Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Март » 24 » Talış generalları: Mir Əsgər Xan Talışinski
01:31
Talış generalları: Mir Əsgər Xan Talışinski
Azərbaycanın ziyalılarından biri olan, görkəmli ictimai xadim, Talışxanovlar nəslinin parlaq nümayəndəsi, hüquqşünas, xeyriyyəçi Mir Əsgər Xan Talışinskidir.

Mir Əsəar Xan 1841-ci ildə Lənkəran şəhərində, Xan ailəsində anadan olub. Atası Azərbaycanın ilk general-leytenantı, Talış Xanı Mir Mustafa Xanın oğlu Mir Hüseyn Xandır. İlk təhsilini İranda, Nəmin mədrəsəsində, sonra isə Təbrizdə almışdır. 1859-cu ildə, 18 yaşında Lənkəran şəhərinə dönərək dövlət qulluğunda işləyib. 1873-1874-cü illərdə Lənkəran qəzasının kansler quluqçusu idi.

1885-ci ildə isə Sankt-Peterburq Universitetinin hüquq fakultəsində ali təhsil almışdır. 1890-cı ildə əla qiymətlərlə ali təhsilini bitirən Mir Əsgər Xan doğma vətənə qayıdır. Elə həmin ildə Lənkəran şəhər idarəsinin müvəkkili və tərcüməçisi təyin olumuşdu.

1894-1898-ci illərdə Lənkəran şəhər idarəsinin ibtidai təhsil rəhbəri seçilir. 1900-cu ildə ona polkovnik rütbəsi verilmiş, Vazaru (Lənkəran) cayından tutmuş Biləsuvar nahiyyəsinə kimi bütün vilayət ərazisinə Xan təyin olunmuşdur. Rus arxivlərində bu sənəd belə yazılıb: "Мир Аскер бек(хан)-Городской уполномоченный Ленкоранского городского упрощённого общественного управления".

Babası Mir Mustafa Xandan irs kimi ona catmış xanlıq titulu ilə bölgəni idarə etmişdir. Lənkəran qəzasını ədalətlə idarə edən Mir Əsgər Xan əhali arasında yüksek nüfuz və hörmətə malik olub. XIX əsrin tanınmış şairi, maarifçi, Lənkəranda fəaliyyət göstərən "Fövcül-füsəha" (natiqlər yığıncağı) adlı şairlər məclisinin rəhbəri Mirzə İsmayıl Qasir ona həsr etdiyi "Mir Əsgar Xan" adlı mədhiyyə də yazmışdır.

1909,1912 ve 1915 ci illerde Baki quberniyasinin Lenkeran bölmesinin hebsxana direktoru teyin olunur. Dövlət işində hörmət qazanan Mir Əsgar Xana Qafqaz Gömrükxana Müfəttişliyinin Astara bölgəsində gömrükxana sahəsinin inspektoru təyin olunur. 1917-ci ildə Rusiya Qırmızı Xaç Cəmiyyətinin Lənkəran Komitəsinin sədri təyin olunur.

İşinin çox və gərgin olmasına baxmayaraq o, bir rəhbər kimi bütün tapşırılan vəzifələrin öhdəsindən layiqincə gəlmiş və onları vicdanla yerinə yetirmişdir. Birinci dünya müharibəsi nəticəsində başsiz qalan əsgər ailələrinin qaygiya, müharibədən şikəst qayıtmış əsgərlərin isə maddi yardıma hədsiz ehtiyacı olan bir vaxtda Mir Əsgar Xan müharibədə itkin düşmüş əsgər ailələrinə kömək edən Lənkəran Müsəlman Komitəsinin sədri seçilmişdir.

Vətənpərvər bir xeyriyyəçi kimi o, ehtiyacı olanlara kömək etmiş və bunu özünün birinci dərəcəli vəzifəsi bilmişdir. Bir ziyalı və maarifçi kimi Mir Əsgər Xan Lənkəran şəhərində fəaliyyət göstərən məktəbləri himayə edirdi. Lənkəran şəhər ikisinifli məktəbini şefliyə götürməsi və onun bu məktəbə fəxri müdir seçilməsi dediklerimizi təsdiqləyir. Mir Əsgər Xanda ulu babalarından keçən xeyriyyəçilik geni vardı.

Söyləyirlər ki, H.Z.Tağıyev onun səxavətini yüksək qiymətləndirmiış, gördüyü işləri bəyənmişdir. Məmməd Əmin Rəsulzadə 1917-ci il martın 10-da Lənkəran qəzasına gəlmiş, burada fəaliyyət göstərən müvəqqəti hökumətin daimi yerli orqanlarının seçkisində dörd gün iştirak etmişdi. Bu dörd gün ərzində M.Ə.Rəsulzadə Mir Əsgər Xanın qonağı kimi onun malikanəsində qalmışdı. Şəxsən M.Ə.Rəsulzadənin köməkliyi ilə Sultan bəy Qulubəyov Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri, Müsavat partiyasının üzvü Mir Əsgər Xan Talışinski isə müavini seçilmişdi.

Lənkəran əhalisi arasında yüksək hörmətə malik Mir Əsgər Xanın bu vəzifəyə secilməsi komitənin nüfuzunu artırmışdı. Qədim Xan nəslinə mənsub adamlara hökumət geniş səlahiyyət vermişdi. Mir Əsgər Xan öz əmi oğullarını və digər qohumları olan Talışxanovlar nəslinə mənsubları böyük vəzifələrə çəkdi.

Azərbaycan Demokratik Respublikası zamanı Mir Əsgər Xan Azərbaycan hökumətinin Lənkərandakı səlahiyyətli nümayəndəsi seçilmiş, bu bölgədə Mirzə Səlim Axundzadə, Aslan Talışinski, Teymur bəy Bayraməlibəyov, Cavad bəy Məlik-Yeqanovla birlikdə Müsavat partiyasını təmsil etmişdi.

1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulur. Mir Əsgər Xan var-dövlətini faytona yükləyib, həyat yoldaşı Saray Bəyim xanımla (Pitan xanım) Irana gedərkən yolda tutulur. Bütün var-dövləti əlindən alınır, güclə gəlib Nəminə catır və ürəyi tab gətirmir, vəfat edir.

Mir Əsgər Xan həm də gözəl ailə sahibi olmuşdur. Mir Əsgər Xanın 2 həyat yoldaşı olmuşdur. Birincisi Şağolakucə kəndindən olan rəiyyət qızı idi. Həmin xanımdan bir oğlu olur: Mir Cavad (1867-1937), Mir Cavaddan törənənlər Cavadzadə soyadını götürüblər. İkinci xanımı isə əmisi Hacı Mir Abbas bəyin qızı Saray Bəyim xanım (1858-1936/37) idi. Saray bəyim xanımdan 7 övladı olmuşdur: Mir Əsədulla (1879-?), Mir İsrafil (1880-?), Mir Mahmud (1885-?), İsgəndər (1886-?), Humaya Sultan xanım (1875-?), Toğra Bəyim xanım (1876-1849) və Kişvər xanım (1896-1976). Toğra Bəyim xanım 1912-ci ildə Tiflisdə kecirilən Qafqaz gözəli müsabiqəsində I yeri tutur. Bu fakt bir daha bizə sübut eliyir ki, Talış qızları, eləcə də Azərbaycan qızları nəinki Qafqazda, bütün Dünyada ən gözəldirlər. Toğra Bəyim xanım milliyonçu olan, əmisi oğlu sayılan Mir Əhməd Xan Talışinskinin həyat yoldaşı idi.

Lənkəranda bu gün "Xan Evi"adı ilə tanınan gözəl və qədimi binanı, məhz Mir Əhməd Xan öz həyat yoldaşı Toğra Bəyimin şərəfinə tikdirmişdir. Onu da qeyd edək ki, bütün dünyada məhşur cərrah, uroloq və akademiklərdən biri, Miri (Mir Məhəmməd) Cavadzadə Mir Əsgər Xanın nəvəsidir.

Sovet dövründə Mir Əsgər Xanın bütün var-dövləti qırmızı imperiya tərəfindən mənimsənilmiş, mülkündən isə prokurorluq və məhkəmə binası kimi istifadə olunmuşdur. Sovet tiranlığı dövründə Talışinski və Talışxanovlardan (Xansuvarovlar, Cavadzadələr və b. Talışxanovlara məxsus qollar) Böyükaga, Cavad bəy, Bəşir bəy, Mirhəsən bəy, Cahan xanım, Mirəsgər bəy, Mahmud Xan Talıbxan oğlu, Mirağa Mirnuh oğlu və başqaları Sibirə sürgün olundular. Lerikdə yaşayan Talışxanovlar isə Qazaxıstana sürgün olundular.

Yalnız 50 ildən sonra 1989-cu ildə bu şəxsiyyətlərə bəraət verildi. Totalitar sistemin sovet elmi Mir Asgar Xan kimiləri, ceynənmiş və şablon "əks-inqlabçı" damğası ilə tarifx səhifələrindən silməyə səy göstərsə də, buna nail ola bilmədi.

Azərbaycanın cənubu sayılan və gözəl güşələrindən olan, saf təbiət və uzun ömürlülər yeri kimi tanın Talış öz böyük nəsillərindən biri olan Talışxanov hərbi və Xan nəsli fəxr edə bilər. Talışxanovlar nəsli Azərbaycan hərbi tarixində, mədəniyyətində və ictimai fikirində öz sözün demiş nəsillərdən biridir.

Təkcə Talışxanov nəsli ilə yox, Naxçıvanskilərlə, Bakıxanovlarla, Vəkilovlarla, Mehmandarovlarla, Əlibəyovlarla, Vəzirovlarla, Yadigarovlarla fəxr etməliyik, çünki bu nəsillər AZƏRBAYCANIMIZIN zəngin tarixini sübut edən yadigarlardı.

Mənbələr:
1. Azərbaycan Mərkəzi Arxivi.
2. Rusiya Mərkəzi Arxivi.
3. Gürcüstan Mərkəzi Arxivi.
4. Razzaq Xansuvarov "Mir Mustafa xanın övladları” "Tolışon Sədo” qəzeti nöm: 12-13.
5. G.Məmmədzadə "Lənkəran mahalının sərkərdələri”
6. E.İsmayılov "Genelogiya Talışinskix i Talışxanovıx”


Razzaq Xansuvarov Talışxanov,
"Tolışon Sədo” nöm: 10 (22), 24 mart 2012-ci il

 

Категория: Талыш xəbərləri | Просмотров: 2831 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus