Главная » 2013 » Май » 14 » Respublika Talış Mədəniyyət Mərkəzinin və Azəri-Talış İctimai Birliyinin birgə BƏYANATI
21:05
Respublika Talış Mədəniyyət Mərkəzinin və Azəri-Talış İctimai Birliyinin birgə BƏYANATI
Respublika Talış Mədəniyyət Mərkəzi və Azəri-Talış İctimai Birliyi Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, istedadlı hüquqşünas, mütərəqqi və demokratik fikirli ziyalı, vəkil Aslan İsmayılovun Respublika Vəkillər Kollegiyasından çıxarılmasını ölkəmizdə müstəqil və ədalətli vəkillik institutunun, eləcə də demokratik təsisatların boğulmasına yönəlik qərəzi bir addım sayır.
Respublika Talış Mədəniyyət Mərkəzi və Azəri-Talış İctimai Birliyi vəkil A. İsmayılovun Azərbaycanda hüquqi dövlət quruculuğunda, onun inkişafında, habelə Beynəlxalq standartlara uyğun hüquqi islahatların aparılmasında cəsarətli və proqmatik təkliflər edən prinsipial və professional hüquqşünas kimi yüksək dəyərləndirir və onu tezliklə Vəkillər Kollegiyasına bərpa olunmasını tələb edir! Ümid edirik ki, vətənimizdə demokratik dəyərlərin inkişafı naminə Aslan İsmayılovun timsalında aktiv ictimai-siyasi mövqe sərgiləyən ziyalılarımız təqib olunmayacaq, onlara qarşı aparılan aqressiyalara son qoyulacaqdır!