Главная » 2013 » Февраль » 7 » Respublika Talış Mədəniyyət Mərkəzinin yeni sədri seçilib
14:27
Respublika Talış Mədəniyyət Mərkəzinin yeni sədri seçilib
Xəbər verildiyi kimi Respublika Talış Mədəniyyət Mərkəzi özünün yeni sədrini seçib. Şair Əli Nasiri bu vəzifədə "Tolışon Sədo" qəzetinin baş redaktoru, Hilal Məmmədovun hüquqlarının müdafiə Komitəsinin həmsədri Rafiq Cəlilov əvəz edib.
Belə çətin bir vaxtda, avtoritar rejimli Azərbaycanda Respublika Talış Mədəniyyət Mərkəzinin sədrliyini öz üzərinə götürmək sıradan bir hadisə deyil. Bu nə qədər şərəfli bir vəzifə olsa da, bir o qədər də təhlükəli, qorxulu, məşəqqətli bir işdir. Bununla bağlı vaxtilə Respublika Talış Mədəniyyət Mərkəzinin sədr olmuş professor Novruzəli Məmmədovun taleyini yada salmaq kifayət edir.
TALISH.ORG olaraq yeni vəzifədə - Respublika Talış Mədəniyyət Mərkəzinin sədrliyi postunda Rafiq Cəlilova möhkəm iradə, güc və qüdrət, şərə və sapı özümüzdən olan baltalara tuş gəlməməyi və çoxlu müvəffəqiyyətlər arzu edirik.
Rafiq Cəlilov sədr seçildikdən sonra etdiyi çıxışda ilk müraciətinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə "Tolışi Sədo" qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədovla bağlı olacağını elan etmişdir.