Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Июль » 7 » Yalan ayaq tutar.... Ya yıxılar, ya qaçar!
13:34
Yalan ayaq tutar.... Ya yıxılar, ya qaçar!
Bir gün bir qalayçı gəlir bir kəndə ki, mis qabları qalaylayıb evinə çörəkpulu aparsın. Kəndin girəcəyində bir pezəvəng olurmuş, bu pezəvəng qalayçını görən kimi evinə dəvət edib, 6-7 taxta qabı qoyur qabağına ki, qalayla. Qalayçı "taxta qabı da qalaylayarlar?” deyən kimi pezəvəng onun boynunu salır qoltuğunun dibinə ki, "ya qalaylıyacaqsan, yada səni boğub, öldürərəm”. Canını qurtarmaq üçün qalayçı razılığını bildirir və oturur taxta qabları qalaylamağa. Yoldan keçən bir nəfər qalayçının taxta qab qalayladığını görüb, təəcübünü gizlətməyib, soruşur:
-Ay qardaş, taxta qabı da qalaylayarlar?
Qalayçı başını qaldırıb yoldan keçənə baxıb, deyir.
-Qardaş, başın qoltuq dibi görməyib belə danışırsan, başın qoltuq dibi görsə taxta qab nədir, lap şüşə qabı da qalaylayarsan.....

Narkobaron Hilal...

Az qalmışdı Hilal müəllimin "narkobaron” olmasına sevinim, necə sevinməyə bilərdim ki, Hilal Məmmədovun həbsindən dərhal sonra Kolumbiya parlamentinin rəhbərlərindən biri olan xanım Alexandro Bakıya gəldi. Hesab elədim ki, 20 il ərzində bir dəfə də olsa Bakıya təşrif buyurmayan Kolumbiya rəhbərliyi məhz Hilal müəllimin həbsi ilə bağlı "minnətə” gəliblər, çünki o boyda "narkobiznes” əldən çıxa bilərdi. Gözləyirdim ki, lazımi adamlara lazimi "söz”lər deyiləndən sonra "Azərbaycanın Don Karleone”si azadlığa çıxacaq. Zatən xanım Alexandro balaca adam deyil ha... Amma gözləntilərim puç oldu, xanım Alexandroya başa salındı ki, "nə çox Azərbaycanda Hilal Məmmədovun postuna göz dikənlər, narahat olmayın, özümüz bu məsələni həll edərik, qoymarıq "ümüdünya narkokarteli” bizdən incisin. Xanım Alexandronun saqqızını necə oğurladılarsa o daha Hilal Məmmədovun azadlığa çıxmasını tələb etmədi, ancaq maddənin dəyişməsini "arzuladı”...


Prokurorluğun məlumatı


İyulun 4-ü Baş Prokurorluq DİN ilə birgə bir baş-ayaq bəyanat verdi. Bu bəyanatı ancaq baş-ayaq adlandırmaq olar, niyəsini indi anladacam. Görün bir bəyanatda nə deyilir:
-"Tolişi Sədo" qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun-
Bu prokurorluq hələm də bilmir ki, Hilal Məmmədov qəzetin təsisçisi deyil, qəzetin təsisçisi Talış Mədəniyyəti Mərkəzidir, yəni ki, Hilal Məmmədovu Mədəniyyət Mərkəzi ilə səhf salıblar, bu bir, ikincisi:
- İstintaqla müəyyən edilmişdir ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan H.Məmmədov 1992-ci ildən etibarən İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərib, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait almışdır.
Necə yəni "uzun illər ərzində jurnalist peşəsinin”? Bəyəm Hilal Məmmədov uzun illər jurnalist peşəsi ilə məşğul olub? Bəs Əli Həsənov deyirdi ki, "o, jurnalist deyil”, niyə özünüz-özünüzü təkzib edirsiz? Bəlkəm bir oturub, məsləhətləşəsiz, belə səhflər etməyəsiz? Daha sonrası lap gülüncdür "mədəniyyət mərkəzinin rəhbəri vəzivəsinin imkanlarından”... A kişi, bəyəm bilmirsiz ki, Hilal Məmmədov heç vaxt mədəniyyət mərkəzinin rəhbəri olmayıb? Bilmirdizsə hansı "əməliyyat materialına” əsaslanırsız? Kim verib sizə bu əməliyyat materialların?  Ay-hay, bu da mənim Baş Prokurorluğum. Daha sonrası isə lap gülməlidir:
-1992-ci ildən etibarən İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən əməkdaşlığa cəlb olunub”.
Bəlkə illərdə düzəliş edəsiz, heç olmasa 2010 və ya 2011 yazın, bir az inandırıcı görünsün, axı 2007-ci ildə  Əbdoli Əli Həmzəli oğlu ilə "əməkdaşlıq” edən "İran cəsusu” linqvist-alim, "Tolışi Sədo” qəzetinin baş redaktoru, RTMM-nin sədri Novruzəli Məmmədovu "ifşa” etmişdiz, niyə elə həmən vaxt Hilal Məmmədovu da "ifşa” etmədiz? Mən bu sualların cavabını bilirəm, yazımın sonunda yazacam ki, oxucular da bilsinlər.
Bu cümlə isə məni lap çox "inandırdı”:
- dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərib, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait almışdır.
Nə gözəl yazılıb, adamın lap inanmağı gəlir. Görəsən Hilal Məmmədov o boyda pulu neyləyib? Yəqin qəzet çıxarırmış, yox dayan, mərhum ustad Novruzəli Məmmədovun ölümündən sonra Hilal Məmmədovun rəhbərliyi altında "Tolışi Sədo” cəmi üç nömrə çıxmışdı: dekabr 2009-fevral 2010, vəssalam, sonra qəzet yenə də 10 ay "otqula” çıxır. 2010-cu ilin dekabr ayında mən qəzetə məsul katib gəldim və qəzet demək olar ki, mənim sayəmdə 2011-ci ilin may ayınacan çıxdı, sonra məlum olmayan səbəblərdən qəzetin dərci dayandı (yəni ki, "öz hesabına” bir illik məzuniyyət götürdü) və mənimlə Hilal müəllim arasında bir inciklik yarandı. Tutaq ki, İran xüsusi sidmət orqanları Hilal müəllimə "külli miqdarda” pul verirdi, yəni onlar Hilal müəllimdən bunun müqabilində "Qəzeti niyə çıxrtmırsan? Niyə biz deyən mövzuları işıqlandırmırsan?” sorğusun etmirdilərmi? Qanunauyğunluq olsa gərəkirdi ki, Hilal müəllim qəzetin dərcini saxlamamalıydı, yalandan da olsa heç olmasa ayda bir dəfə qəzeti dərc edib və heç olmasa bir nüsxəsini "talış ziyalılarının qənimi” Əbdoli Əliyə göndərməli idi. Etmirdi, demək ortada pul olmayıb. Deyim ki, həmən pulnan özünə xarici maşın alıb, yalan olar, çünki helə piyada gəzərdi, bəlkə dost-tanışı üçün xərcləyib? Adi çay pulunu verə bilmirdi, simic deyildi, ancaq pulsuzluq ucbatından əlini yalandan cibinə salıb, o vaxtacan qurdalanardı ki, kimsə çay pulun versin. İndi məni bir şey qorxuzur, əməliyyat bu yöndə davam etsə, yəni ki, Hilal müəllim "külli miqdarda vəsaiti” qəzetə verməyibsə, qəzet üçün ofis tutmayıbsa, özü üçün demirəm, redaksiya üçün bir maşın almayıbsa, demək pulu hara isə xərcləyib. Bax bu "hara”dan qorxuram, məlum olsa ki, Hilal müəllim həmən pul ilə hərbi sursat alıb və iki dəfə "şimon” edilmiş evində "gizli saxlanc yerində” saxlayıb, onda təəcüblənmərəm. Ancaq qorxum ona görə deyil, qorxum ona görədir ki, o boyda silah-sursat, son model tanklar, BMP-lər, zenit-raket kompleksləri əlimizdən çıxacaq, bax bundan qorxuram...

Müdafiə komitəsi

Hələm Azərbaycan tarixində belə bir şey olmamışdı, Hilal müəllimi bütün Azərbaycan müdafiə edir, Avropanın müxtəlif təşkilatları bəyanatlar verirlər, Hilal Məmmədova azadlıq tələb edirlər, bax bütün bunlara məşəqqətli əməklə nail olmuşuq. Hilal müəllim həbs olunan kimi "Turan” informasiya agentliyi bu məsələni gündəmə çıxartdı və günü bu gün də bu məsələni gündəmdə saxlayır, hüquq müdafiəçisi Leyla Yunus Hilal müəllimin haqq səsini bütün dünyaya çatdıra bildi, Ziyalılar Birliyi, Müsavat, AXCP dərhal bu həbsi pisləyən bəyanatlar verdilər, müdafiə komitəsində təmsil olundular, daha sonra müdafiə komitəsinə digər ziyalılar, hüquq müdafiəçiləri, jurnalistlər qoşuldular, sıralarımız artdı. Sıralarımızın parçalanmasına hesablanmış "milli, dini ayrıseçkilik” maddəsi də hamı tərəfindən gülüşlə qarşılandı. Sıralarımız nəinki azalmadı, əksinə bir az da artdı, yeni üzvlər bizə qoşuldular. Fəxr ediləcək hal isə odur ki, bizə qoşulanların demək olar ki, hamısı Azərbaycanımızın türk kökənli vətəndaşlarıdır, hamısı da eyni sözü deyir: "Bu gün Hilalı müdafiə etməsək, sabah növbə bizə də çatar!” Qardaşlar, bacılar, gəlin növbəmizi gözləməyək, Hilalın müdafiəsinə qalxaq, qoy bu bizim növbəmizi tezləşdirsin, ancaq Hilal müəllim haqqında deyilən saxta ittihamlara yox deməyi bacaraq, inanıram ki, bizim haqq səsimiz Prezidentə çatsa, əminəm ki, çatacaq, o bizi eşidəcək, biz eşidilən gün isə Hilal müəllim AZADLIQDA olacaq!

Talışları söyən nanəcib


Hilal müəllimin hər iki vəkili iddia edirlər ki, Hilal müəllim həbs olunanda milli mənsubiyyəti çox tərbiyyəsiz sözlərlə aşağılanıb. Bəs nəyi gözləyirlər? Niyə adekvat addım atıb həmən polisi məhkəməyə vermirlər? Bu suallara cavab tapa bilmirəm, ancaq hörmətli Şeyximiz hələm də susur, söyüşü qoyaq bir tərəfə, gec-tez həmən zat layiq olduğu cəzanı alacaq, bəs Hilal müəllimin həbsinə nə deyirsiz? Rusiya muftisi bu məsələyə münasibət bildirib, bizim Şeyxdən bu məsələni araşdırmağı xahiş edib, ancaq Şeyximiz hələm də bir söz demir, yəqin gözləyir ki, Prezident məsələyə münasibət bildirsin, münasibət müsbət olarsa, Şeyx danışar, mənfi olarsa... Bax bu məsələyə, Hilal Məmmədovun yanına "ezam” edilməsəm, gələn nömrədə geniş şərh verəcəm.

İ.S. Görəsən nə vaxtacan Azərbaycanı "qoltuq dibində sıxmaqla” idarə edəcəklər? Bəlkə yeni bir üsul tapasız, hər necə olsa "demokratik” dövlətik...

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” qəzeti, nöm: 24 (36), 07 iyul 2012-ci il
 

Категория: Талыш xəbərləri | Просмотров: 1621 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus