Главная » 2013 » Март » 17 » Rusiya Talış Diasporasının prezidenti İsmayıl Şabanovun Novruz bayramı munasibəti ilə xalqa təbriki
17:19
Rusiya Talış Diasporasının prezidenti İsmayıl Şabanovun Novruz bayramı munasibəti ilə xalqa təbriki
Əziz həmvətənlər!
Qədim tarixə malik olan Novruz bir sıra xalqların tarixində dərin izlər buraxmış və bu gün də millətlərin mədəni inkişafında çox böyük rola malikdir. Bu bayram həm də xalqlararası mədəni və mənəvi ənənələri birləşdirir.
Novruz bayramı talış xalqının qədim mədəniyyətinin tərkib hissəsidir. Təbiətin canlanmasını, baharın və yeni ilin gəlişini simvollaşdıran Novruz bayramı insanın daxili aləminə nufuz edir, onu mənəvi-əxlaqi kamilliyə çağırır.
Xalqımızın ən qədim adət-ənənələri bizə bu bayram vasitəsi ilə çatmışdır. Buna görə Novruz hər birimiz üçün əziz bayramlar bayramıdır.
Bu əziz gündə Sizin hər birinizə Novruz ənənələrinə sadiqliq, bizə əjdadlarımızdan qalan Novruz adətlərimizi qorumaq, onalara riayət etmək, onları gələcək nəsillərə ötürmək istiqamətində çalışmağı arzu edir, Allahdan yeni Novruzla hər birinizin səadətə çatmanızı və ürəyinizdə olan bütün xoş məramlı niyyət və məqsədlərinizin gerçəkləşməsini arzu edirəm.
Sizin hamınızı işıqlı bahar bayramı – Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Nəvuzə idon mubarak, omə soron ruşin bibu!
Hörmətlə, İsmayıl Şabanov, Rusiya Talış Diasporasının prezidenti