Главная » 2015 » Июль » 22 » Vicdan məhbusu Hilal Məmmədovun mətbuat günülə bağlı təbriki
12:20
Vicdan məhbusu Hilal Məmmədovun mətbuat günülə bağlı təbriki
22 iyul Azərbaycanda Mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Məhz 140 il əvvəl bu gündə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin böyük çətinliklərlə ərsəyə gətirdiyi "Əkinçi" qəzetinin ilk nömrəsi işıq üzü görmüşdü.
Ölkəmizdə azad sözün və mətbuatın təqib və təzyiqlərə məruz qalması, çoxlu sayda jurnalistlərimizin həpsi, yeganə azad mətbu orqanımız olan “Azadlıq” qəzetinin də min bir çətinliklərlə nəşr edilməsi və digər zəmanəmizə yaraşmayan neqativ hallar 140 yaşa malik Azərbaycan mətbuatınin hələ də Zərdabi ideyalarına yiyələnməməsinin göstəriciləridir. Bu acı təəssüf hissi doğurur...
Lakin ümidvarıq ki, yaxın gələcəkdə ölkəmizdə də azad, demokratik və hüquqi cəmiyyət formalaşdıqdan sonra Azərbaycan mətbuatının növbəti yubileylərini yüzlərlə digər sağlam rəqabətli qəzet və jurnalların təmsilçiləri ilə birlikdə təntənəli şəkildə keçirəcəyik.
Yaşasın o sabahkı xoş məramlı mətbuat yubileyləri!
Allah Həsən bəy Zərdabini rəhmət və ruhunu şad eləsin!
Hörmətlə:
Hilal Məmmədov,
“Tolışo Sədo” qəzetinin baş redaktoru,
Vicdan məhbusu