Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Август » 24 » Türkiyəli yazar Əli Kərimli ilə bağlı ölkəsinə çağırış etdi
20:14
Türkiyəli yazar Əli Kərimli ilə bağlı ölkəsinə çağırış etdi
"Qardaş ölkənin ən böyük müxalifət partiyasının liderinə qarşı oyunun önündə durmalıyıq”

"İlham Əliyev 2013 seçkisində Əli Kərimliyə məğlub olmaq qorxusu yaşayır; Əli Kərimli faktorunu aradan qaldırmaq üçün köhnə "KQB” üsuluna müraciət edilib”


Tarix, əsrlərdir olduğu kimi, son yüz ildə də insan oğlunun həyatına bu və ya başqa şəkildə təsir edən bir çox faktoru zibilliyə atdı. Bunların ən əhəmiyyətlisi kommunist rejimlərinin hökm sürdüyü "dəmir pərdə" ölkələriydi. Şərq blokunun lideri Sovetlər Birliyi və ətrafına yığdığı irili-xırdalı "dəmir pərdə" diktatorluqları...

Bu diktatorlar içində əsas avtoritetlər həm lider xüsusiyyəti daşıyan, həm də Sovet xalqlarına ən alçaq təzyiqləri tətbiq edən, milyonlarla insanı Sibirə və ya ölkənin ən ucqar guşələrinə sürgün edən, yüz minlərlə ailəni yurdundan, yuvasından didərgin salan, müxalif görünən hər kəsi açıq və ya gizli şəkildə öldürdən Stalin və onun "KQB”-nin başına oturtduğu Beriya idilər...
Dünyada məşhur olan "KQB” daxildə də, xaricdə də bütün işini intriqalarla, günahsız və məzlum insanların başına ördüyü çorablarla, müxalif gördüyü hər kəsi tora salmaqla yürüdər, kimilərinin cəsədinin belə tapılmasına imkan verməzdi.



Stalin və Beriya öldükdən illər sonra, tarix yenə öz işini gördü: "dəmir pərdə” rejimlərilə birlikdə Stalin və Beriya məntiqinə əsaslanan "KQB” zülmü də çöplüyə atıldı.
Lakin atılan yalnız "KQB”nin adı oldu. Dəyişən dünyaya baxmayaraq, "KQB” sistemi, məntiq və mentaliteti Sovetlər Birliyindən ayrılıb müstəqil dövlət olan türk respublikalarında bu gün də eynən yaşayır. Bunlardan ən diqqətə çarpanı isə qardaş ölkə Azərbaycandır...
"KQB” məntiq və mentaliteti ilə Sovetlər Birliyi "Politbürosu”na qədər yüksələn Heydər Əliyev və onun "KQB” zehniyyəti - qısa bir fasiləni saymasaq – 43 ildir Azərbaycan xalqına qan qusdurur.

Hamı bilir ki, Heydər Əliyevin ölümü ilə, xüsusilə də demokratik bir ölkə olan Türkiyə Cümhuriyyəti tərəfindən padşahlıq sistemi kimi əcaib bir vəziyyət nəzərdə tutulub və onun oğlu İlhamın taxta çıxmasına fürsət yaradılıb. O gün bu gündür İlham Əliyev və onun intriqa klubu Azərbaycan xalqına qanim olmaqdadır. Son bacardıqları da müxalif liderlərin önünü kəsməkdir.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli son iki ildir xarici dünyanın ictimai-siyasi meydanında uzaqdan da olsa, boy göstərməyə başlayıb (Bakı despotu 7 ildir ona pasport vermir, bu səbəbdən onun ölkə xaricinə çıxmaq imkanı yoxdur), diplomatik korpusa ölkəsindəki basqı rejiminin, zülmün gizli üzünü göstərib. Bununla da getdikcə ulduzu parlayıb, Azərbaycan xalqının simpatiya və siyasi dəstəyini qazanıb. Bunu görən Bakı diktatoru və onun intriqaçı "KQB”si narahat olmaqdadır.

***

Dünyanı silkələyən "Ərəb baharı” hər despotun qorxulu yuxusu olduğu kimi, İlham Əliyevin də kabusuna çevrilib. Yuxusu qaçır, çünki ölkə gəlirinin az qala hamısını öz adına keçirib, ölkəni atası Heydərin təsərrüfatı kimi idarə edir, heç bir demokratik addım atmır. Bunları davam etdirmək istəyir, amma 2013-ci ildə keçiriləcək prezident seçkilərində Əli Kərimliyə məğlub olmaq qorxusu yaşamaqdadır.

Bir tərəfdən demoktratik hüquqları kökündən qadağan etmək istəyərkən, digər tərəfdən də dünya qarşısında üçüncü dəfə dövlət başçılığına namizədliyini verməyin çətinliyini yaşayır.



Bunlardan başqa, özünün və ətrafındakı soyğunçu tayfanın ofşor bank sistemindən istifadə edərək ölkənin 48 milyard dollarını xaricə qaçırmaları da ortaya çıxıb. Bunu ingilislər ortaya çıxardığı üçün inkar etmələri də fayda vermir və canlarını yandırır.Bundan əvvəl isə Dubay villaları, 2.5 milyard dollarlıq Çovdar qızıl yatağının ailə şirkətlərinə verilməsi də üzə çıxmışdı.
Bütün bu çətinliklərlə yanaşı, bir də sanki cəsur ürək olaraq Əli Kərimli faktoru ortadadır. İndi bu faktoru aradan qaldırmaq üçün köhnə "KQB” üsullarından birinə müraciət edilib - satın alınması çox asan olan bir yazıq varlığın vasitəsilə Əli Kərimliyə iftira atıb, Bakı prokurorluğunda "Əbülfəz Elçibəyi Əli Kərimli zəhərləyərək öldürdü" deyə cinayət işi açılmasına əmr verilib.

***

Əlbəttə, bu alçaq böhtan baş tutmayacaq və Əli Kərimli siyasi fəaliyyətinə davam edəcək, inşallah. Əgər biz Türkiyə olaraq, xüsusilə də Suriyanı nəzərdə tutaraq, dünyaya demokratiya dərsi vermək istəyiriksə, qardaş ölkənin ən böyük müxalifət partiyasının liderinə qarşı hazırlanan bu oyunun da önündə durmalıyıq!

Bir ölkədə demokratiyanın "olmazsa olmaz”ı müxalifətdirsə, necə ki belədir, onda qardaş ölkənin demokratiya mədəniyyətinə tövhə verməli, rəsmi səviyyədə Əli Kərimlini Türkiyəyə dəvət edərək Azərbaycandakı demokratik vəziyyəti onunla nəzərdən keçirməliyik. Əgər "Bu, başqa bir dövlətin daxili işlərinə qarışmaqdır” deyə mülahizə irəli sürülərsə, "O zaman qonşu Suriyanın müxalifət liderləri nəyə görə bizim ölkəmizdədir?" deyə soruşmarıqmı?..
Əgər Türkiyə sabah Azərbaycanda da bir Suriya nümunəsinin yaşansını istəmirsə, necə ki istəməməlidir, onda bu gündən etibarən Azərbaycanın demokratrik həyatında iştirak etməlidir. Müxalifət liderlərini dinləməli, onların şikayətlərinə qulaq asmalıdır.

***

Əli Kərimlinin xaricə çıxması qadağan edilib, ona pasport verilmir. Buna baxmayaraq, Əli Kərimli ölkəmizə rəsmi yolla dəvət edilməli, lazım olsa zamanında Cəlal Talabani və Məsud Bərzani üçün təmin edilən imkan Əli Kərimliyə də təmin edilməli və ona Türkiyə Cümhuriyyətinin pasportu verilməlidir.
Əgər AKP iqtidarı bunu etməzsə, bilməlidir ki, sabah baş verə biləcəklərə görə bu gündən böyük bir günah altındadır.
Son zamanlara qədər Əbülfəz Elçibəyin əziz xatirəsinə açıqca hörmətsizlik edən MHP kor-koranə Bakı despotluğuna bağlılığı buraxmalı və mərhum Elçibəyin varisi olaraq Əli Kərimliəyə dəstək verməlidir. Yoxsa onlar da tarixi günah altında qalacaqlar.
Eyni vəzifəni ana müxalifət partiyası CHP də üzərinə götürə bilər. Qardaş ölkənin demokratik həyatına tövhə vermək onları da şərəfləndirər.
İstərlərsə, birlikdə qardaş ölkə Azərbaycanı bu demokratiya ayıbından qurtara bilərlər!

Cahit Kılıç
cahitkilic@haberx.com
azadlıq.info

Категория: Dünyada | Просмотров: 1538 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus