Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Azərbaycan prezidenti administrasiyasının başçısı niyə ölkənin köklü xalqlarını dəfn etmək istəyir?
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
Новрузали Мамедов
Talış batalyonları Qarabağ müharibəsində (Sənədli kadrlar internetdə)

Statistika

Главная » 2012 » Январь » 21 » Talış dili haqqında bəzi qeydlərim (yazının tam mətni)
15:15
Talış dili haqqında bəzi qeydlərim (yazının tam mətni)
Talış dili haqqında son zamanlar tədqiqatlar artsa da, təəssüflə qeyd edilməlidir ki, bu elmi səviyyədə deyil (Bir-iki nümunəni çıxmaq şərti ilə, məsələn prof. Ə. Rəcəblinin "Talış dilinin fonetikası” və s.). Tədqiqat aparmaq istəyənlərin həvəsini nəzərə alaraq məsləhət etmək olardı ki, ilkin olaraq əldə olan kitablar yenidən nəşr olunsun, və yaxud başqa dillərdə olan əsərlər tərcümə olunsun. Ən azından ona görə ki, bu sahə ilə məşğul olanlar onlardan yararlana bilsinlər.

Təəssüflər olsun ki, bizim ziyalılarımız bunu etməkdənsə, nədənsə özləri kitab yazmaq eşqinə düşürlər, bəlkə dilçiliyin çox asan elm olduğunumu düşünürlər və yaxud bunda başqa bir ilahi sirri var, deyə bilmərəm. Amma fakt faktlığında qalır ki, əvvəlki kitabları qismən də olsa yenidən çap edənlər də ora "düzəlişlər” edir, öz bildiyi kimi redaktə xarakterli əlavələr edirlər. Məsələn, Millerin topladığı mətnlərin bir neçəsinin verildiyi "Nəğılon” ("Nağıllar”) kitabında nağılın dili dəyişdirilir, felin zamanlarına müdaxilələr olunur. Axı tarixi materialları dəyişmək, ora əlavələr etmək ən azı günahdır. Əgər Milleri bəyənmiriksə, özümüz nağıl yığıb, çap edək də, daha dəyişmək nəyə lazım? Miller kimi dahi alimi "savadsızlıq”da ittiham ediriksə (mən Millerin yazdıqlarına müdaxiləni başqa cür izah edə bilmirəm), heç olmazsa, onun bildiyinin və ya talış dili üçün etdiyinin 10 faizini edək.

Başqa bir misal, talış dilində yazan şairlərin şeirləri yığılan materiallar nəşr edilərkən ora da müdaxilələr edilir, Məsələn, Vəlişah yazır: "Votdəş toloş behişte”, naşir behişt sözünü "vəyışt” sözü ilə əvəzləyir. Görəsən belə yersiz müdaxilələrə ehtiyac varmı? Bundan sonra o, öz şeirlərinin çapına icazə verəcəkmi? "Ədəbi dildə belə olmalıdır” – fikrini mənə kim izah edə bilər?

Bundan əlavə talış dilində 30-cu illərdə talış tədqiqatçıları tərəfindən bir sıra kitablar nəşr olunmuşdur ki, bunların bir qismi də talış dilinin qrammatikasına həsr olunmuşdur. Bir qisim kitab isə sırf dünya ədəbiyyatının talış dilinə tərcüməsindən ibarət olmuşdur. Lakin, Stalinin akademik Marrın tənqidinə həsr etdiyi məlum məqalədən sonra, keçmiş SSSR-də kiçik xalqlara qarşı repressiyalar başladı və nəticədə rus şovonistlərinin hazırladığı planın bir hissəsi olaraq bir çox xalqlara, o cümlədən talış xalqına və dilinə qarşı başlanan repressiya nəticəsində "talış" adının çəkilməsinə belə qadağa qoyuldu. Bununla belə artıq 37-ci ilə qədər talış dilində onlarla bədii kitab, orta məktəblər üçün isə dərsliklər çap edilmişdi. Lakin məlum səbəblərdən bu proseslərin hamısı yarımçıq qaldı.

İndiki halda o kitabların yenidən çapı daha doğru olardı. Bu həm də bizim ziyalılarımızın ədəbi dil haqqında mübahisələrinin bir qədər səngiməsi ilə nəticələnərdi. Amma yaxşı olardı ki, bu kitablar olduğu kimi, çap olunsun, daha "mən belə fikirləşirəm” olmasın. İkinci tərəfdən bu həm də kitabların yenidən hazırlanmasına sərf edilən vaxta və pula qənaətdir. Nədənsə, hamı bu fikri qəbul edir, amma əməli işə gələndə, hamı qaçır. Dəfələrlə demişəm, yenə də deyirəm: tədqiqat üçün o vaxt yazılan orta məktəb dərsliklərinə ehtiyacım var. 30-cu illərdə çıxan "Talış dili” dərsliklərindən kimdə varsa, mənə bir nüsxəsini göndərsin, amma, çi fayda, dediyim özümə qalır. Bilirəm ki, yenə də belə olacaq.

Doğrudur, uzun axtarışlardan sonra 37-cı ildə orta məktəbin 5-ci sinfi üçün hazırlanmış "Ədəbiyatə xrestomatiya” (Ədəbiyyat müntəxəbatı) kitabını əldə etmişəm. O kitabı da hissə-hissə redaksiyaya təqdim edəcəyəm ki, lazım bilinsə, çap edilsin. Amma məncə, hər şeydən əvvəl klassiklərin, eləcə də müasir yazarların əsərləri talış dilinə tərcümə edilməli və yeri gəldikcə qəzetdə də çap edilməlidir. Anardan etdiyim bir tərcüməni də redaksiyaya göndərəcəm ki, onu da məsləhət bilsələr çap edərlər.

Qrammatika məsələsinə gəldikdə isə, ilk olaraq şübhəsiz cümlədə söz sırası məsələsinə toxunmaq istərdim. Çünki son zamanlar təxminən 3-4 il bundan əvvəl talış ziyalılarının bəziləri haradansa belə bir qənaətə gəldilər ki, talış dilində cümlə əvvəllər CVO – yəni "Mübtəda, xəbər, ikinci dərəcəli üzvlər” konstruksiyasında olmuş sonradan isə türk dillərinin təsiri ilə bu COV – yəni "Mübtəda, ikinci dərəcəli üzvlər, xəbər” konstruksiyasına keçmişdir. Etiraf edim ki, mən də əvvəllər bu fikrin tərəfdarlarından biri kimi çıxış edirdim və hətta özümün "Dillərarası əlaqələr və dillərin inkişafı məsələləri” adlı namizədlik dissertasiyamda bu məsələyə toxunmuş və bunu Azərbaycan dilinin təsiri ilə talış dilində yaranan hal kimi dəyərləndirmişdim. Lakin, sonrakı tədqiqatlarım bunun əksini sübut etdi. Cümlədə söz sırası barəsində apardığım tədqiqatlara heç şübhəsiz, mərhum Ə.Sadıqovun "Talış dili” kitabı ilə başladım. Çünki bir çox məsələlərdə Əvəz müəllim öz sələfləri ilə razılaşmır və bəzən ziddiyyətli fikirlərin yaranması üçün zəmin rolunu oynayır (Bu barədə bax: Məsdər). Bu kitabda, cümlədə söz sırası məsələsinə xüsusi olaraq toxunulmasa da, verilən nümunələrdə xəbərin sonda gəldiyi aşkar sezilir. Sonra Əbülfəz müəllimin "Talışlar və talış dili” kitabının sintaksis bölməsin bir daha oxudum. Onda da yeni bir şeyə rast gəlmədim. Çoxlarına hələ tanış olmayan, lakin adına görə "orada bir şey yoxdur, bir şivəni tədqiq edib də” deyərək ağzını büzdüyü, amma Millerdən sonra talış dili haqqında yazılan ən sanballı əsər olan Novruzəli Məmmədovun "Talış dilinin Şüvi şivəsi” adlı dissertasiyanı bir daha nəzərdən keçirtdim. Sonra rus dilində yazılan kitabları vərəqlədim. L. Pireykonun lüğətinin sonunda "Talış dilinin qısa qrammatik oçerki” hissəsində də eyni halla rastlaşdım. Ən nəhayət B.Milleri yenidən oxudum. B.Millerdən sitatı olduğu kimi yazıram.

Порядок слов простого предложения: Обычно сказуемое замыкает (qapayır, bağlayır) предложение как в номинативных, так и в эргативных построениях. Tərcüməsi: "Adətən xəbər həm nominativ, həm də erqativ düzülüşdə cümləni qapayır”. Номинативный строй: az ıştı gi bajem, asp aspi batırne, çokə tənü nün bapate. Эргативный строй: İbrahimi ə nün aşe. Pia merdi a behüştüri e-kaşe. Mı çavon lübüt bıriame, mı çiçim karda?

Göründüyü kimi, Miller açıq-aydın yazır ki talış dilində xəbər bütün hallarda sonda gəlir.

Digər tərəfdən dil, anlaşıqlı, sadə, başa düşülən olmalıdır. Əgər sizin yazdığınızı özünüzdən başqa heç kəs başa düşmürsə, o kimə və nəyə lazımdır? Axı hansı kitabda yazılıb ki, guya talışlar 1000 il əvvəl belə danışırmış, indiki talış ziyalıları da buna qarşı çıxır. Xalq necə danışırsa, qoy danışsın. Ədəbi dil isə xalq dili əsasında formalaşmalıdır. Hətta bəziləri bunun üçün nəzəri baza hazırlayır, özündən tipoloji bölgülər düzəldir. İnternetdə informasiya yayır ki, guya belə danışanlar hələ də xalq arasında qalır və bizdə o materiallar fakt şəklində var, amma "o kasetlərə ancaq özləri qulaq asa bilərlər, yoxsa kasetə göz dəyər”.

Nəzəri ümumiləşdirmələr dövrü çoxdan keçib. Dillərin tipoloji bölgüsü prinsipləri morfoloji əsasda aparılır yoldaşlar. Hansı kitabdan götürdünüz ki, dil tipi mübtəda və xəbərə görə müəyyənləşsin?

B.Millerin hələ XX əsrin əvvəllərində talışın bütün ərazisindən yığdığı materiallardan açıq-aydın görünür ki, (Bax: Б.В.Миллер «Талышские тексты») cümlədə xəbər, əsasən sonda gəlir. Mənim də ən əvvəl özümə borc bilib, bir daha nəzər yetirdiyim kitab da elə o oldu. Çünki, bizim əlimizdə başqa yazılı mənbə yoxdur. Əgər varsa da, məndə yoxdur. Əgər kimdəsə varsa, zəhmət deyilsə, bizə də göndərin. Qabaqcadan minnətdarlığımı bildirirəm. (Qeyd üçün onu da deyim ki, redaksiyaya göndərdiyim 37-ci ilin kitabında da açıq-aşkar xəbərin sonda işləndiyi görünür, digər mənbələr varsa mən onları da oxumağa hazıram).

Digər məsələyə gəlincə, İran dilləri haqında Rusiyada nəşr edilən 5 cildlik "İran dilləri” kitabında isə demək olar ki, sintaksisə toxunulmur. Yalnız Avesta dili və qədim fars dilindən danışarkən S.Sokolov cümlə quruluşu məsələsinə toxunur və bu vaxt bu dillərdə cümlədə söz sırasının sərbəst olduğunu yazır, onun "Авестийский язык” (Avesta dili) kitabında oxuyuruq: "Порядок слов в предложении, как это естественно для языка с богатой флексий, достаточно свободен, и связь слов определяется лишь по морфологическим признакам” tərcüməsi: "Cümlədə söz sırası kifayət qədər sərbəstdir, necə ki, bu, zəngin fleksiyaya malik dil üçün təbiidir və sözlərin əlaqəsi yalnız morfoloji əlamətlərlə müəyyənləşir”.  S.Sokalov qədim fars dilində isə, artıq xəbərin sonda işləndiyini qeyd edir və misallarla fikrini əsaslandırır. "Порядок слов достаточно свободен, хотя чаще он таков: обстаятельство (относящееся ко всему предложению) подлежащее-обьект-сказуемое”, tərcüməsi: "Söz sırası kifayət qədər sərbəstdir, amma tez-tez o belədir: zərflik (bütün cümləyə aid olan) mübtəda¬ – tamamlıq – xəbər;” sitat: "avadā adam auramazdām ayadaiy”, tərcüməsi: Əyo (avadā) az (adam) Ahuramazdəm (auramazdām) bə yod dənoe (ayadaiy) (Qədim fars dili).

İran dilləri ilə bağlı yazılan, digər bir kitabda isə oxuyuruq: "Порядок слов в предложении, судя по древним текстам и по последствиям этого порядка для последующих морфологических трансформаций, был относительно свободным, но уже тогда наблюдалось тяготение к последовательности SOV”. Tərcüməsi: "Qədim mətnlərə və bundan sonrakı ardıcıllığın nəticəsi olan morfoloji transformasiyaların nəticəsinə görə, cümlədə söz sırası nisbətən sərbəst idi, amma artıq onda SOV ardıcıllığına meyl müşahidə olunurdu” (Bax: Д. Эделман «Иранские и славянские языки. Исторические отношения»). Qeyd edək ki, SOV Subyekt (mübtəda), Obyekt (Tamamlıq), Verb (Fel, yəni xəbər) mənasını verir.

İran dilləri haqqında, ingilis dilində nəşr edilən 948 səhifəlik "THE IRANIAN LANGUAGES” (İran dilləri) kitabında isə, təəssüflər olsun ki, talış dili ayrıca tədqiqata cəlb olunmayıb. Lakin bu kitabda həm qədim, həm orta, həm də müasir İran dillərindən danışılır və cümlədə söz sırasına ayrıca yer ayrılır. Diqqət edək: Qədim İran dilləri haqqında müəlliflər yazır:
Old Iranian (Qədim İran) "Word order (Söz sırası). The basic word order is verb-final  SOV – söz sırasının əsas forması-fel sondadır SOV.
Middle West Iranian (Orta Qərbi İran) The normal word order is Subject/ Agent object Verb (SOV) – Normal söz sırası Subyekt (Mübtəda), Vasitəli obyekt (Vasitəli tamamlıq), Feldir (SOV)”.

Müasir İran dillərindən olan, fars və tacik dilinə aid verilən misallara baxaq: (Ahmad) [ketāb-rā] be man dād.
(Ahmad) [ketob-ro] be man dod. (Əhməd kitabı mənə verdi). Ahmad (Ki? Mübtəda),  kitab-ra (Kitobış – çıçış? Vasitəsiz tamamlıq), be man (bəmış ¬– bə kiş? Vasitəli tamamlıq), dad (doşe – çıçış karde? Xəbər)
Bu kitabda talış dilinə genealoji cəhətdən çox yaxın olan zaza və kürd dillərinə də ayrıca toxunulur. Zaza dili az tədqiq olunduğundan, sintaksisi haqda danışılmır, amma bu dildə bəzi mətnlər verilir. Bir cümləni qeyd edim. Ellāh rāzi͞ b-o! (Yəqin bunu da başa düşmək çətin olmaz).

Kürd dilində isə söz sırası haqda yazılır:
Word order. In a declarative sentence the basic sequence of the clause is SUBJECT - OBJECT -VERB. Deklorativ (rəsmi) cümlələrdə əsas söz ardıcıllığı belədir Subyekt (Mübtəda) – Obyekt (Tamamlıq) –VERB (Xəbər).

Hind-Avropa dillərinə gəlincə, (sitatı olduğu kimi verirəm) "А. Мейе совершенно прав в том, что самостайателность слова есть основной принцип, определяющий структуру индоевропейского предложения”: tərcüməsi: "A.Meye hind-Avropa cümləsinin strukturunu müəyyənləşdirən əsas prinsip sərbəstlikdir deyərkən, tam haqlıdır.” Mənbə: А.Н.Савченко "Сравнительная грамматика индоевропейских языков”

Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, ümumiyyətlə hind-avropa dillərində, o cümlədən, İran dillərində cümlədə söz sırası hələ lap qədimdən sərbəst olmuş, sonradan isə, hələ lap antik zamanlardan, SOV – yəni, Mübtəda – Tamamlıq – Xəbər konstruksiyasına doğru inkişaf etmişdir və bunun türk dilləri ilə, xüsusən də, Azərbaycan dili ilə konkret heç bir əlaqəsi yoxdur. Doğrudur, bu sərbəstlik bəzi dillərdə, məsələn, slavyan dillərində saxlanılsa da, İran dillərində, o cümlədən, TALIŞ dilində SOV – yəni Mübtəda – Tamamlıq – Xəbər konstruksiyası bərqərar oldu. İndi bu talış bədbəxt nə etsin ki, o xəbəri cümlənin istənilən yerində deyib, son dövrlər isə daha çox sonda deyir və bu hadisə bəlkə də min illər bundan qabaq baş verib.

Bir iki cümlə də dildə "purizm” hərəkatından yazım. Nə siz birincisiniz, nə də biz. Bu hadisələr dünya dillərinin çoxunda baş verib. Purizm dildən yad elementlərin çıxarılması, dilin təmizlənməsi hərəkatına deyilir. Hər bir hadisənin iki tərəfi olduğu kimi, burda da iki tərəf var. Yaxşı və pis. Yaxşı tərəfi ilə mən də razıyam, yəni bu söz dilin özündə olubsa, və ya hansısa dialektdə işlənirsə, çox yaxşı, qoy onu tapıb işlədək. Amma sivil yolla, yəni bu sözlərin izahı verilməlidir. Heç olmasa qəzetin hər nömrəsində və ya yazılan kitabda anlaşılmayan sözlər izah edilməlidir. Yoxsa kimsə bir sözü öz dialektində desin və iddia etsin ki, "bu söz bundan sonra belə işlənməlidir”, bu qətiyyən düz deyil. Sən sözü işlət, əgər xalq qəbul edərsə, çox yaxşı, etməzsə zorla "ədəbi dildə belə olmalıdır” iddiasını əsaslandır. Başqa bir tərəfdən, artıq bu dildə işlədilən, hamı tərəfindən qəbul edilən, ərəb, rus və türk mənşəli sözlər olduğu kimi qalmalıdır. Onların yerinə yeni sözlər icad etmək, quraşdırmaq (soxde) lazım deyil. Bəzən belə şeylərin xeyirdən çox ziyanı olur. Yenə Türkiyə variantına baxaq. (Orda bu hərəkat geniş vüsət almışdı, bu səbəbdən onlardan tez-tez misal çəkirəm). XX əsrin əvvəllərində yüzlərlə ərəb-fars mənşəli sözü dəyişərək yeni sözlər yaratmağın nəticəsidir ki, indi digər türk dövlətləri ilə ciddi anlşılmazlıqları var. Yəni, təyyarəni – uçaq, məktəbi – okul, açarı – anad, kompyuteri – bilgisayar edib nə əldə etdilər? Bu ən yaxşı halda anlaşılmazlıq yaradır.

Bəziləri yazır: Oxo qrəmatikə nin cəmati votəyon! Bə çiçe çımı boyli? Camaatın danışdığına həqarətlə baxmaq olmaz. Əslində bu bir yenilik deyil. Hələ XX əsrin əvvəllərində Ə. Ağaoğlu yazırdı ki, Azərbaycan dili (xalqın danışdığı dili nəzərdə tutulurdu) türk dilinin pozuq bir ləhcəsidir. Vaxt gələcək o ya tamam itər, ya da türk dilinin bir ləhcəsinə çevrilər. Necə də oxşar fikirlərdir, deyilmi? Əmə soxtedəmon NORMATİVƏ QRƏMATİKƏ. Yəni təyin kardedəmon tolışi zıvoni nıvıştəyə ğaydon, çəy normon. Elə onlar da bu fikirdə idi. Axırı nə oldu? Heç nə heç nədən yaranmır. Bu da səbəbsiz deyil. Səbəb isə çox sadədir. Bütün dövrlərdə belə tendensiyalar olub. Özünü ziyalı sayan, imkanlı, başqa sözlə elit sayılan təbəqə, özünü xalqdan üstün saymağa başlayır və belə qərara gəlir ki, xalq kütlədir və biz ondan fərqli bir dildə danışmalıyıq. Axı biz aristokratıq. Nəticədə xarici dillərə meyl yaranır. Necə ki, Rusiya aristokratiyasında XVIII – XIX əsrlərdə fransız dilinə meyl yarandı, indi də bütün varlılar ingilis dilinə meyl edir. Lakin millətçiliyin inkişaf etdiyi Türkiyə kimi dövlətlərdə isə yeni, xalqın dilindən fərqli dil yaradır və bu dildə danışırlar. Siz də hal-hazırda "həmnə qrammatikə soxdedəyon, çımı xosə bo”. Heç kəs özündən qrammatika "soxtə” edə bilməz. Dil yarananda onun qrammatikası da olur.

Rasim Heydərov,
Filologiya elmləri namizədi,
"Tolışon Sədo”, N: 02 (14) və 03 (15), yanvar 2012


 

Категория: Talış dili və ədəbiyyatı | Просмотров: 5299 | Добавил: admin | Рейтинг: 4.1/9
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus 
MTN-nin bir ailənin başına gətirdiyi faciə 
Журналист Гилал Мамедов пожаловался на давление со стороны полиции Баку 
Hilal Məmmədov Nizami polisində təzyiqlərə məruz qaldığını bildirib 
Rövşən Canıyevin ölümü və referendum oyunları 
Davam etməkdə olan faciələrimizin sirri nədir? 
Məhv olan Talış toplumu və dili – Mədəniyyətimizi necə qoruyaq? 
Masallıda zülüm ərşə dirənib 
Veri kəndi ətrafında minlərlə nadir növlü ağaclar qırılır