред. Петровский Б.В., М., «Советская энциклопедия», 1982-464 стр. 1983-448стр. и 1984-512 стр.
Словарь иностранных слов. Под ред. акад. Спиркина А.Г. 13-у изд. М., «Русский язык», 1986-608 стр.
Арнаудов Г.Д. Медицинская терминология на 5-и языках, София, 1969-1029 стр.

 

Barat QASIMOV
Talış Tarix, Mədəniyyət və Etnoqrafiya Mərkəzinin sədri

Lankon, 2015, mart 

 

Категория: Talış incəsənəti | Просмотров: 4068 | Добавил: admin | Рейтинг: 4.8/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus