Главная » 2012»Май»18 » Talış ziyalılarına qarşı iftiralara Rusiya Talış Diaspor Təşkilatı münasibət bildirib
14:10
Talış ziyalılarına qarşı iftiralara Rusiya Talış Diaspor Təşkilatı münasibət bildirib
Rusiya Talış Diasporu Təşkilatının Prezidenti İsmail Şabanov talış cəmiyyətinə qarşı Azərbaycanın bir sıra qəzet və saytlarında yer alan iftiralara münasibət bildirib. İsmail Şabanovun TalıshInfo saytına göndərdiyi məktubunda bildirilir ki, bu talış diaspor təşkilatlarına və talış xalqının ziyalılarına qarşı məqsədli şəkildə aparılan kompaniyanın növbəti həlqəsidir. Aşkar görünür ki, Ənvər Bölüsoy adlı birisinin heç bir məntiqə və əxlaqa söykənməyən iftiraları və bu iftiraları tirajlayan "Ayna" qəzeti başda olmaqla çox saylı Azərbaycan internet saytları xalqımızı və onun dəyərli ziyalılarını gözdən salmağı hədəf götürüblər. Məlum olduğu kimi "Ayna" qəzetinə Azərbaycanın dəyərli yazıçısı İsmayıl Şıxlının oğlu Elçin Şıxlı rəhbərlik edir. Əfsuslar olsun ki, Bölüsoy kimi şarlatan-provokatorların böhtanları üzərində qurulan cızma-qara yazıları da son dövrlərdə məhz oradan ilk mənbə olaraq yayılır və tirajlanır. Hesab edirik ki, belə provokasiyalara qanad açan baş redaktor ilk növbədə öz atasının ruhu qarşısında böyük hörmətsizliyə yol verir. Hələ ki, biz taışlar İsmayil Şıxlını sevə-sevə oxuyur və hörmət edirik.
Məktubda daha sonra qeyd edilir ki, belə provokasiyaların əsas məqsədi Azərbaycan cəmiyyətinin diqqətini hazırda çox aktual olan bir sıra xarici və dövlətdaxili problemlərdən yayındırmaqdır. Görünür, bununla bağlı olaraq xaricdə "düşmən axtarışına" göstəriş verilib. Hədəf isə bu dəfə Rusiya dövləti və Rusiya vətəndaşlarıdır. Azərbaycanın bir sıra dövlət və ictimai-siyasi xadimlərindən fərqli olaraq, həvəslə tirajlanan iftiralarda adı keçənlərin heç birisi indiyə qədər nəinki Ermənistan və Dağlıq Qarabağda hansısa bir tədbirdə iştirak etməmiş, ümumiyyətlə orada olmamışlar. Bizi belə iftiralarla provokasiyaya çəkmək niyyətləriniz isə heç bir vaxt baş tutmayacaqdır.