Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Май » 4 » “Rüstəm İbrahimbəyovun ölkəyə gəlişinin qarşısı alınarsa…” – Müsahibə
11:39
“Rüstəm İbrahimbəyovun ölkəyə gəlişinin qarşısı alınarsa…” – Müsahibə
Mehdibəy Səfərov: "Zənnimcə, Rüstəm müəllimin MŞ-ya  sədrlik etməsilə bağlı fors-major vəziyyət yaranarsa, onun yerinə və ya onu müvəqqəti əvəz eləyən  ən real namizəd Eldəniz Quliyev ola bilər”

"EL” Hərəkatının Milli məsələlər üzrə sədr müavini Mehdibəy Səfərovun Elitar.Az saytına müsahibəsini təqdim edirik:

- "EL” Hərəkatı cəmi 2 aydır ki, fəaliyyətə başlayıb və bu az müddət ərzində kifayət qədər təzyiqlərlə üzləşib. Sizcə bu nədən qaynaqlanır?

- Etiraf olunmalıdır ki, "EL” Hərəkatı ölkəmizin siyasi arenasına çox çevik və  kifayət qədər geniş spektrdə daxil oldu. Və bu, həm özünü əbədi  "zalım Ənuşirəvan” obrazında hiss edən  Azərbaycan iqtidarı, həm də muxalifəti üçün gözlənilməz "sürpriz” effekti yaratdı.
   
Dövləti avtoritar qaydalarla idarə edənlər üçün, əhalinin dünənə kimi öz taleyinin tamaşaçısı olan, bu gün isə onun fəal iştirakçısına çevrilən əhəmiyyətli kəsiminin "EL” adlandırdıqları ümidverici bir Hərəkata üz tutması, habelə həmin Hərəkatın siyasi hakimiyyətə real iddialı olması, əlbəttə ki, gözlənilməz hadisəydi.
   
Prezident seçkilərinə 4 -5 ay qalmış millətindən, dinindən, dilindən, reqionundan asılı olmayaraq, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onların hərtərəfli təminatçısı olmağı fəaliyyətinin başlıca tezisi sayan "EL” Hərəkatı, əlbəttə ki, çoxlarının canına vəlvələ saldı. Elə məhz bu səbəbdən də, demokratik seçkilərə və sivil yollarla hakimiyyət dəyişiliklərinə hazır olmayan  və heç bunu istəməyən mövcud iqtidar rayonlarda "öyrədilmiş” adamların əlinə lopatka-yaba verərək yollarda siyasi xadimlərin üstünə hücumların təşkili, ofis icarədarlarına təzyiqlər, işıqları, suyu kəsmək və digər cığallıqlar və zorakılıq üsullarına rəvac verdi. Onu da qeyd edim ki, birbaşa və dolayısıyla edilən təzyiqlər, hədələr və sairə heç şübhəsiz ki, hakimiyyət təmsilçilərinin xofa düşdüklərini göstərir. Təəssüf ki, avtoritarizmdən demokratiyaya keçid istəyi hakim elita tərəfindən heç  cür həzm olunmur…

- Siz "EL” Hərəkatı sədrinin Milli məsələlər üzrə müavinisiniz. Hərəkat bu istiqamətdə nə işlər görməyi planlaşdırır?

- Öncə onu deyim ki, bu gün Azərbaycanın siyasi politrasında – istər müxalifət, istərsə də iqtidar yönümlü siyasi təşkilatlarda, azsaylı xalqların, etnik qrupların və milli azlıqların yetərincə və layiqincə təmsil olunmaması göz qabağındadır. Düzdür, bunun bir səbəbi onların siyasi passivliyidirsə də, əsas səbəbi partiyaların öz siyasi xətlərində bəzən birtərəfli olaraq yerliçilik və millətçilik cərəyanlarına üstünlük vermələridir. Səbəblərdən biri də vətəndaşlarımızın siyasi maarifləndirməsində mövcud olan qüsurlarla bağlıdır.
    
"EL” Hərəkatı müstəqil Azərbaycan Respublikasında Milli məsələni öz fəaliyyətinin  preoritetlərindən biri sayır və buna xüsusi önəm verir. Şəxsən mənim düşüncəmə görə,  Azərbaycan respublikasında yaşayan azsaylı xalqların, etnik qrupların və milli azlıqların dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və özəlliklə bütün milli-mənəvi dəyərlər sistemi daima dövlətin diqqətində olmalı, hifz olunmalı və inkişaf etdirilməlidir. Bunları həyata keçirmək üçün, təbii ki, dövlətin dəstəyi ilə maddi-texniki təsisatlar bazası yaradılmalı və onlar bu təsisatlar bazasından sərbəst şəkildə istifadə etməlidir. Dövlətimizin bütün strukturlarında, eləcə də ictimai rəydə milli ayrıseçkilik ciddi qınaq obyektinə çevirilməlidir. Bu belə olmalıdır ki, dövlətçiliyimizə təhlükə yarada bilən hər hansı separatçılıq meyilləri baş qaldırmasın. Ümumiyyətlə, "EL” Hərəkatı insan haqları ilə bağlı demokratik dəyərlərə önəm verərək, Azərbaycan Respublikasında vətəndaş hüquqlarının qorunması prizmasında onların maddi, mənəvi, milli hüquqlarının hərtərəfli qorunmasını vacib strategiya hesab edir. Bu  yönümdə görəcəyimiz çoxşaxəli işlərlə bağlı  mütəmadi olaraq, həm şəxsi ünsiyyətlərimizdə, həm də  media vasitələrində vətəndaşlarımıza məlumatlar verəcəyik.

- "EL” Hərəkatı bu gün mətbuatda ən çox hallanan Milli Şura məsələsində, onun demokratik düşərgəni birləşdirməyə yönəli cəhdlərində, eləcə də avtoritarizmdən demokratiyaya keçidi təmin edəcək mütərəqqi birlik modelinin yaranmasında aktivlik nümayiş etdirir. Pozitiv nəticə gözləyirsinizmi?

- Bəli, həm gözləyirəm, həm də inanıram. Milli Şura (MŞ) ideyasının gündəmə gəlməsi əslində onun göstəricisidir ki, hazırkı iqtidar  mövcud seçki prinsiplərindən və demokratik təsisatlardan yayınaraq, hakimiyyəti hansı yolla olursa-olsun, əllərində saxlamaq istəyir. İllərlədir hakimiyyətdə olub heç bir mütərəqqi reforma aparmayan mövcud iqtidarın seçkilərdə saxtakarlıq "əzmkarlığı və qabiliyyəti” həddindən artıq yüksəkdir. Məhz bu səbəbdən,  zaman-zaman, istər həqiqi müxalifət nümayəndələrinin, istərsə də ölkəsinin taleyinə biganə qalmayan vicdanlı ziyalılarımızın "demokratik Prezident seçkiləri”, o cümlədən demokratik məmləkətlə  bağlı arzu və istəkləri fiaskoya uğrayır. Prezident seçkisilə  bağlı vəziyyətin bu dərəcə mürəkkəb və qeyri-qənaətbəxş olması müqtədir partiya liderlərini, tanınmış ziyalıları və nüfuzlu ictimai-siyasi xadimləri Rüstəm İbrahimbəyov kimi dünya şöhrətli ziyalımızın təklif etdiyi Milli Şura ideyası ətrafında birləşməsini diktə edir. Və belə demək mümkünsə, MŞ ideyası xalqın sosial sifarişinə çevrilir. Azərbaycan seçicisinin qırılmış inamını özünə qaytarmağın, öz taleyinə biganə yanaşmasına son qoymağın ən düzgün və rassional yolu  Milli Şuranın yaranmasıdır. Düşünürəm ki, Azərbaycanda nəhayət ki, sivil, ədalətli, demokratik seçkilər yolu ilə hakimiyyət dəyişiliklərini görmək istəyən bütün demokratik təbəqələrin bu təklifin ətrafında birləşməsinə alternativ yoxdur.

- Əgər Rüstəm İbrahimbəyov müəyyən səbəblər üzündən (obyektiv və ya subyektiv) ölkəyə gələ bilməsə və Milli Şuraya sədrlik funksiyasını yerinə yetirməyə çətinlik yaransa, Sizcə onu kim, yaxud kimlər əvəz edə bilər?

- Əslində, Demokratik qüvvələrin ölkəmiz üçün taleyüklü bir məsələ ətrafında Milli Şura formatında birləşmə cəhdi, İnşallah, baş tutarsa, ona sədrlik edəni də Şura üzvləri demokratik səsvermə yolu ilə seçməlidirlər. İndiki halda isə, Rüstəm İbrahimbəyov şəxsiyyətinin nüfuz və potensialının möhtəşəmliyini, eyni zamanda siyasi hakimiyyətə iddiasızlığını nəzərə alaraq, Milli Şurada təmsil olunmaq istəyən ictimai-siyasi xadimlər, məhz onu sədr kimi görmək istəyirlər. Güman ki, Rüstəm müəllim də ideya müəllifi olduğu təklifə çox ciddi önəm verir və onunla bağlı bütün proseslərdə iştirak etmək istəyir. Sual budur ki, o bunu tam gücü ilə edə biləcəkmi? Birincisi, onun yaradıcılıq məşğulluğu – dünyanın bir neçə kino Akademiyasının üzvü olmağı, əksər kinofestifallarda münsiflər heyətinin rəhbəri  olması, ssenariləri əsasında dünya kinoindustriyalarında eyni zamanda bir neçə  bədii filmlərin çəkilişləri və bir çox ictimai işləri Böyük Sənət İnsanına macal verəcəkmi ki, olduqca mürəkkəb və siyasi çalarlı fəaliyyətlə məşğul olsun? İkincisi, Rüstəm İbrahimbəyov şəxsiyyətinin ictimai-siyasi çəkisindən təlaşa  düşən iqtidar yetkililəri ona imkan verərmi ki, o, rahatca respublikaya gəlib-getsin? Zənnimcə, artıq heç kəsə sirr deyil ki, iqtidar Rüstəm müəllimin MŞ-ya rəhbərlik etməsinə mane olmaq məqsədilə,  istənilən qanunsuzluğa və vandallığa gedər. Necə ki, gedir də. İndiyəcən ona qarşı edilən təzyiqlər və hədyanlar dediklərimə  bariz sübutdur. Görünən kəndə nə bələdçi?

O ki, qaldı sualınızın 2-ci hissəsinə, – bəli, yaranacaq MŞ ona qarşı ediləcək təzyiqləri və basqıları indidən proqnozlşdırmalı, eləcə də bunların qarşısını almaq üçün priventiv  addımlar atmalıdır. Əgər R. İbrahimbəyovun ölkəyə gəlişinin qarşısı alınarsa, MŞ-ya kim rəhbərlik etməlidir? Zənnimcə, Rüstəm müəllimin MŞ-ya  sədrlik etməsilə bağlı fors-major vəziyyət yaranarsa, onun yerinə və ya onu müvəqqəti əvəz eləyən  ən real namizəd Eldəniz Quliyev ola bilər. Çünki, Eldəniz müəllim o nadir insanlardandır ki, bütün mənalı həyatını iddiasız olaraq Azərbaycan mədəniyyətinin çiçəklənməsinə, sağlam ictimai-siyasi mühitin formalaşmasına və milli-mənəvi dəyərlər sisteminin hifz olunmasına həsr etmişdir. O, ölkəmizdə dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının qorunmasında fədakarcasına mübarizə aparan, çox yüksək və unikal mədəniyyətə, intellektə malik, barmaqla sayılası şəxsiyyətlərdəndir. Eldəniz müəllimi uzun illər tanıdığımdan, barəsində bu qənaətə gəlmişəm və ona inanıram.
   
Əlbəttə, bütün bunlar mənim subyektiv düşüncələrimdir. Başqa insanların mülahizə və fikirlərinə də böyük hörmətlə yanaşıram.

Elmin Bədəlov
Elitar.Az  

Категория: Müsahibə | Просмотров: 2439 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus