Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Ноябрь » 9 » Əsrarəngiz din və mənəviyyat abidəsi - Zərdüşt təlimi "Avesta" (məqalə tam həcmdə)
01:20
Əsrarəngiz din və mənəviyyat abidəsi - Zərdüşt təlimi "Avesta" (məqalə tam həcmdə)
Xanlar HƏMİD 

Əsrlər boyu bir çox dünya aliminin diqqət mərkəzində dayanan, davamlı tədqiqat obyekti olan Zərdüşt təlimi "Avesta", aradan uzun zaman ötsə də, hələ də öz aktuallığını, sirrini qoruyub saxlamaqdadır. İlk dəfə ariya dilində yaranan "Avesta", əlbəttə, Midiyada təşəkkül tapmışdı. Yeni dini baxışlarına görə təqib olunan, sonralar vətənini tərk etməli olan Zərdüşt peyğəmbər Şimali Xorasana hicrət etmiş - köçmüşdü. "Avesta" vəhy ilə gələn bir kitab idi ki, Müdrik Tanrıdan zaman-zaman Zərdüştə verilmişdi. "Avesta"nın dili ariya dilidir ki, bizim eramızdan əvvəl VI əsrin ortalarında fars dilinin İran və Şərq mühitində hakim dilə çevrilməsi nəticəsində sıxışdırılmağa başlandı. Xüsusən II Kirin və I Daranın dövründə "Avesta" fars dilinə tərcümə edildi və bütün İran Şərqində, Midiyada, Əfqanıstanda, Orta Asiyada hakim dinə çevrildi. Eramızdan əvvəl IV əsrin sonlarına yaxın Makedoniyalı İsgəndər İranı işğal edərkən "Avesta"nı yandırtdı və yalnız onun kiçik bir hissəsini yunan dilinə tərcümə etdirdi. Lakin sonralar Parfiya hökmdarı I Voloqez eramızın birinci əsrində "Avesta"nın mətnlərini yenidən bərpa etmişdir.

Sasanilər eramızın III əsrin başlanğıcında "Avesta" mətnlərinin yenidən toplanmasına alimləri səfərbər etmiş və kitabın yeni son variantını hazırlamışlar. Əlbəttə, təşəkkül tapdığı dövrdən sonra üç dəfə dəyişikliyə məruz qalmış bu kitab imperiyanın dili olan fars dilində meydana çıxdı. Ancaq "Avesta" və ariya dilini parçalanmış, çilik-çilik edilmiş bir güzgüyə bənzətsək bu gün belə məsuliyyətlə deyə bilərik ki, bu güzgünün kiçik parçaları talış, gilək, mazandaran, kürd, tat dillərində qalmışdır.

Ahura, hu - səs, ra - tanrı, yol. Tanrı Musaya huh - deyə xitab etdi. Musa da Tanrıya Yahvoh,Yehvoh, Yahva, Yahovah, - deyə müraciət etdi. Zərdüşt Tanrını Ahura, - deyə çağırdı. Zərdüştdə və Musada hu daha çox tanrılaşdı və mütləq tanrı adını aldı. Çünki onlar tanrı səsini hu, huh kimi eşitmiş, onu ilk olaraq səs kimi, yəni qeybdən gələn səs kimi anladılar. Tanrı deyərkən Zərdüşt də, Musa da görünməyən, maddi olmayan, lakin hu, huh kimi eşidilən bir səsin arxasında möhtəşəm, əzəmətli, hər şeyə qadir, uca, qüdrətli bir varlığı dərk etdi. Yəni Zərdüşt də, Musa da Allahı səs kimi qəbul etdi.

Eramızdan iki min il öncə Mesapotomiyada və indiki İranın cənub-qərbində yerləşən Xuzestan (Huzestan) və Suzestan əyalətlərinin mərkəzi şəhəri olan Suz şəhərinin baş allahı Humpan və onun oğlu Hutran olmuşdur.

Məzda, Mazda. Mə-zda, Ma-zda, Ma-znda. Ma-maya, yaradıcı maya və yaxud yaradıcı nüvə, başlanğıc, Zda, Znda - bilən, Məzda, Mozda yaradan, hər şeyi bilən,    bilik mayası, yaradıcı biliyə başlanğıc verən mənbə deməkdir. Hind sanskrit dilində Ahura yox, Asura deyilir ki, sur, zur, su, zu fars, tacik, talış, gilək dillərində güc deməkdir. Ümumiyyətlə qədim Ariya (Avestada airya) dilində, yəni ilk mənbədən qalan müəyyən sözləri, əsasən əşya bildirən söz və söz birləşmələrini izah etmək üçün hökmən fars, rus, talış, tacik, gilək, mazandaran, kürd, tat dillərini bilmək və yaxud bu dillərin oxşar və fərqli cəhətlərini bilmək lazımdır. Mənə elə gəlir ki, Zərdüşt bir peyğəmbər kimi zühur edərkən bütün İran Şərqində, Əfqanıstanda, Hindistanda, Orta Asiyada hətta Suriya və Fələstində bir ariya dili bütün dialekt və ləhcələri ilə mövcud idi. Fars və Midiya dilləri belə tam formalaşmamışdı. Ona görə də Zərdüştün yaşadığı dövrün bəzi zərdüştşünaslar tərəfindən eramızdan əvvəl XI - XII əsrlərə aid edilməsi daha realdır.

VII əsrin ortalarından başlayaraq uzunmüddətli müharibə və müharibələrdən sonra, islam dini İranda, Azərbaycanda, Əfqanıstanda və digər ölkələrdə bərqərar olandan sonra belə Zərdüşt dinin tanrısı olan Ahura, Huta, Huda, Xuda (fars, gilək dillərində), Xıdo (talış dilində) kimi Tanrı adları unudulmamışdır. Bu gün belə İranda, Azərbaycanda Allaha Xuda deyə müraciət edilir. Anhra Man, Ənhra Man - Sər ruh, Satana deyə tərcümə olunur. Əlbəttə, Satana, - Sə-tan qədim Midiya və indiki talış dilində qırmızı libas, qırmızı geyim, qırmızı geyinən deməkdir. Fars və gilək dilində olsaydı sorx libas kimi işlənərdi. Satana ifadəsi rus və digər dillərdə indi də işlənir. Məsələn, şeytan, diavol, iblis kimi. Hr - duman, Ənhra böyük miqyaslı duman, daha doğrusu, işığa qarşı duran duman, Man - duman mənbəyi, duman yaradan başlanğıc kimi anlaşılmalıdır. Duman, du-man sözünün özü belə, du - yalan (talış dili), Man mənbə deməkdir. Beləliklə, Anhra Man, Ənhra Man həm qaranlığım, həm də yalanın mənbəyi idi.

Zurvan Zərdüşt təlimində yaratma gücü, qüdrəti olan Ahura Məzda. Ənhra Manı yaradan əbədi zaman  anlamında başa düşülür. Zurvan Tanrı olan Ahura Məzdanı və şər ruh olan Ənhra Manı yaratmışdır. Bu iki başlanğıcın mənbəyi, şübhəsiz, Zurvandır. Zurvan sözü qədim Midiya və indiki talış dilində zur, zu, sur, su, zor - güc, qüdrət, van, von sahib, güc sahibi, qüdrət sahibi deməkdir. "Avesta"da sur sözü güc mənasında işlənmişdir. Hətta bir çox dini kitablarda və Quranda işlənən İsrafilin suru, zurna, zuy tutmaq, zorxana ifadələri bu qəbilədəndir. Bu gün belə Lerik rayonunda çox qədim dövrlərlə səsləşən Züən, Zuvand çökəkliyi yerləşir. Fars dilində zur, güc anlamında işlənsə də zürdar güc sahibi kimi işlənir. Fərmandar, hökmdar, səhrdar kimi.

Əslində nə Ahura Məzda, nə Ənhra Man, nə də Zurvan adları fars dilində deyildir. Bu adlar qədim Midiya xalqına məxsusdur ki, paytaxtı Yekbatan (Həmədan) olmaqla dövlətinin sərhədləri, Azərbaycan daxil olmaqla, İran Farsının bir hissəsini, Xəzər dənizi sahilləri, Gilan, Mazandaran, Qorqan - Hirkaniya, Rey və Xorasanı əhatə edirdi.

"Avesta", "Əvesta". Ümumiyyətlə ariya dilində olsa da tədqiqatçılar onu öyrənmək üçün ən çox fars dilli mənbələrə müraciət etməli olmuşlar. Lakin bu üsul kökündən doğru deyil. Çünki "Avesta" qədim Midiya dilinin şimal və şimal-şərq dialektlərində yazılmışdır. Talış, gilək, kürd, mazandaran dillərini bilmədən ondakı mətləbləri anlamaq, doğru təhlil etmək qeyri - mümkündür.

Üç min il öncə yazılmış, bu gün də orijinaldakı mənasını itirməyən söz və söz birləşmələri buna şahiddir. Bu gün də Ahura Məzda, Ənhra Man, Zurvan, Zərahustra, Avesta kimi bir çox adlar fars dilində tam anlaşılmadığı üçün yanlış, səhv izah edilir. "Avesta" pəzənddə pəhləvi, sözü "pstk" kimi (abastay, apastok) xatırlanır. Yəni orta fars dilində belədi. Lakin indiki "Avesta" mətnlərində bu sözə rast gəlmək mümkün deyil. Lakin qədim İran prototipində "Upostaka" - əsas, özül kimi səslənmişdir. Talış, kürd, gilək, fars, mazandaran dillərində "Əvesta", müasir dünya dillərində daha çox "Avesta" kimi səciyyələnən Əvesta sözünün daxilində hansı məna gizlənmişdir. Farslar daha çox onu əsas, özül kimi tərcümə etmişlər. Lakin "Əv-esta"da, əv - o, esta - var olan doğru kimi izah edilməlidir. Yəni "Əvesta" - O var olan doğru (talış dilində) və yaxud o, var olan doğruluqdur. "Avesta"nı əsas, özül kimi izah edənlər orta fars dilində olan "Abostay", "Apostak", "Upostok"a əsaslanır. Həm də bastə sözü fars və talış dillərində bağlanmış (kitab) deməkdir. Bu ad fars dilində olsaydı "Əvesta" yox "Uesta" olardı. O, u işarə əvəzliyi yerində işlənir. Yəni ki ,o, var olan doğruluqdur. Mahatma Qandiyə belə bir sual vermişlər: Allah sənin üçün kimdir? O belə cavab vermişdir: Allah doğrudadır. Doğruluq Allahdır.

Doğrudur, Zərdüşt doğularkən gülə-gülə doğuldu və o an iki min Ənhra Man tərəfdarı olan mələk və divlər məhv oldu. Zərdüşt bir vaxt göydən yerə böyük bir atəş topasının düşdüyünü görmüşdü. Buna görə "Avesta" sözünün izahında Ave, Avə, sutə variantları da istisna olunmur. Ave, avə - bulud, stə, sutə yanan, yanmış bulud, göylərdən enən od, atəş mənasını bildirir. Lakin birinci variantı daha doğru bilirik.

Zərahustra, Zara hu-st-ra Zərdüştün "Avesta"da ariya dilində olan adıdır. Əlbəttə, ariya, həm də Midiya dilinin bütün əhatə etdiyi ərazilərdə Zərə - parlaq, hu - səs, söz, tanrı, st - hest, həst, est, esm, var, var olan, ra, ro yol, yolçu anlamını verirdi. Yəni parlaq Tanrının var olan yolu, yolçusu, - parlaq Tanrı yolçusu kimi qəbul edilməlidir. Spitam Zərdüştün nəsil şəcərəsində mühüm adlardan biridir. Spi - ağ, tam, tan - əyin (talış d.) ağ əyinli, ağ libaslı, ağ geyimli olan deməkdir. Məlumdur Zərdüşt və sonrakı min illər boyu maqlar üstündən qurşaq bağlamaqla uzun ətəkli ağ paltar geyərdilər. Fars, gilək dillərində ağ - sefid, mazandaran dilində isə espedir. Zərdüştizmin simvolları arasında kuşti (qurşaq) və sedra (ağ köynək) xüsusi yer tutur.

Bütün Zərdüşti kahinləri, athravanlar, maqlar, məbudlar əyinlərindəki sedranın (doqquz hissədən ibarət olan köynək) üstündəki yetmiş iki ipdən hazırlanmış qurşaq bağlayardılar. Bu qurşağa ariya dilində kuşti deyilərdi. İndiki zamanda belə bu talış dilində kuşti, kışti, farsca isə kəməre bostən adlanır. Sedraya indiki talış dilində şəy, farsca pirahən deyilir. Zərdüşt təliminin mərkəzində, şübhəsiz xeyirxah doğru fikrə, ağıla, səsə, sözə, hərəkətə, əmələ malik olan insan dururdu. Humata, huhta, hvareşta. Bu "Avesta" da belə ardıcıllıqla verilir. Huma - um (rus dilində) ağıl, dumat (rus d.) düşünmək, ta - doğru, fars dilində dorast, talış dilində dorost, müasir Azərbaycan dilində dürüst, bir sözlə, doğru ağıl, ağlı doğru, huhta - səsi, sözü doğru, doğru səs, doğru söz, hvareşta, hvareş - hərəkət, (talış dilində) hərəkəti, əməli doğru, doğru hərəkət, doğru əməl kimi başa düşülməlidir. Bu üç sözün kökündə həm də tanrı adı olan Hu vardır.

Arian Vaejah "Avesta"da ariya ərazisi kimi təqdim olunur. Arian - Ariya, Voejah, talış, gilək dilində oradakı yer, ərazi kimi başa düşülür. İndi belə bu Ariya ərazisi, Ariya ölkəsi kimi anlaşılır. Voejah, vəyjoh, joh talış dilində oradakı yer, ja, jai giləkcə yer, ərazi deməkdir. Hlmut Humbax və digər tədqiqatçılara görə Vaejoh sürətli hərəkət, Meri Boysa görə isə Arian Voejoh sonradan mətnə əlavə olunub. Tədqiqatçılar ümumiyyətlə Voejoh sözünün mənasını anlamadıqlarını etiraf etmişlər. Cerardo Noli, Maykl Vitsel Vaejahı Hindistanda, Braqinskiy Amudərya, Sırdərya arası və Pamir, Hindquşda, Dyakanov daha geniş ərazidə Orta Asiya və Şərqi İranda olduğunu yazırlar. Ancaq Ariyan Voejah Midiya daxil olmaqla bütün İran, Azərbaycan, Xəzər dənizi sahilləri, Orta Asiyanın cənub ərazilərini, hətta şimali Mesopotamiya və Suriyanın şimal hissələrini, Əfqanıstanı, Pakistanı, Hindistanı əhatə edirdi. Çünki Hind vedalarında Hindistanın ariya torpağı olduğu açıq - aydın bildirilir. "Avesta" da vacib, gərəkli məqamlardan biri də Zərdüştə tanrı tərəfindən müəyyən mətləblərin sözlə ifadə edilərək Hvarnoda verilməsidir ki, buna da vəh-vi daena deyilir. Vəh - vot - deyilən (talış dilində), vi - vində - görünən (talış dilində), vəh - vızov - çağırış (rus dilində), vi - vid, vidna - görüntü, görünən (rus dilində), daena - dadən (fars), dodən (talış), doyuşiy (rus) dillərində verilən mənasını verir. Əslində Vəh-vi daena - Aydıngörmə ilə deyilərək verilən və yaxud Vəh-vi daena Məzdayasna - Vəhylə verilən Məzda dini kimi təqdim etmək daha doğrudur. Bu vəhy əlbəttə, peyğəmbərin ruh halı dəyişərkən, aydın görənlər kimi gələcəyi görərkən tanrı ilə rabitə vaxtı ona verilirdi. Bu vəhy vaxtı müəyyən görmələr olurdu, bu da çox əhəmiyyətli idi. Ahura Məzda Zərdüştə çox uzunmüddətli axtarışlarından, əzab və işgəncələrə qarşı səbir, dözüm, mətanət və digər iradi keyfiyyətlər göstərdikdən sonra açıldı. Uzun illər boyu Zərdüşt öz iç dünyasını dəyişdi. Tanrı haqqındakı fikir və düşüncələrində yeni, inqilabi bir era açdı. Mənbələrə görə peyğəmbər onu düşündürən suallara cavab almaq üçün tanrıdan müəyyən mətləbləri soruşur və tanrı da bütün cavabları verir. Hətta iddia edilir ki, bu vaxt o, tanrını gözləri ilə görürdü və tanrı işıq topası kimi parlayırdı. Bu görüşlər yeni dinin, Məzda dininin təməlinin qoyulmasında, onun təşəkkül tapmasında mühüm rol oynayırdı. "Avesta"da  bu görüşlərə "hanjemona" deyilir. Hansı ki talış dilində han - yuxu, jemon - yaşayış, yaşamaq, yəni yuxu həyatı kimi xarakterizə olunur. Bundan belə nəticəyə gəlmək olar ki, peyğəmbər Allahı heç də adi həyatda yox "hanjemonada", yəni yuxuda, yuxu həyatında görərdi: Həqiqətən, bu günə qədər heç bir peyğəmbər Allahın üzünü görməmişdir. Zərdüştdən sonra bir çox peyğəmbərlərə vəhy gəlmiş və sonuncu müəzzəm peyğəmbərlər Məhəmməd (əlhs)-ma Quran vəhylə nazil olmuşdu.

Haoma Zərdüşt təlimində qadağan edilməyən, əksinə lazım hesab edilən, bitki və südün qarışığından hazırlanan içki növüdür ki, zəka və yaradıcı gücü daha da artırmaq üçün istifadə edilirdi. Haoma indi xama, xoma kimi dilimizdə işlədilir. "Avesta"da Qatlar - dini nəğmələr, Yasna - oxumaq, haiti nəğmə bəndləri olduğu üçün, əslində haoma, - ha-oma kimi (talış dilində), nəğmədən əmələ gələn içki mənasındadır. "Avesta"da bir çox dağ adları var ki, bəzilərini tərcümə etmək hələlik mümkün görünmür, bəzilərinin tərcümələri isə səhvdir. Ümumiyyətlə Zəmyaştda bir çox dağ adları sadalanır ki, bunların başında Xara Bərəzəyti gəlir. Xara - Hara (rus dilində Qara) dağ deməkdir, Bərəzəyti isə uca mənasında işlənmişdir. Talış dilində indi də ucaya bərz, bərzə, fars dilində isə bolənd deyilir. Yəni talış dilində Bərzə Hara, fars dilində isə Bolənd Hora. Burada Bərəzə Səvanqı, yaxud Bərəzə Səvanı - uca Səvan (talış dilində sə - baş, van - qarlı) Uca Savalana aid etmək olar. Çünki Səblan - sə - baş, blan - uca, sə - baş, va - qar, lan - yuva, Savalan kimi dilimizdə işlənir və başı qar yuvası anlamını verir. Upairisaena da dağ adıdır ki, əfsanəvi Simurq quşu kimi tərcümə olunmuşdur. Simurq fars dilində otuz quş deməkdir. Ancaq Upairi talış dilində pərə, uçan, Saena isə Qızıl quş, yəni uçan Qızılquş dağları deməkdir. Kim bilir, bəlkə bu dağlar qartal yuvası olduğu üçün belə adlanırdı. Diqqət cəlb edən digər bir dağın adı Vaiti Qaesadır. Adı düz tərcümə olunmasa da va külək və qar (talış dilində), Qaesa - inək başlı (talış dilində), yəni küləkli, qarlı inəkbaşlı, öküzbaşlı dağlar kimi təqdim olunmalıdır Usida. Usidarna dağları haqqında məlumatda deyilir ki, bu dağlar İranın şərqində Sistan vilayətindədir ki, indi Kuhe Qoca adı ilə tanınır və guya ki,  onun ətəyində Xamun, "Avesta"da Kasaoy, sonralar Kansava kimi məşhur olan , həm də Zərdüştün bütün ailəsini mühafizə edən göl vardır. Əslində Zərdüşt dövrünə aid bütün hadisələrin İran şərqinə, Əfqanıstana köçürülməsi kökündən yalnışdır. Əslində Uşida, Uşidarna (talış dilində) Yinbaton deməkdir. Bizə elə gəlir ki, Kansava gölü bir simvol kimi uca dağ başında qərar tutmalı idi ki, insanlar onun müqəddəsliyinə inansınlar. Savalan dağının ən uca zirvəsində 4800 metr hündürlükdə bir göl var. Kan-sa-va, Kan-sə-vo, yəni başı qar məkanındakı göl. Və yaxud bu göl Kaspi - Xəzər dənizi ola bilər. Çünki Zərdüşt göstərir ki, müqəddəs Hvarno əslində Vorukəş dənizin əhatəsindədir ki, orada Tanrıdan vəhy alır. Vo - külək, yel ru - çay, kəş - qol (talış dilində) deməkdir. Yəni küləkli, çoxlu qolları olan dərya, dəniz mənasını verir. Fars dilində küləyə bad, çaya rud, qola şaxə deyirlər. Vorukəş tərcümələrdə çoxlu körfəzləri olan dəniz kimi verilmişdir. Zərdaza - Sarıbaşlı, Ərəzura - Ərzurum, Zəngəzur, Ərzişo - Ərəz - Araz, Vişava - Şirvan, Asnavant - Dəmirçi - Dəmirağac kimi adlar Qafqaz ərazisindədir. Əsas mətndə Qaokerna (ağac adı),Vəhrkana, Verkona (ərazi, ölkə) kimi verilən, indi isə Hirkanya, Hirkan adlanan, Xəzər dənizinin Talış dağlarından başlayaraq, cənub sahilləri boyunca Gilan, Mazandaran, Gülüstanı əhatə edən böyük bir ərazi Zərdüşt dininin əmələ gəlməsi və möhkəmləndirilməsində mühüm rol oynamışdır. Zərdüşt on il mağarada yaşayarkən hər gün sübh çağı günəşin Vorukəş - Hirkan, Kaspi - Xəzər dənizindən doğmasına tamaşa edər və deyərdi: - Ey böyük işıq, sən kimə gərək olardın biz olmasaydıq. F.Nitseyə görə Zərdüşt peyğəmbər məqamına çatmadan öncə Ələon dağında mağarada uzun müddət yaşamış, hər gün günəşin doğuluşuna bu dağdan tamaşa edərdi. Bu bir təsadüfmü, bilmirəm. Ancaq indinin özündə belə Talış dağlarının ən uca zirvəsinə Kömürgöy (Qəmərkuh), zirvənin ətrafındakı yaylağa isə Əlo yaylağı deyirlər. Bu yaylaq dəniz səviyyəsindən 2400 - 2450 metr yüksəklikdədir. Burada möhtəşəm Oğlan və Qız qalaları olmaqla geniş bir mağara da qərar tutur. Məncə, Vəhrkana, Verkana dumanlı məkan, şimal ölkəsi deməkdir. "Avesta"da tez-tez adı çəkilən Xukariya ariya torpağının ən yüksək zirvəsi kimi xatırlanır. Həm də Xukariya təmizliyin və müqəddəsliyin timsalıdır. Torpağa fars dilində xak, talış dilində xok deyilir. Ariya torpaqları arasında Mouru Pouru kimi geniş ərazilərdə də arilər yaşamışlar. Ana, ataya mazandaran dilində mar, per, talış dilində mo, pə deyilir. Əslində Mouru, Pouru Ana, Ata ölkəsi kimi tərcümə olunur. Ən çox müqayisə doğuran səbəblərdən biri də tədqiqatçıların "Avesta"da göstərilən bütün çayların Şərqi İran, Orta Asiya və Əfqanıstanda olmasını təsdiq etməsidir. Pəhləvi dilində sonradan təkrarən yığılıb hazırlanan "Avesta"da Adurbadaqanda - Azərbaycanda olan bir çox dağ, çay, göl adları verilmişdir. Bunlar, məsələn, Savah - Savalan, Siyakomand - Siyahkuh, yəni Qaradağ, Astaradakı Siyoku, Hoşdodsar - Həstatsər - Qaradağda zirvə, Aqarz - Əhər, Spedrud - Qızılüzən, Kour - Kür, Arazi - Araz, Tue dağlarından axan Kaspi çayı, Tue dağlarında Suvar gölü və başqalarıdır.

"Avesta” ya görə kainat üç min il ancaq ruhi aləm kimi mövcud oldu. Yəni maddi olan heç bir şey yox idi: Yalnız üç min ildən sonra Ahura Məzda kainatı – planetləri, ulduzları və başqa göy cisimlərini yaratdı və onlara hərəkət verdi.

İndi isə ilk insanın yaradılması haqqında. Zərdüştə görə, Ahura Məzda özünü şeytana qarşı gücləndirmək üçün canlı yaratmaq qərarına gəldi. Lakin ilk insandan çox-çox əvvəl o, mələkləri yaratdı, kainatın idarə olunmasını onlara tapşırdı. Əlbəttə, bitkilər yaradılandan sonra ilk heyvan olaraq Qao – öküz (fars d. Qaf, talış d. Qo, kilək d. Qaf, mazandaran d. Qu, hind sanskrit d. Qo, rus d. bık, karova) və Mərt – kişi (Fars d. mərd, talış d. merd, gilək d. mürd, mazandaran d. mərdi, rus d. mujçina) yaratdı. Lakin Qoo və Mərt Ənhra Man tərəfindən öldürüldü. "Avesta”ya görə, ilk insanın uzunluğu və eni bərabər olmuşdur. Ənhra Man iki başlanğıcı yaradan Zurvandan – güc, qüdrət sahibi olan əbədi zamandan  möhlət istəmiş və Zurvan ona doqquz min il möhlət vermişdi. Ənhra Man da bu möhlətdən istifadə edib Ahura Məzdanın bütün yaratdıqlarını məhv etmək istəyirdi və buna görə də Tanrı ilə mübarizəyə başladı. Lakin tanrı tərəfində təkrarən Mərtyə (kişi) və Mərtyənaq (qadın) yaradıldı. Əlbəttə, Ahura Məzda onları Hindistandan Orta Asiyaya, Çin sərhədindən Qafqaz dağları və Dəclə, Fərat çayları sahillərinədək olan ariya torpağından yaratdı. Bu "Avesta”da təsdiqlənir. Zərdüştə görə yaradılan ilk insanlar heyvanlardan fərqlənsələr də bəsit ağıla malik idilər. Buna görə də şeytana uyduqları üçün cəhənnəmə düşdülər. Lakin Ahura Məzda Mərtyə və Mərtyənaqı təkrarən yeni həyata qovuşdurmaq üçün cəhənnəmdən çıxartdı və əlli ildən sonra onlar evləndilər. Birinci doğulan əkiz uşaqlarını yedilər. Sonra oğlan və qız olmaqla yeddi əkiz uşaqları oldu. Onlar yüz ilə qədər yaşadılar. Nəsilləri artdı, dünyanı bürüdü. Zərdüştə görə, bütün xalqlar bu iki insandan yaranmışdır.

Zərdüştün nəsil şəcərəsi belədir. Mərt, Mərtyə, Siyamak, Fravak, Xaoşyanq, Taxma Urupi, Yima – Cəmşid, Atviya, Traytaon, Cajri, Aria, Manicehrq, – Arianın qız nəvəsi Durospov, Airik, Niyazem, Vaedişt, Spitama, Hardvar, Arecadharşn, Paetrasp, Cixnuyş, Haedcadasp, Uruqdhasp, Padipaqtapasp, Poruşasp, Zərdüşt.

Zərdüştlə yeni era başlandı. Xeyir və Şər ayrıldı. Ariyalıların tarixindən məlumdur ki, onlar yarımköçəri həyat sürmüşlər və onların təsərrüfatlarında əsas rolu heyvandarlıq oynayırdı. Əsas ev heyvanları iribuynuzlu mal-qara inək və öküz idi ki "Avesta”da Qao adlandırılır. Qoyuna pəs, qoyunlara pəson (fars, gilək, mazandaran dillərində müvafiq olaraq qusufənd, qusefənd, qosfənd, talış dilində pəs, pəson) keçiyə az (müvafiq dillərdə boz, buz, bez, biz) itə spə, itlərə spon (talış d. spə, spon, müvafiq dillərdə səq, sıq, sək, rus dilində sobaka) suya ov (talış d. ov, müvafiq dillərdə ab, ob, o, u, rus dilində vada) evə dam (rus dilində dom, müvafiq dillərdə xanə, xana, sere, talış dilində kum, kə, kəbə) deyilir ki, indi də Zərdüştün Nəqşi Rüstəmdə olan məbədi Kəbəyi Zərdüşt – Zərdüşt evi, Yəzddə olan, atəşevi də atəşqədə adlanır. Qədim ariya dilində astra – ulduz, va, vo, vaiti – külək, yel, qar, sə, sa – baş və digər rast gəldiyimiz sözlər var ki, indi də onlar talış dilində eyni mənanı bildirir. Fars dilində ulduz – setore, külək – bad, qar – bərf, baş – sər kimi işlənir. "Avesta”da vərəzona – vərəsə, mahra – məntər, dua, tiş – tij, zainti – zənd ifadələri olduğu kimi talış dilində işlənir. Zainti rus dilində znanya, Harahvoiti – Qarlı Hara (talış d. Haravoa), asta – sümük (talış d. astə, rus d. kost), paiti – ata (talış d. pə, rus d. papa, fars d. pedər), asmo – asiman, göy (talış d. osman, fars d. asiman, rus d. neba), Paradata – sülalə adı (talış d. doğru olan ata yolu), Puruşaspa (talış d. Pərəşəaspo – uçan atlı), Viştaspa (talış d. Vitəaspo – yürüyən atlı) kimi başa düşülməlidir. Maraqlıdır Zərdüştün anasının adı Dohdo, arvadının adı isə Hvov idi. Bəzən Hvov farsca xavər, talışca hov, hova sözlər ilə eyniləşdirilib bacı mənasında işləndiyi bildirilir. Adəmin Həvvası da onun qabırğasından yaradılıb, deyirlər. Bizə elə gəlir ki, hvov xeyir suyu deməkdir. Həm də Zərdüşt dinində ilk qadının ilk kişinin qabırğasından əmələ gəldiyi təsdiqlənmir. Dohdo sözünü izah etmək üçün elə bir çətinliyimiz olmadı. Çünki indi də cənub bölgəsində anaya hörmət mənasında talış dilində Dodo və yaxud İnə deyilir.

Doh – ağac, do – bar verən deməkdir. Yəni bar verən ağac. Zərdüştün qızlarının adı Frini, Triti və Poruçistadır. Frinin talış dilində bacarıqlı, Triti – Titi, – təmiz, Poruçista – Poreşışta, – lələyi yuyulmuş, rus d. çistaya kimi anlaşılmalıdır. Oğlanların adları Urvatat Nara, Hvara – Çitra, və İsat – vastra idi.

Qatlar "Avesta”nın ürəyidir desək, səhv etmərik. "Avesta”da Qatlara Qaha deyilir ki, tərcümələrdə dini nəğmələr kimi verilmişdir. Tərcümə düz olsa da, Qatların ruhunu əks etsə də, əslində Qaha – Qa, Qo – güşə, ha – cəm şəkilçisi yerində işlənir, yəni guşələr. Talış dilində qo, qah, Azərbaycan dilində gah – guşə deməkdir ki, muğamımızın kökündə, mayasında belə o vardır. Güman edirik ki, üç min ildən yuxarı tarixi olan Qatlar ilk muğamlar idi ki, maqlar oxuyardı. Məsələn, Çahargah, Segah, Dugah, Xanəgah, Digah, Səcdəgah, Pənahgah və sairə Qatlar çox qədim dövrlərə aid olub dini mahiyyət daşıyan, ilhamla oxunan on yeddi poetik nəğmədən ibarət olub ən çox məbədlərdə oxunardı. Onlarda olan dərin məna, xüsusi avazla, gözəl səslə oxunma, əlbəttə, dinləyən insanlara öz dərin təsirini göstərərdi. Bu nəğmələr Zərdüşt peyğəmbərin tək Allah olan Ahura Məzdaya müraciətidir ki, bədii dildə ifadə olunmuşdur. Qatlar beş qrupda birləşdirilmişdir. Təbii ki, bu qruplaşdırmada Qatların xarakterik xüsusiyyətləri nəzərə alınmışdır.

Ahunavaiti Qatı yeddi nəğmədən ibarətdir. "Avesta”da Ahunavaiti Qaha kimi verilmiş və həcminə görə ən böyük həcmli güşəgir ki, tanrıya həsr olunmuşdur. Bu nəğmələrlə insanlar sanki tanrı ilə rabitə yaradır, onun böyüklüyünü, ədalətini vəsf edir və istəklərini izhar edirlər. Ahunavaiti (talış d. Ahunavote) Tanrıya xitab, Tanrıya deyilən Qaha – guşə, muğam guşəsi kimi xarakterizə olunmalıdır. Bu Qatda Ahura Məzdanın öz yaratdıqlarına gözəl həyat, işıqlı gələcək verəcəyindən bəhs edilir ki, bu da sonralar yaranmış bütün dinlərə öz təsirini göstərmiş və dini kitablarda öz əksini tapmışdır.

Uştavaiti Qatı dörd nəğmədən ibarətdir ki, "Avesta”da Uştavaiti Qaha kimi verilmişdir. Doğru olana, gözəl mühitə, alicənab dövrana, yüksək insanlığa, insani keyfiyyətlərə, xeyirxahlığa həsr olunmuş nəğmələr guşəsidir ki, əlbəttə, muğam üstə oxunmuşdur.

Spəntə Mainyu Qatı dörd nəğmədən ibarətdir. "Avesta”da Spəntə Mainyu Qaha kimi verilmiş və kifayət qədər iri həcmli guşədir ki, Ağ və yaxud Müqəddəs ruha həsr olunmuş nəğmədir. Spəntə (mazandaran dil. espe) Ağ və yaxud Müqəddəs, Main – ruh, mayadır ki, bu Qat tanrı ruhuna həsr edilən nəğmədir, himndir.

Vohuxşahra Qatı bir nəğmədən ibarətdir ki, insanlara gözəl həyat bəxş edən, onları hidayət və himayə edən xeyirxah tanrı hakimiyyətini, ümumiyyətlə xeyirxah və ədalətli hakimiyyəti vəsf edən bir nəğmə, bir himn, bir guşədir.”Avesta”da Vohuxşahra Qaha kimi verilmişdir. Vohu – Tanrı, xşahra – hakimiyyət, Qaha guşədir. Yəni xeyirxah Tanrı hakimiyyəti haqqında nəğmə. Xşahra – hakimiyyət sözündən sonralar şah sözü əmələ gəlmişdir.

Vahiştaişti Qatı bir nəğmədən ibarətdir ki, "Avesta”da Vahiştaişti Qaha kimi verilmişdir. Edilən tərcümələrə görə xeyirxahlığa, yaxşılığa doğru çalışmaq, hərəkət etmək kimi anlaşılır. Əslində Vahiştaişti (talış d. Vəşt) cənnət, Qaha guşə deməkdir. Cənnətə həsr olunmuş nəğmə, cənnəti vəsf edən nəğmə kimi başa düşülməlidir. Unutmaq lazım deyil ki, müasir fars dilində cənnətə beheşt deyilir. Bəzən Vahişta, sözündən əvvəl aşa – həqiqət sözü işlənir və birlikdə mənaları Aşa – Vahişta Həqiqi cənnət anlamını verir. Talış dilində Həşə Vəşt kimi işlənir. Zərdüşt dinində ilk dəfə olaraq Xeyir və Şər ayrıldı. Xeyirxah doğru əməllə məşğul olanlara Vahişta – Cənnət vəd edilir. Yəni insanlar savab qazanıb Cənnətə gedə bilərlər.

"Avesta” da cəhənnəmə duzahu deyilir. Farsca cəhənnəmə dozax deyilir. Əslində "duzahu” sözünün kökündə du – yalan sözü dayanıb ki, indi belə talış dilində yalan deməkdir. Ümumiyyətlə "duzahu” yalan, hiylə kimi tərcümə olunur. Necə ki, Zərdüşt savab qazananlara cənnət vəd edirdi, gunah edənlərin, yalançıların, hiylə satanların cəhənnəmə düşəcəyini bildirirdi. Həm də insanların cənnətə, cəhənnəmə düşməmişdən əvvəl imtahandan keçəcəyini bildirirdi. Qatlar 11, 12, 14, 15, 16 və 19 hecalı şeirlərdən ibarətdir.

Cənnət və cəhənnəmə düşmə, axırzaman, yer üzündə həyatın sonuclanması kimi yəhudi, xristian və islam dinində verilən konsepsiya nisbətən oxşardır və sonluq heç də ürək açan görünmür. Ahura Məzdanın təlimində də insanların savab və günahlarının hesablandığı bildiriblər. Lakin Zərdüşt ondan sonra daha üç Səoşontın (başa çatdıran, xilaskar) gələcəyini bildirir. Bu xilaskarlar İblislə mübarizə edəcəklər. Sonda Sraoşa Sr-oj (sirləri açan) günahkarları dindirəcək. Bütün savab sakinləri  cənnətə gedəcək. Günahkarlar cəhənnəmə göndəriləcək. Cəhənnəmə göndərilənlər əridilmiş metal suyundan keçəcək. Sonda bütün insanlar – hər kəs süd gölündə çimib təmizlənəcək. Bundan sonra Səoşyant tərəfindən İblis məhv ediləcək və cəhənnəm dağıdılacaq. Yalan və Şər aradan qalxacaq. Bəşəriyyət işıqlı gələcəyinə Ahura Məzdaya tapınmaqla gedəcək. Bununla insanlığın tarixində yeni era başlayacaq.

Eramızdan əvvəl 670 – 550-ci illərdə mövcud olmuş Midiya dövləti haqqında Herodot yazır, – Bütün mühakimələrə görə ari onların öz adıdır. Müqəddəs yazılarda Midiya ölkəsinə Ariya ölkəsi deyilir ki, bu "Avesta” dilində Ariyanam Dahyunam adlanır. Ariya – nam (talış, fars, gilək dil.) ad, dahyu – dih (talış d. kənd, deh – fars, gilək d. kənd) anlamında işlənir. Ariyanam Dahyunam Ariya kəndi, Ariya ölkəsi kimi tərcümə olunmalıdır. Midiya dilinin varisləri, kimi talış, kürd, gilək, təbəri, tat  və digər dillər qalıb.



Категория: Talış tarixi | Просмотров: 3057 | Добавил: admin | Рейтинг: 4.4/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus