Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Сентябрь » 8 » Ziyalı başı kəsənlər
12:11
Ziyalı başı kəsənlər


Hər bir millətin milli deyilən qiymətli bir xəzinəsi var. Yaponlar sübut etdilər ki, dünyada ən böyük belə xəzinəyə onlar sahibdilər. Odur ki, 50-60 il ərzində özlərinə qüdrətli millət, ölkələrini qüdrətli dövlətə çevirə bildilər. Yəhudilər də belə bir iddia ortaya atdılar və ifrat millətçilik xəstəliyinə düçar olduqlarından “qəsbkar millət” imicindən başqa bir şeyə sahib ola bilmədilər. Yəqin ki, oxucu bildi söhbət nədən gedir.

Söhbət həqiqətən də ağıl, savad, elm, düşüncə, idrak və təfəkkür potensialından gedir. Xoşbəxt millət, inkişaf etmiş dövlət belə porensialı güclü olandır. Lakin dünyanın elə ölkələri də var ki, hakimiyyətləri bu potensialdan ilan ala çatıdan qorxan kimi qorxur. Ən əsası səbəb də odur ki, bu potensial totalitar, avtoritar, diktatura rejimlərinin qəddər düşməni sayılıblar. 

Qayıdıram mətləbə. Hakimiyyəti zəbt edənlər ölkə sərvətlərini talamaq eşqindən maksimum yararlanmaqda ağıl və düşüncə sahiblərini potensial düşmənləri sayıb türmə və zindanlarda çürüməyə məhkum etməkdədirlər. İndi bizə elə gəlir ki Azərbaycan türmələri belələri ilə doldurulduqca, millət milli kimliyini itirməkdədir. Bu ölkənin elm potensialı 20 ildir ki, ölkəni tərk etməkdədir. Qalanlar köçənlərin 1-2 %-ni belə təşkil etməsə də, bu 1-2% də əslində hakimiyyət üçün potensial “təhlükədir” və bu təhlükəyə qarşı hökumət amansız, qeyri qanuni və qeyri demokratik üsullarla mübarizə aparır. Son 20 ildə biz nə qədər insanın "“AMON”-un üzvü olub" deyə, “Prezidentə qəsd hazırlayıb" deyə, “Silah- sursat gizlədib” deyə, “Cibində narkotik tapılıb” deyə, saymaqla qurtarmayacaq qədər qondarma ittihamlarla cəza evlərində çürüdülən ağıl potensiallı vətəndaşlarımızın şahidi olmuşuq. Bu proses ildən-ilə daha geniş vüsət alır, həcmini inadla genişləndirir.

Son bir neçə ayda həbsləri mümkün görünməyən (beynəlxalq aləmin sanki müdafiəsində olmaları səbəbindən) Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Seymur Həzi kimi hüquq müdafiəçiləri qondarma və böhtan ittihamlarıyla həbsə atılıblar. Onlara həbsxanalarda zor tətbiq edildiyi xəbərləri də gəlməkdədir. Mənə elə gəlir ki, millətin dərdini çiyinlərində daşıyan insanları qırıb qurtarmaq, türmələrə doldurmaqla, yaxud ölkədən didərgin salmaqla qurtarmaq mümkün deyil. Hərəsinin yerinə bir neçəsi peyda olur. Hansı dahisə nə vaxtsa deyib ki, elm və ağıl potensialı və fədaisi olmayan millət başqa millətlər içərisində əriməyə məhkumdur. Son 20 ildə 200 mindən artıq elm adamlarımız bilik-bacarıqlarını xarici ölkələrin elm ocaqlarında xərcləməkdədirlər. Lakin, tutulanların və ölkədən didərgin salınanların sayı artdıqca oları əvəz edənlərin sayı davmütənasib surətdə artır.

İndi ölkə ictimaiyyətinin diqqət mərkəzində qərarlaşan Eldəniz Quliyevdir. O, ilk olmadığı kimi, sonuncusu da deyil. Sadəcə növbəsi çatanlardan biridir. Belə davam etsə minlərlə Eldəniz kimilər bu əcaib irticanın qəzəbinə tuş gələcək. Eldəniz Quliyev ölkədə baş verən siyasi proseslərdən dəqiq baş çıxaran, lakin, hər xırda hadisəyə reaksiya göstərib münasibət bildirənlərdən deyil. Necə deyərlər zülm ərşə çəkiləndə, bıçaq sümüyə dirənəndə “Bir insafınız, vicdanınız olsun” deyənlərdəndir. Indi O, da hansısa bir unikal böhtanla “istintaqa” cəlb olunmaq ərəfəsindədir. İşə bax ki, Daxili İşlər Naziri ölkə yol polislərinin “şərəf və ləyaqətlərini” təhqir etdiyinə görə onu məhkəmə qarşısına dartmaq fikrindədir. Diqqət edin, şərəf və ləyaqəti ciblərində olan, tutdu-tutmadı vətəndaşa yüksək cərimələr kəsərək, 20%-ni cibinə çəkən və bununla da ölkənin müəllim və həkimindən 20-30 dəfə artıq qazanan bəzi yol polislərinin şərəf və ləyaqətindən söhbət gedir. Azərbaycan cəmiyyətində heç kimin şübhəsi yoxdur ki, bəzi polislərin fəaliyyəti neqativ hallar üzərində qurulub. Hətta bu polislərin elə baş bilənləri var ki, “Restoranlar” kralı adlanır. Eldəniz Quliyev də hamı kimi belə hallardan birini dilə gətirib və hamıdan fərqli olaraq belə halları qəzet səhifələrinə çıxarıb. Şərəf və ləyaqət yalnız fərdlərə aid olan məfhumdur. Yalnız ayrı-ayrı vətəndaşlar şərəf və ləyaqətin müdafiəsilə bağlı məhkəməyə müraciət edə bilər. Bütövlükdə polislərin, nazirliyin, şərəf və ləyaqəti olmur. İdarə və müəssisələr imicə malikdilər ki, Allaha şükür rüşvət alıb buraxmaqla da olsa polisimiz cinayətkarlığın qarşısını qətiyyətlə almardadır. Görünür bu adamlar ağa nökəri özününkü saydığı kimi polis əməkdaşları dediklərimizi özlərinki sayırlar. 

Qəribədir ki, vaxtikən Səddam Hüseyn İraqı, Qəddafi Liviyanı, Hüsnü Mübarək Misiri və s. özününkü sayırdı. Azərbaycanda isə monopolist nazirlər də belə bir iddiada bulunurlar. Nə deyəsən... Hələlik deməyə bir şey qalmır. Yalnız üzümü millətin şərəf qaynağı olan Eldəniz Quliyev kimilərə tutub deyirəm: Özünüzü qoruyun, sizlər olmasanız da sizləri əvəzləyənlər həmişə olacaq. Hələ ki, varsınız, sağsınız, qoy saylarınız sizlər var ikən artsın. Heç olmasa 2015-ci ilin yayına qədər qalxanınızı başınızdan kənara çəkməyin . Axı həmin vaxt Avropa üçün oyunlar keçirib özümüz də oynayanlardan olmalıyıq. Nə qalıb ki. İnşaallah bu oyunlarda gec də olsa ermənilərə sübut edəcəyik ki, “Sarı gəlin” bizə məxsusdur, onlara yox. 


Hüseynqulu MƏMMƏDLİ

 

Категория: Azərbaycan | Просмотров: 1918 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus