Главная » 2016 » Май » 1 » Respublika Talış Mədəniyyət Mərkəzinin hesabat seçki konfransı keçirilib
21:14
Respublika Talış Mədəniyyət Mərkəzinin hesabat seçki konfransı keçirilib
Bu gün (01 may 2016-çı il) Astara rayonun Ərçivan kəndində, şəhid-professor Novruzəli Məmmədovun doğulduğu evdə Respublika Talış Mədəniyyət Mərkəzinin (RTMM) növbəti hesabat seçki konfransı keçirilmişdir.
Konfransda RTMM-nin sədri Rafiq Cəlilovun hesabat dövrü ərzində RTMM-nin fəaliyyətilə bağlı məruzəsi dinlənilmişdir. Konfrans həmçinin RTMM-nin Nizamnəməsinə əlavə və dəyişilikləri müzakirə edib, qəbul etmişdir.
Konfrans təşkilat məsələsinə baxmış, RTMM-nin sədrini və İdarə Heyətinin yeni tərkibini seçmişdir.
RTMM-nin sədrliyinə üç nəfərin: Rafiq Cəlilov, Şahin Mirzəli, Seyran Dadaşovun namizədlikləri irəli sürülmüşdür. Müzakirələr zamanı Şahin Mirzəli öz namizədliyini Seyran Dadaçovun xeyrinə geri götürmüşdür. Gizli səsvermə yolula Seyran Dadaşov sədr seçilmişdir.
RTMM-nin İdarə Heyətinin yeni tərkibinə isə aşağıdakı şəxslər seçilmişdir: