"Tolışon Sədo” qəzetinin növbəti, 21 aprel 2012-ci il tarixli 14 (26)-cı sayı işıq üzü görüb.
Qəzetdə bir sıra maraqlı məqalələr, hekayələr və şerlər öz əksini tapmışdır.
Qəzetin ilk səhifəsində RTMM-nin görkəmli ziyalımız Eldəniz Quliyevin 60 illik yubileyi münasibəti ilə təbriki və böyük şairimiz Xanəli Tolışın "Kıri-kıri” şeri, 2-ci səhifədə Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən bir hissə və Baladdin Veşonun "Bə Rafiqə bilə” şerinin birinci hissəsi, 3-cü səhifədə baş redaktor R.Cəlilovun "Parıldayan kündələr?!” adlı müəllif yazısı və Xabarar.org saytına müsahibəsi, 4-cü səhifədə Camal Lələzoənın Talış dilində qələmə aldığı novellalar və RTMM-nin sədri Əli Nasirin Camal Lələzoə yaradıcılığına həsr etdiyi yazısı, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından nöfbəti bir hissə, şair Azər Talışın şerləri, 6-ci səhifədə Allahverdi Bayraminin Talış dilində qələmə aldığı "Əlolon...” araşdırıcı məqaləsi və Razzaq Xansuvarov Talışxanovun "Talışxanovların hərbi məktəbi”, 7-ci səhifədə jurnalist M.Dadaşovun "Dico kəndi” araşdırma-yazısı və Sanqinin "Pozi şəvədə malxulyo” şeri, 8-ci səhifədə Dadaşov Fuadın mətbuatdakı ilk qədəmi olan "Zəmonə ni” yzısı və eyni adlı şeri, İlyasi Habilin "Zə, məkə, zə..” satirik novellası, Mirtağı Xilqətin qəzəlləri dərc edilmişdir.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.