Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Май » 13 » Şeyx Zahid Gilani
13:15
Şeyx Zahid Gilani
Azərbaycanda İslam dini yarandıqdan sonra burda da bir sıra ziyarətgahlar: ocaqlar, türbələr, pirlər və xanagahlar yaranmışdır. Belə müqəddəs məkanlardan biri də Lənkəran rayonunun Şıxəkan (Şıxəkəran) kəndində yerləşən Şeyx Zahid türbəsidir. İlk olaraq hamını belə bir sual düşündürür: görəsən kimdir Şeyx Zahid? Tarixə nəzər saldıqda və bir çox tarixi kitabları varaqladıqdan sonra məlum olur ki, Şeyx Zahid öz dövrünün tanınmış ziyalısı: alim, müəllim, şair və mömin bir şəxsi olmuşdur. Şeyx Zahid 1215-ci il martın 21-də indiki Lənkəran rayonunun Siyavar kəndində Talış Şeyx Rövşən Əmirin ailəsində dünyaya göz açmışdır. Şeyx Rövşən Əmir İranın Gilan vilayəti kəndlərinin birində evləndikdən sonra Lənkəranın Siyavar kəndinə köçmüşdür. Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. O, Kiyəpurə Məhəmməd və Babul ilə birlikdə ilk təhsilini Astaranın Butəsər (indiki Pensər) kəndində XIII əsrin məhşur sufi alimi Seyid Cəmaləddindən almışdır. Seyid Cəmaləddin Gili (Gilan) mahalının Malvan kəndində doğulmuşdur. O, sonralar Astaraya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. 1253-cü il noyabrın 28-də vəfat etmiş, Astara rayonunun Butəsər (Pensər) kəndində dəfn edilmişdir. Məzarı hal-hazırda da həmən kəndin qəbristanlığındadır və "Şeyx Cəmaləddin” piri kimi tanınır. Kifayət qədər təqvalı bir şəxsiyyət olan Seyid Cəmaləddin çox böyük ümüdlər bəslədiyi şagirdinə "Zahid” (ərəbcədən tərcümədə ibadət adamı, pəhrizkar deməkdir) ləqəbini vermiş, vəfat edərkən isə ona öz işini davam etdirməyi və sufi təriqətinə başçılıq etməyi tapşırmışdır. XIII əsrdə Talışın ərazisi Gilanın tərkibində olduğu üçün Şeyx Zahid özünə "Gilani” təxəllüsün götürmüşdü. Şeyx Zahid Gilani də hörmət və ehtiram əlaməti olaraq oğluna müəllimi Cəmaləddinin adini qoymuşdur. Şeyx Zahid zəmanəsinin böyük alimlərindən biri olmaqla yanaşı, eyni zamanda bir neçə dil də bilmişdir. Belə ki, o, doğma talış dilindən başqa türk (Azərbaycan), gilək, ərəb, fars, kürd və qədim pəhləvi dillərini də bilirmiş. O, talış və gilək dillərində şeirlər yazmışdır. Ömrünün çox hissəsini Gilanda, sonralar Muğanda yaşamışdır. Onun Siyavarda, Hiləkəranda, Gərmətükdə dini təbliğ edən nümayəndəliyi, Muğan, Şirvan və Marağada isə çoxlu şagirdləri olmuşdur. O, 25 il Səfəvilərin ulu babası müqəddəs Şeyx Səfiəddinin müəllimi olmuşdur. Lənkəran mahalının Hiləkəran kəndində fəaliyyət göstərmiş Şeyx Zahid məktəbi dövrünün ən yüksək təhsil verən elm ocaqlarindan biri olmuşdur. Məhz buna görədə Şeyx Zahid məktəbi nəinki Azərbaycanda, ümumiyyətlə şərqdə əhali arasında geniş şöhrət qazanmışdır.

Şeyx Zahidin şəxsi həyatına gəldikdə isə onun iki arvadı olmuşdur. Birinci arvadı Siyavarlı, ikinci arvadı isə Hiləkəranlı idi. O, ikinci arvadı ilə 72 yaşında olarkən evlənmişdir. Şeyx Zahidin iki arvaddan üç övladı olmuşdur. Onlardan ikisi oğlan, biri isə qız idi: Şəmsəddin, Cəmaləddin  Əli və Bibifatma. Qızı Bibifatma ikinci arvadından dünyaya gəlmişdir. Şeyx Zahid qızı Bibifatmanı şagirdi Şeyx Səfiəddinə (1252-1334) ərə vermişdir. Bu nigahdan Şeyx Səfiəddinin Məhiyyəddin, Sədrəddin və Əbu Səid adlı üç oğlu olmuşdur. Məhz bu səbəbdən Səffəvilər ana tərəfdən Şeyx Zahid nəslindən hesab olunurlar. Şeyx Zahid ölərkən, yaratdığı dərviş cəmiyyətinin başçılığına doğma oğlu, varisi Şeyx Cəmaləddin Zahidini yox, kürəkəni Şeyx Səfiəddini təyin etdi. Şeyx Səfiəddinin nəsli "Səfəviyyə” adlanan yeni cəmiyyətin başçıları oldular. Şeyx Zahidin törəmələri isə Səfəvilərdən asılı vəziyyətdə qalmışdır. Lakin, onlar mürid və vassallar içərisində hörmətli yer tutmuşlar.

Şeyx Zahid 1300-cü ilin mart ayında Siyavarda vəfat edir, orada da dəfn olunur.

Tarixdən bəllidir ki, Şeyx Zahidin məqbərəsini bir neçə dəfə su basmışdır. Məhz dəniz suyunun qalxması ilə əlaqədar onun qəbri sonralar Hiləkəran, indiki Şıxəran kəndinə köçürülmüşdür. Tarixi mənbələrdən məlum olur ki, indiki Şıxəkəran kəndinin əvvəlki adı Hiləkəran olmuşdur. Şeyx Zahidin qəbri Siyavardan buraya köçürüldükdən sonra kənd onun adı ilə Şıxəkəran adlandırılmışdır. Şıxəkəran talış dilində Şıxəkon adlanır. Talışca "Şıx”-Şeyx, "kon”-isə evlər deməkdir. Beləliklə, Şıxəkəran toponimi talış dilində "şeyx evləri” mənasını verir.

Səfəvi hökmdarları ulu babaları olan Şeyx Zahidin məqbərəsini dəfələrlə ziyarət etmiş, onu təmir etmişlər. 1478-ci ildə Şah İsmayıl Xətainin atası Şeyx Heydər (1460-1488) bir neçə nəfər mahir bənna və nəccarla gəlib məqbərə ilə günbəzi təmir etdirmişdir. Şah İsmayıl Xətai (1487-1524) 1500-ci ildə, 1-ci Şah Abbas (1587-1629) isə 1609-cu ildə buranı ziyarət etmişdilər.

Bu gün Şeyx Zahid türbəsi nəinki Lənkəran rayonu, həmçinin respublikamızda daha çox tanınan ziyarətgahladan biridir. Insanlar arasında bu müqəddəs ziyarətgaha böyük inam vardır. Heş də təsadüfü deyildir ki, xalq tərəfindən Şeyx Zahidə olan inamla bağlı "Yatmış şəhzadə haqqında talış əfsanəsi” və "müqəddəs Şeyx Zahid haqqında talış xalq əfsanəsi” yaradılmışdır.

Tədqiqatçılar Səidəli Kazimbəyoğlu, Teymur bəy Bayraməlibəyov, İsa Əzimbəyov, Mirhəşim Talışlı, Etibar Əhədov, Musarza Mirzəyev, Şaban Şəfiyev, tarix elimləri doktorları Seyidağa Onullahi, Məşədixanım Nemət və başqaları əsərlərində Şeyx Zahid Gilanidən bəhs etmişlər. Şeyx Zahid türbəsi  ziyarətgah olmaqla yanaşı eyni zamanda respublikamızın tarixi memarlıq abidələrindən biridir. Buna görə də ziyarətgahda təmir-bərpa işləri nəinki yerli sakinlər, eyni zamanda dövlət tərəfindən də aparılır. Milli-mənəvi dəyərlərimiz hesab olunan ziyarətgahlara hörmətlə yanaşmaq ilk növbədə hər birimizin insani borcudur.

Istifadə edilmiş ədəbiyyat:

1. M.Nemət Azərbaycanda pirlər. B. 1992
2. S.Kazımbəyoğlu. Səidiyyə . B, 2005
3. B.Hüseynbalaoğlu, M.Talışlı. Lənkəran. B, 1990
4. M.Mirzəyev, M.Məmmədov. Mamusta. B, 1999
5. Y.Ağazadə. Teymur bəy Bayraməlibəyov və folklor. B, 2003
6. V.Yusifli. Ərkivan və ərkivanlılar. B, 1996
7. X.Cavadov, S.Abdullayev. Lənkəran pedaqoqları. B, 2005
8. Ş.Şəfiyev. Tarixlə üz-üzə. B, 1999
9. M.Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat. 2012 (əlyazma)
10. S.Onullahi. Müqəddəslər kimlərdir? "Sovet kəndi” qəzeti, 06.09 1988.


İldırım Şükürzadə, müəllim-tədqiqatçı,

"Tolışon Sədo” nöm 17 (29), 11 may 2012-ci il


Категория: Şəxsiyyətlər | Просмотров: 3245 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus