Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2016 » Июнь » 1 » “Xəzər Lənkəran"ı nəyə görə dağıdıblar?
22:41
“Xəzər Lənkəran"ı nəyə görə dağıdıblar?

“Xəzər Lənkəran”a sırf biznes nöqteyi-nəzərdən yanaşsaq, bu klubu da Mübariz Mənsimovun bir biznesi saymaq olardı. Amma bu biznes gəlirsiz biznes idi. Maddi cəhətdən xeyir vermirdi. Ticarətdə bir biznes növü xeyir vermirsə, bu ticarət sahəsi “xəstə” sayılır. Adətən belə hallarda digər sahələri yoluxdurmamaq üçün belə biznesdən tez qurtulmağa çalışırlar, yəni bağlayırlar. Mübariz Mənsimov da belə etdi. Amma mən inanmıram ki, bunu gəlir vermədiyinə görə edib. Bu klubun gəlirsiz olması və mövsüm ərzində “yediyi” bir neçə milyon çətin ki, illik dövriyyəsi milyardlarla ölçülən o boyda kompaniyaya ziyan vursun.

Bu fikri PFL prezidenti Ramin Musayevin “Xəzər” TV-də yayımlanan “Futbol saatı” proqramında səsləndirdiyi sözlər də təsdiqləyir. Onun fikrincə də, problem maddi sarıdan olmayıb:

“Sadəcə, klubun sahibi Mübariz Mənsimov incidi. Çünki bu qədər əziyyət çəkdi, ancaq heç nəyə nail ola bilmədi. Deyərəm ki, Mübariz müəllim müflisləşdi, yox. Nəyi var, özünə qismət. Biz heç kəsin pulunu saymırıq. Mənsimovun pulu var. Yəqin ki, onu küsdürdülər”.

Kim küsdürdü? Musayev burda çox güman, “Xəzər Lənkəran”ı idarə edənlərə işarə vurur. Amma bu sual birinci PFL prezidentinin üzərinə tuşlanmalıdı. Lazım gəlsə, internetdə axtarış verib, hakimlərin bu komandanın başına nə oyunlar açdığına dair onlarla sübut tapıb göstərərəm. Sadəcə, buna nə vaxt, nə həvəs, nə də heç ehtiyac yoxdu.
Zatən görünən kəndə bələdçi lazım deyil. Hamı hər şeyi çox gözəl bilir. Niyə özümüzü yoraq? Yəqin ki, kimsə burda ya özünü, ya da camaatı axmaq sayıb “PFL-n hakimlərə nə aidiyyatı” sualını da verməz.

Ramin Musayev bir də onu deyir ki, Mübariz Mənsimov bu qədər əziyyət çəkdi, heç nəyə nail ola bilmədi. Niyə ki? Çox şeyə nail olub. Məsələn, PFL və eyni zamanda onun şefi olmayan vaxt “Xəzər Lənkəran” Azərbaycan çempionu olub. Sadəcə, insan arzuladığı kimi görür. Sevdiyində çox şey görər, sevmədiyində heç nə görməz. Nə isə, bu fəlsəfi, psixoloji fikirlərdən sonra keçək mətləbə.

Bəli, komandanın dağılmasının əsas səbəblərindən biri çempionatı keçirənlər tərəfindən cənub klubuna çoxlu haqsızlıqların olması oldu. Bu haqsızlıqlara dözmək lazım idimi? Yoxsa dözməyib komandanı dağıtmaq düzgün addım idimi? Məncə, ikinci variant düzgün idi. Yəni komandanı dağıtmaq. Bu cür çempionatda yarışıb haqsızlıqlara dözməkdənsə, uzaqlaşmaq daha məqsədəuyğun idi.
Belə yerdə komanda çıxarıb yarışmaq, Mübariz Mənsimovun səviyyəsinə uyğun deyildi. Və atdığı ağıllı addımlar hesabına milyarder olan adam növbəti ağıllı addımını atdı. 


“Barselona” barədə təklif 


“Xəzər Lənkəran”ın dağıdılmasında başqa bir cəbəb kimi isə bu komandanın var olmasının separatçılıq meyllərinə yol açması barədə danışılan söz-söhbəti göstərirlər və sair və ilaxır. 

Bilmirəm belə söz-söhbət olub, ya yox. Amma onu bilirəm ki, futbol heç zaman parçalamayıb. Futbol barışdırıcı, sülh gətirən oyundu. 

İspaniya katalonlar, qalisiyalılar, basklar və bir çox xalqların yaşadığı ölkədi. Bu saydığım və saymadığım xalqların birləşməsi İspaniyanı təşkil edir. Ara-sıra onlarda da separatçılıq meylləri baş qaldırır. Ən çox bunu Kataloniyada müşahidə etmək olur. Bu bölgədə isə “Barselona” kimi klub var. Katalonlar zaman-zaman ayrılmaq istədikləri barədə fikirlər yürüdürlər. Məşhur “Real” – “Barselona” derbisinin prinsipiallıq daşıması səbəblərindən biri də budu. Bir neçə il öncə Katoloniya müstəqillik barədə referendum keçirmək istəyirdi. Bu zaman “bu bölgə müstəqil olsa, “Real”- “Barselona” görüşləri necə olacaq” sualı yarandı. Bu işə cavabdehlik daşıyan məsul qurumdan bildirdilər ki, Kataloniya müstəqil olsa, “Real” – “Barselona” görüşləri bir daha olmayacaq. Bu söhbətdən sonra Katoloniyanın müstəqil olmaq istəyi barədə söz-söhbət kəsilib. Bax, futbol belə oyundu. O parçalamır, birləşdirir! 

“Barselona” İspaniya üçün nə deməkdisə, “Xəzər Lənkəran” da Azərbaycan üçün (bizim səviyyəmizə görə) təxminən elə o demək idi. Bəs ispanlar niyə dağıtmır “Barselona”nı? Görünür, bizimkilər qədər ağılları yoxdu. Deyirəm “Barselona” azarkeşləri bir də separatçı şüarlar səsləndirsələr və ya orda separatçı meyllər yaransa, bunun səbəbini həmin klubda görsələr, ispanlara təklif edək, bizim təcrübədən yararlansınlar – yəni “Barselona”nı dağıtsınlar. Bacarmasalar, çağıraq, gəlib komanda dağıtmağı bizdən öyrənsinlər. Hətta onlara seminar keçib “sözə baxmayan komandanı necə dağıtmaq olar” adlı mühazirə də oxumaq olar. İspanlar da bizə təşəkkür edərək, sonra da gedib “Barselona”nı bizdən qazandıqları təcrübə hesabına, asanlıqla dağıtsınlar, canları qurtulsun.

Məmməd MİRZƏ 
aztoday.az 

 

Категория: İdman | Просмотров: 5031 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus